Qadin.NET / İsti havada sərinlədən qidalar

İsti havada sərinlədən qidalar

İstinin orqanizmimizə mənfi təsirləri hər kəsə məlumdur. Ancaq bu mənfi təsirləri bir az da səhv qidalanma vərdişlərimiz və doğru olmayan ədviyyat seçimi artırır. Halbuki, sərinlədən və istinin təsirlərini tarazlayan, rahatlaşdıran bir çox təbii bitki və ədviyyatlar mövcuddur. Bu təbii maddələr sərinlədir və insana rahatlıq verir. İsti yay günlərində bu qidalardan istifadə edərək sərinləməklə yanaşı, itirdiyimiz vitamin və mineralları da geri qaytara bilərik. 

İsti havada sərinlədən qidalar

Qarpız

 Yay mövsümünə qarpız-pendir mövsümü desək, yanılmarıq. Qarpız A, C vitaminləri və antioksidantlar baxımından çox zəngindir. Mütəxəssislərə görə, qarpız  bədənin istiliyini salır və insana sərinlik hissi verir.

İsti havada sərinlədən qidalar
 Kahı
 95 %-i sudan ibarət olan kahı itirdiyiniz mayeni geri almağınızı təmin edər. Su içməkdən sıxıldığınız zamanlarda bir yarpaq kahı yeyə bilərsiniz.
İsti havada sərinlədən qidalar
Nanə
 Təzə nanə sərinlik hissi yaradar. Salatlara və ya içkilərə  (məsələn, ayrana) nanə yarpağı əlavə edə bilərsiniz.
İsti havada sərinlədən qidalar
Acı bibər
 "Acı bibər də sərinlədərmi" deməyin! Ədviyyatlı yeməklər təbii sərinləmə mexanizmini işlədər və tərləyərək sərinlənməyinizi təmin edər.
İsti havada sərinlədən qidalar

 Meyvə kokteyli
 İstidə istifadə etdiyiniz spirtli içkilər qısa müddətli sərinlik versə də, bədəni susuz buraxdığı üçün əslində uzun müddətdə işə yaramaz. Meyvə kokteyli və spirtsiz içkilər ilə daha asan sərinləyə bilərsiniz.
İsti havada sərinlədən qidalar
Gül suyu
Həm dəri, həm də bədən üçün sərinlədicidir. Soyuducuda saxlayıb üzünüzə püskürtürsəniz, dərinizi sərinlədər. Soyuq suya bir çay qaşığı əlavə edib bir az da qənd ilə qarışdıraraq içsəniz sərinləyər, sakitləşər və özünüzü daha rahat hiss edərsiniz.
20 iyun 2014
GO BACK