Qadin.NET / Ayaqlarınız haqda nə bilirsiniz?

Ayaqlarınız haqda nə bilirsiniz?

Ayaqlarınızdakı dəyişmələrin əslində bir çox xəstəliyin xəbərçisi olduğunu və bu dəyişmələri nəzərə alsaq, erkən diaqnozla hansı xəstəlikləri müalicə etdirə biləcəyinizi bilirsinizmi? Hisar İntercontinental Hospital İç Xəstəlikləri və Revmatoloji Bölüm Başçısı Prof. Dr. Mehmet Soy ayaqlardakı hansı əlamətlərin hansı xəstəliyin başlanğıcı olduğunu izah etdi.

Ayaqlarınız haqda nə bilirsiniz?

Soyuq ayaqlar

Ayaq barmaqlarınız hər zaman soyuqdursa, bunun səbəbi zəif qan axını ola bilər. Zəif qan axını siqaret, yüksək təzyiq və ya ürək xəstəliyi ilə əlaqəli dövran problemlərinin bir nömrəli xəbərçisidir. Nəzarətsiz diabetə bağlı sinir ziyanı da ayaqlarınızı soyuq hiss etmənizə səbəb olar. Digər ola biləcək səbəblər arasında hipotroidizm (guatr vəzində çatışmazlıq) və anemiya var. 

Ayaqlarınız haqda nə bilirsiniz?
Ayaq ağrısı 
Ayaqlarınız uzun bir günün sonunda ağrıyırsa, bu sizin səhv ayaqqabı seçiminizdən qaynaqlana bilər. Xüsusilə dikdaban ayaqqabı geyinirsinizsə, ayaq ağrısı problemiylə qarşılaşmanız qaçınılmazdır. Bundan əlavə basketbol, ​​qaçış kimi yüksək təsirli idman hərəkətləri edərkən qırıqlar və kiçik çatlar da ağrıya səbəb ola bilər. İltihablı revmatizmlər bir çox oynaq xəstəliyi kimi ayaqlara da təsir edə bilər və ilk olaraq ayaq ağrısı ilə özünü göstərər. 
Ayaqlarınız haqda nə bilirsiniz?
 Qırmızı, ağ və mavi ayaq barmaqları
Raynaud xəstəliyi ayaq barmaqlarınızı əvvəl mavi, sonra ağ və təkrar təbii rənginə çevirə bilər. Bunun səbəbi ani damar sıxılmalarına bağlı yaranan damar spazmalarıdır. Stress ya da temperatur dəyişiklikləri, skleroderma, romatoid artrit, sjogren xəstəliyi kimi iltihablı revmatizmlər və tiroid problemləri də xəstəliyi irəlilədə bilər.
Ayaqlarınız haqda nə bilirsiniz?
 Çomaq barmaqlar
Ayaq və əl barmaqlarında barmaqların aşağıya doğru əyilməsindən ibarət olan bu problemin ən məşhur səbəbi ağciyər xəstəliyidir. Amma eyni zamanda ürək xəstəliyi, qaraciyər və həzm pozğunluqları, ya da bəzi infeksiyalar buna səbəb ola bilər. Bəzən isə hər hansı bir xəstəliyi olmayan kəslərdə də bu problem görülə bilər.
Ayaqlarınız haqda nə bilirsiniz?
Topuq ağrısı
Topuq ağrısının ən sıx səbəbi topuqdan baş barmağa qədər uzanan plantar fasia olaraq adlandırılan əzələdən ibarət olan iltihablanmadır. Səhər oyandığınızda və ayağınızın üzərinə basdığınızda ağrı çox sərt ola bilər. Bunu nəticəsində topuqdan "epin kalkanei-topuq tikanı" deyilən sümük meydana gəlməsi inkişaf edər. Bu vəziyyət xüsusilə ankilozan spondilit qrupuna daxil olan xəstəliklər üçün əhəmiyyətli bir xəbərçidir. Topuq ağrısının digər səbəbləri də artrit, həddindən artıq məşq və səhv ayaqqabı seçimidir. Daha az səbəbləri isə topuq altındakı sümükdə yaranan iltihab, şiş ya da qırıq bir sümük ola bilər.
Ayaqlarınız haqda nə bilirsiniz?
Ayağı sürüyərək yerimək
Bəzən bir problemin ilkin səbəbi uzaq yol gedərkən daha iri addımlarla yerimək ya da yeriyərkən ayağınızı sürümə kimi dəyişiklik ola bilər. Bunun ən əhəmiyyətli səbəbi periferik sinir ziyanının gətirdiyi duyğu itkisidir. Bu hadisələrin təxminən 30% -i şəkər xəstəliyi ilə əlaqəlidir. Sinir ayrıca infeksiya, vitamin əskikliyi və alkoqolizm səbəbiylə də ortaya çıxa bilir.
Ayaqlarınız haqda nə bilirsiniz?
 Şişmiş ayaqlar
Ümumiyyətlə, çox uzun yol qət edən kəslərdə və hamilələrdə görülən bu problem keçicidir. Ancaq bu problem davam edirsə, zəif qan dövranı, böyrək pozğunluğu, tiroid, linfa sistemi ilə əlaqədar bir problem və ya bir qan laxtalanmasının xəbərçisi ola bilər. Əgər ayaqlarınızda qalıcı şişlik varsa, mütləq bir həkimə müraciət edin.
Ayaqlarınız haqda nə bilirsiniz?
 Yanan ayaqlar
Ayaqlarınızda yanma hissi, periferik sinir ilə şəkər xəstələri arasında məşhurdur. Ayrıca B vitamini əskikliyi, ayaq göbələyi, xroniki böyrək xəstəliyi, ayaqlarda zəif qan dövranından (periferik arteriya xəstəliyi) və ya hipotiroiddən də qaynaqlana bilər.
Ayaqlarınız haqda nə bilirsiniz?
Sağalmayan yaralar
Sağalmayan ayaq yaraları diabet üçün əhəmiyyətli bir xəbərdarlıq işarəsi ola bilər. Diabet qan dövranına zərər verdiyi üçün xüsusilə ayaq bölgəsindəki yaraların yaxşılaşma müddətinə mənfi istiqamətdə təsir edərək sadə bir yaranı problemli bir yaraya çevirə bilir. Bu yaralar da infeksiya yaradır.
Ayaqlarınız haqda nə bilirsiniz?
 Ayaq baş barmağı ağrısı
Ayaq baş barmağından görülən qızartı və şişməylə davam edən ağrının ən əhəmiyyətli səbəblərindən biri gut xəstəliyidir. Osteoartrit (kirəclənmə) də ağrı və şişliyə səbəb ola bilər. Bundan əlavə yanlış ayaqqabı istifadəsi və ya genetik quruluş səbəbiylə ayaq baş barmağından çıxıntıyla birlikdə ağrı verə bilər. 
25 iyun 2014
GO BACK