Allah yaratdığı hər bir bitkini biz insanların xeyri üçün yaratmışdır. Hər bir bitkinin öz xüsusiyyəti, öz yararı var. Bu gün meyvə və tərəvəzlərin şirələrindən və onların xeyrindən yazmaq istəyirəm.
1. Kök, zəncəfil, alma: Bu meyvələrin şirəsi insanın immun sistemini gücləndirir. Xəstəliklərə qarşı vücudumuzu qoruyur.
2. Alma, xiyar, kərəviz: Xərçəng xəstəliyinin qarşısını alır, qanda xolesterolu aşağı salır, qarın ağrısını və baş ağrısını aradan qaldırır.
3. Pomidor, kök, alma: Dəri rəngini yaxşılaşdırır və ağızdan gələn pis qoxunu aradan qaldırır.
4. İstiot, alma, süd: Yüksək hərarəti aşağı salır və ağızdan gələn pis qoxunu aradan qaldırır.
5. Naringi, zəncəfil, xiyar: Üz dərisini yumşaldır, rəngini yaxşılaşdırır və istiliyi aşağı salır.
6. Ananas, qarpız, alma: Bədəndə olan artıq duzu tökür, böyrək və sidik kisəsini qidalandırır.
7. Alma, xiyar, kivi: Üz dərisini yaxşılaşdırır. Üzdə olan çapıq və ləkələri aradan qaldırır.
8. Kök, alma, armud, manqo: İmmuniteti gücləndirir, daxili istiliyi yüksəldir, qan təzyiqini aşağı salır və ümumi bədən halsızlığına qarşı vuruşur.
9. Üzüm, qarpız, süd, vitamin C, vitamin B2: İnsan bədənində immuniteti yüksəldir. Zehni gücləndirir.
10. Banan, ananas, süd: Bu məhsullardan hazırlanmış şirə C vitamini ilə zəngindir. Soyuqdəymə və başqa xəstəliklərə qarşı imuniteti gücləndirir.
Sonda isə hər kəsə sağlam həyat və bol vitamin arzu edirəm. Unutmayın ki, sağlamlığımız öz əlimizdədir. Sağlam qida sağlam həyat deməkdir.