Şəkərdən istifadə son əsrdə çox geniş yayılıb. Belə ki, bir çox mütəxəssis dünyada artan həddindən artıq köklük və şəkərli diabetin ən birinci səbəbinin həddindən artıq şəkər və xüsusilə də fruktozadan istifadə olduğunu söyləyir. Beynin ən əhəmiyyətli qidası, hətta loru dildə desək, benzini olan şəkərdən çox istifadə etdikdə bir çox fəsadlar meydana gətirir.
Diş çürükləri
Bu, onsuz da bilinən həqiqətlərdən biridir. Həddindən artıq şəkər, şokolad, şirniyyatdan istifadə etmək diş çürüməsinə səbəb olur.
Tez-tez acmaq
Şəkərin ən pis təsirlərindən biri də tez-tez insanı acdırmasıdır. Əgər ac qarınına yesəniz, şəkəriniz birdən-birə yüksəlib, birdən də düşə bilər. Bu da qısa müddət sonra aclıq hissinin yaranmasına səbəb olar. Ayrıca, leptin hormonuna da təsir edər. Leptin hormonu uzun aclıq zamanı arıqlamağı təmin etdiyi kimi beynə "doydum" siqnalını da göndərir. Bəzi araşdırmalar leptin müqavimətinin artıq çəkiyə səbəb ola biləcəyini göstərir.
Artıq çəkiyə səbəb olur
Şəkərin kalorisinin çox yüksək olmasına baxmayaraq, çox az toxluq hissi təmin edər. Hətta yağlar belə bu baxımdan şəkərdən zərərsizdir. Çünki insanı daha tox tutur. Aparılan 68 fərqli araşdırma gündəlik şəkər qəbulunun artıq çəkiyə səbəb olduğunu göstərir.
İnsulin müqaviməti
Köklüyün və heç cür yaxa qurtara bilmədiyimiz artıq çəkiyə səbəb olan insulin müqavimətinin ən əhəmiyyətli səbəbi şəkərdir. Bədən artan qan şəkərini tarazlamaq və bədənə zərər verməsini önləmək üçün insulin ifraz edir, amma bir müddət sonra bədən insulinin təsirini hiss etmir. İnsulin müqaviməti olan insanlar asanlıqla arıqlaya bilməz, lakin asanlıqla kökələr.
Diabet
1988-2008-ci illər arasında ABŞ-da diabet 128 % artmışdı. Hal-hazırda ABŞ-da cəmi 25 milyon insana təsir edir. Yeyib-içdiklərimizdə, hətta yediyimiz duzlu krakerlərin belə tərkibində həddən artıq çox şəkər var. Bu da şəkər xəstəliyinə səbəb olur.
Qaraciyər çatmazlığı
Bədənə lazım olandan çox şəkər daxil olduqda qaraciyər iltihabı artır. Şəkərin çoxluğu qaraciyərin də həddindən artıq işləməsinə səbəb olur. Buna görə də spirtli içkilərdən istifadə etməyən, amma qaraciyər piylənməsi yaşayanlarda fruktoza əhəmiyyətli bir rol oynayır.
Böyrək xəstəliyi
Əslində şəkərin çoxluğunun böyrək xəstəliyinə səbəb olduğu hələ bir fərziyyədir. Ancaq 9 min 358 insan üzərində aparılan bir araşdırma göstərir ki, çox şəkərli içkilər böyrəklərə zərər verir.
Yüksək təzyiq
Yüksək təzyiqi adətən duz ilə əlaqələndirirlər. Amma normadan çox şəkərdən istifadə etməyin qan təzyiqinə təsir etdiyi sübut olunub. Daha əvvəl yüksək təzyiq şikayəti olmayan 4 min 528 insan üzərində aparılan bir araşdırmaya görə, gündə 74 qramdan çox şəkər istifadə edənlərdə yüksək təzyiq riski olduğu ortaya çıxıb.