Diş ağrısı üçün şəfalı bitkilər və bitki mənşəli çarə təklifləri
* Ağrıyan dişinizin üzəri və onun ətrafında olan yemək yığıntılarını diş fırçası və ya diş ipi ilə təmizləməlisiniz. Arxasından yarım çay qaşığı duzu yarım su stəkanına əlavə edərək bu qarışıqdan əldə etdiyiniz suyla ağızınızı yaxalamalısınız.
* Ağrıyan dişin üzərinə əvvəllər dərman qoyulardı. Bu üsulu dişlərinizə qətiliklə tətbiq etməməlisiz, çünki kimyəvi quruluşlu dərmanlar diş ətinizdə və ya ətraf toxumalarda pozulmalara səbəb olur. Bununla da diş ağrınızın yanında ikinci bir ağrının da meydana gəlməsinə səbəb olur.
* Əgər həmin bölgədə iltihab səbəbiylə şişkinlik yaranıbsa, bu sahəyə soyuq su ilə kompres etməyiniz uyğun olacaq.
* Dişinizin üzərində çürük səbəbiylə oyuq meydana gəlibsə, bu sahəyə çox az qərənfil yağı hopdurulmuş pambıq qoya bilərsiniz. Çünki qərənfil yağı ağrının azalmasını təmin edəcək. Ancaq qərənfil yağı da yumşaq toxumalara zərər verdiyi üçün qərənfil yağını çox vurmayın. Beləcə, qərənfil yağının diş ətinizə sızmasının qarşısını almış olarsınız.
Daha sonra tez bir zamanda diş həkiminizə müraciət etməyi tövsiyə edirik. Diş həkiminə getməzdən əvvəl bir ağrıkəsici dərman ata bilərsiniz.
Şiddətli ağrının səbəbi çürüyən bir dişin iltihablanmağa başlamasıdır. Yeni yaranan iltihab dişin əsəbini öldürməyə başlayır və dişin xaricinə doğru yayılır. Bu da toxumalarda təzyiq və ağrıya səbəb olar. Bu da ən şiddətli ağrıdır.
Şiddətli diş ağrıları xüsusilə gecələri artar. Səbəbi isə budur ki, gecə saatlarında damarlar hormonal dəyişikliklər səbəbiylə genişlənir. Bunun nəticəsində bədənimizdən daha çox maye ifraz olur. Diş iltihab səbəbiylə pozulduğu üçün maye damarlardan kifayət qədər çıxa bilməz və beləcə, içəridə maye yığını artmış olar. Bu pozğunluq təzyiqə səbəb olur ki, bu da dişdəki əsəbə təsir edər və beləcə, ağrı hissi meydana gəlmiş olar.
Ağrıkəsicilər belə bir anda qısa bir müddət ağrını yüngülləşdirə bilər, amma sonra ağrı yenidən başlayar. Çox sayda ağrıkəsici alınması isə ağrı üçün bir çarə deyil, yalnız mədəyə zərər verməkdir.
Çıxış yolu
Bu vəziyyətdəki bir xəstənin dişə müdaxilə edilməsindən başqa bir çarəsi olmadığı üçün xəstənin ən qısa zamanda bir diş həkiminə getməsi lazımdır.