Qadin.NET / Bahar yorğunluğuna müqavimət göstərin

Bahar yorğunluğuna müqavimət göstərin

 

Bahar yorğunluğunu qarşısını almaq üçün iş yerlərində və evlərdə tez-tez havanı dəyişmək lazımdır. Mütəxəssislər, iş istəyini azaldan, əksər adamları yatağa salan bahar yorğunluğunun qarşısını gündə ən az 10 stəkan su içməklə və otaq havasını yeniləməklə ala biləcəklərini deyirlər. Eyni zamanda tez-tez gəzintiyə çıxamağın da bahar yorğunluğuna qarşı müqavimət olduğunu qeyd edirlər.
İsti aylarında bədəndəki bəzi hormonlar daha çox işləyir. Günəş şuasının təsiri nəticəsində artan bu hormonlar insanın fiziki və psixoloji quruluşuna əhəmiyyətli dərəcədə təsir edir. Bir çox insan havaların istiləşməsiylə səhər yataqdan qalxmaqda çətinlik çəkdir. Gündəlik işlərini də çətinliklə edə bilirlər. Yorğunluq, halsızlıq sanki insanı əsarətə salır. Anadolu Sağlamlıq Mərkəzindən Terapiya eksperti Dr. Sədi Rüştü Vural, isti aylarda insan bədəninin enerjili olmasını təmin edən hormonların daha aktiv yarandığını qeyd edir. Lakin vitamin çatışmamazlığı yaşayan insanlarda bunun əksini müşahidə etmək mümkündür. Digər tərəfdən bahar aylarında havadakı elektrik yükünün də artdığını yada salaraq, "Mənfi yüklü ionlar yorğunluğa səbəb olarkən, müsbət ionlar insanın gümrah hiss etməsini təmin edir." deyir.
Psixiatr Banu Büyükkal isə bahar yorğunluğunun böyük problem olduğunu ifadə edir. Bu hissi bahar aylarında hər kəsin yaşadığını ifadə edən Büyükkal, "Normalda bu vəziyyət bir neçə həftə içində keçir" dedi. Ancaq daha çox uzanması, məktəb və ya iş performansını zəiflədir. Məhz bu zaman diqqətli olmaq lazımdır."  Uzun  çəkən və davamlı olaraq yorğunluq  hissi yaşayan insanlarda depressiyaya meyillilik də güclü olur. 
Əgər gizlin yaranan bir xəstəlik yoxdursa bahar yorğunluğundan qorunmaq üçün bəzi tədbirlər almaq mümkündür. Fizika müalicə və reabilitasiya mütəxəssisi Dr. Yaprak Ataker, işləyərkən qısa və tez istirahət fasilələri vermək yorğunluğun aradan qaldırılmasına kömək edəcəyini qeyd edir. Ev, məktəb və iş yerlərinin tez-tez havalandırılmasının da insanlarda müsbət təsir edəcəyini vurğulayır. Ataker, bu tövsiyyələri verir: "Tərkibində bol miqdarda B və C vitaminləri olan tərəvəz və meyvələrdən faydalanın. Qəhvə və çay əvəzinə bol-bol su için. Aerobik tərzdə gediş, qaçış, velosiped və üzmə kimi məşqlər edin."
Bahar yorğunluğuna müqavimət göstərin
Bahar allergiyası olanlara tövsiyyələr
Bahar aylarında ağac və çiçəklərdən qaynaqlanan polen allergiyası də artır. Çox insan baharı burun axıntısı, asqırma, öskürək, qaşınma kimi şikayətlərilə keçirir. Səma Xəstəxanasından sinə xəstəlikləri mütəxəssisi Dr. Aişə Türközü, bahar allergiyasından əziyyət çəkənlər üçün  bu təklifləri verdi: "Yatmazdan əvvəl yataq otağınızın havasını dəyişin. Yatmazdan əvvəl saçlarınızı yuyaraq saçınıza yapışan tozcuqlardan xilas olun. Geyimlərinizi çöldə qurudun. Avtomobildə şüşələri bağlı saxlayın."
Bahar yorğunluğundan meyvə tərəvəz xilas edəcək
Türkiyə və Amerika dietoloqu Dilara Koçak, baharda müşahidə olunan ümumi yorğunluq, halsızlıq, gücsüzlük, istəksizlik və yuxusuzluq kimi şikayətlərin çox sadə tədbirlərlə aradan qaldırılmasını göstərdi. Koçak, insanların keçmişə nisbətən daha çox xəstələndiklərini və bunun qarşısını almaq üçün immun sisteminin gücləndirilməsinin lazım olduğunu vurğuladı. Dilara Koçak, bunları dedi: "Gündə 5-6 pay tərəvəz-meyvə yeməklə, içiləcək suyun miqdarını artırmaqla, açıq havada gəzməklə və keyfiyyətli bir yuxu ilə  bahar yorğunluğuna qalib gəlmək mümkündür." İsti havada  su ehtiyacı artıracağı üçün gündəlik içilən su miqdarını 2,5 və ya 3 litrə qaldırmağı tövsiyyə edir. 
22 iyun 2014
GO BACK