Qadin.NET / Beyin haqqında

Beyin haqqında

Beyin haqqında

İnsan beyni bir çox işi eyni anda yerinə yetirən sistemə malikdir. Məsələn, bir insan beynindəki qüsursuz quruluş sayəsində bir tərəfdən avtomobili sürərkən, digər tərəfdən maqnitofonu işə sala bilir, o əsnada sükanı da rahatlıqla idarə edə bilirik. Bir çox işi eyni anda yerinə yetirməyimizə baxmayaraq qarşımızdakı avtomobillər və ya piyadalarla toqquşmuruq. Eyni anda ayaqlarımız ilə qaz pedalını idarə edirik. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlayırıq. Söhbətə qaldığımız yerdən davam edir və ən əsas odur ki, bütün bu proseslərin hamısını eyni anda mükəmməl idarə edirik. Qısaca desək, insan beyninin qeyri-adi qabiliyyəti sayəsində eyni anda bir çox işi görə bilirik. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birlərilə əlaqəsidir.

Beyin haqqında

Xarici aləmdəki cisimlərdən beyinə gələn və milyonlar, hətta milyardlarla ifadə edilən siqnallar böyük uyğunluq içində beyində analiz edilir, daha sonra dəyərləndirilir və hər birinə lazımi qiymətlər verilir. Bu qarışıq sistemin işləməsi heç dayanmadan, həyatımız boyu davam edir. Biz də bu sayədə görür, eşidir, hiss edir, qısası, yaşayırıq.  Beyindəki bu qüsursuz sistemi əmələ gətirən ən mühüm ünsürlərdən biri sayı 10 milyarda çatan sinir hüceyrələridir.

Beyin haqqında

Beyindəki sinir hüceyrələri digər bütün hüceyrələrdən fərqli olaraq elektrik axınları ilə işləyir və bu elektrik axınları sayəsində məlumat mübadiləsi edir, məlumat saxlayırlar. Sinir hüceyrələrinin bir-birlərilə əlaqəsini, dolayısı ilə beyindəki ahəngi təmin edən sinir hüceyrələrindəki xüsusi quruluşdur. Beyindəki 10 milyard hüceyrənin 120 trilyona yaxın əlaqəsi var və bu 120 trilyon əlaqənin hamısı doğru yerdədir.

Beyin haqqında

Əgər bu əlaqələrdən hər hansı biri səhv yerdə olsaydı, nəticəsi çox ağır olardı. Hətta insanların həyati funksiyalarını yerinə yetirməsi mümkün olmazdı. Ancaq belə bir şey baş vermir və bəzi xəstəliklər istisna olmaqla bütün insanlar onlar üçün təbii olan, amma əslində ardında trilyonlarla möcüzəvi prosesin baş verdiyi həyat yaşayırlar.

Beyin haqqında

Beyindəki bir-birilə əlaqədar işləyən bu quruluş da insan bədənindəki digər bütün sistemlər kimi hər mərhələsində mükəmməl xüsusiyyətlərə malikdir. Beyinin milyonlarla funksiyasını tam səhvsiz, qarışıqlıq salmadan yerinə yetirməsinin səbəbi isə onun bu xüsusiyyətlərlə birlikdə yaradılmasıdır.

İzhar Kazımov

7 sentyabr 2014
GO BACK