Qadin.NET / Dərinin sevdiyi 7 vitamin

Dərinin sevdiyi 7 vitamin

Qışda təsirinə məruz qaldığımız küləkli və soyuq havaların cansızlaşdırdığı dərimiz, bahar aylarında yenilənməyə başlayır. Ancaq yaz-yay ayları dərinin yenilənməsi qədər günəş və istinin zərərli təsirlərinə də məruz qalmaqdadır. Dərimizi mövsüm şərtlərinin axışına buraxmadan nizamlı olaraq qorumağın doğru vitaminlərlə mümkün olduğunun vurğulayan Acıbadem Atakent Xəstəxanası Dermatoloji Mütəxəssisi Dr. Yeliz Erdemoğlu dərimizin sevdiyi 7 vitamin barədə məlumat verdi.

Dərinin sevdiyi 7 vitamin
 A vitamini
Sızanaq və ləkələrdən qoruyur, hüceyrələri yeniləyir. A vitamini retinol kimi fərqli formaları olan, dermatoloqların sızanaqdan ləkə müalicəsinə qədər bir çox dəri xəstəliyində sevərək istifadə etdiyi bir vitamin qrupudur. Kollagen istehsalını artıraraq dəri sallanmasının qarşısını alır, antioksidant təsiriylə hüceyrə yenilənməsini təmin etməsi A vitamininin bu qədər məşhur olmasının başlıca səbəbidir.
Rəng tonunu bərabərləşdirmək, incə qırışları açmaq, qara nöqtələrdən xilas olmaq istədiyimizdə A vitaminindən faydalana bilərsiniz. Burada diqqət yetirilməsi lazım olan nöqtə istifadə zamanıdır. Bu qrup məhsulların günəş şüası ilə arası olmadığı üçün gecə, xüsusilə payız və qış aylarında istifadə edilməlidir.
Dərinin sevdiyi 7 vitamin
B3 vitamini
B3 dərinin baryer funksiyasına köməkçi olan seramid və yağ turşularının istehsalını artıran bir vitamindir. Dərimiz nə qədər yaxşı bir baryer vəzifəsi görsə, nəm itkimiz də o qədər az olar, allergiya səbəbləri azalar və daha az qızartı şikayətimiz olar. Bu tərkibdəki kremlərin ən yaxşı istifadə zamanı səhər və gecə yatmazdan əvvəldir. 
Dərinin sevdiyi 7 vitamin
 C vitamini
Kollagen istehsalının olmazsa, olmazlarından və hüceyrə yaşlanmasına qarşı ən təsirli vitaminlərdən biridir. Siqaret istifadəsi bədənimizin bu qiymətli vitamini itirməsinə səbəb olur. Bu səbəblə siqaret istifadə edən insanlar mütləq dəstək məqsədli C vitamini qəbul etməlidir. Sallanan dərinin toplanmasında və incə qırışların açılmasında rahatlıqla istifadə edilə bilər. İdeal tətbiq zamanı isə səhərlər günəş qoruyucu istifadəsindən əvvəldir. 
Dərinin sevdiyi 7 vitamin
 E vitamini
 Günəşin zərərli təsirlərindən qoruyur. E vitamini dəri sağlamlığını qorumaq üçün ən təsirli vitamindir. Günəş şüalarından yaranan dəri yaşlanması hətta xərçəng kimi zərərli təsirlərindən qorunmaq üçün  vaz keçilməzdir. Dərinin bərpası və quruluğunu aradan qaldırılmasında, erkən yaşlanmada və xərçəngin inkişafında təsirli rol oynayan sərbəst radikalların, zərərli təsirlərinin aradan qaldırılmasına yardımcı olur. Günümüzdə demək olar ki, bütün nəmləndiricilərin və günəş sonrası kremlərin hamısı E vitamini ehtiva edir.
Dərinin sevdiyi 7 vitamin
 K vitamini
Anti-aging təsir təmin edir, göz ətrafını yeniləyir. K vitamini kapilyar, damar divarına dəstək təmin edərək xüsusilə gözaltı qaralmalarının və torbalarının aradan qaldırılmasında çox faydalıdır. Ayrıca botoks və dolğu kimi estetik əməliyyatlar sonrası dərinin yaxşılaşma müddətini də qısaldır. Göz ətrafı anti-aging kremlər seçərkən, K vitaminli tərkibi və miqdarına diqqət etmək lazımdır. Göz ətrafı anti-aging kremlərində kafein ilə K vitamini qarışdırılaraq istifadə edildiyində göz altı qaralma, torbalanma və qırışların aradan qaldırılmasına daha təsirli olur.
Dərinin sevdiyi 7 vitamin
Hidroksil turşular
Ölü dərini təmizləyir, rəng tonunu sabitləyir. AHA və BHA olaraq da adlandırılan "hidroksil turşular" dərinin ən üstündə olan ölü təbəqənin soyulmasını və rəng tonunun tarazlığının qorunmasını təmin edir. Ancaq həssas dərili insanlarda reaksiyalara yol aça bilər. Bu səbəblə yalnız həkim məsləhəti ilə diqqətli və aşağı dozalarda istifadə edilməsi lazımdır.
Dərinin sevdiyi 7 vitamin
 Q-10
Yaşlanmağı yavaşladır, DNK zədələnməsini bərpa edir. Yaxşı bir sərbəst radikal olan Ubikinon ya da daha çox bilinən adıyla Koenzim Q 10 yaşlanmanın yavaşladılmasında, toxuma elastikliyinin qorunması və yenidən qazanılmasında çox faydalıdır. DNK zədələnməsinin bərpa edərək yaşlanmağı gecikdirir və kollagen kimi dərinin təməl hissəciklərinin istehsalını dəstəkləyir.
24 iyun 2014
GO BACK