Qadin.NET / Stress zamanı yeyirəm

Stress zamanı yeyirəm

Stress artıq hər bir insanın həyatında böyük rol oynayır. "Əsəbiləşən kimi soyuducunun qapısını açıb orada gözümə görünən hər bir qidadan yeyir və beləcə stress atıram" deyən insanlar çoxluq təşkil edir. Uzun sürən araşdırmalardan sonra məlum olub ki, insanlar daha çox stress dönəmlərində kökəlirlər. Bəzi insanlarda stress zamanı iştahsızlıq müşahidə olunduğu halda bəzi insanlarda isə tam əksi, stress zamanı aclıq hiss etmə və qədərini bilmədən yemək hissi müşahidə olunur. İnsan daxil olmaqla bütün canlıların vücudunda stress hormonları deyilən kortizol, adrenalin və noradrenalin kimi hormonlar insan əsəbi olduğu zaman işə başlayır. Bu hormonlar qanda şəkərin yüksəlməyinə səbəb olur, ürək döyüntülərini artırır, damarlarda yığılma yaradır. Əslində bu bir özünü qoruma mexanizmidir. Təbiətdəki canlılar qorxduğu zaman qaçmağa üstünlük verdiyi halda, insanoğlu soyuducunu açır, heç yemək istəmədiyi halda yeyir.

Əslində hər kəsdə bu əvvəldən belə olmur. İnsan stress zamanı iştahdan kəsilir və problemın həll yollarını araşdırır. Bir neçə dəfə belə olduqdan sonra insan stress zamanı bir-iki dəfə yemək yeyir və bununla xoşbəxt olduğunu hiss edir. Çünki bu qidalar vücutda serotonin və endorfin adlanan xoşbəxtlik hormonlarını yüksəldir. İnsan bunu yavaş-yavaş öyrənir və stress zamanı özünü xoşbəxt hiss etmək üçün əsasən də şokolad və başqa şirniyyat kimi kalorili qidalar yeməyə başlayır və beləliklə, hiss etmədən kilo almağa başlayırıq. Stress zamanı çox yediyimiz üçün mədədə genişlənmə baş verir. Və başqa vaxtlarda da yemək yediyimiz zaman mədə daha çox qida tələb edir. Və beləliklə, özümüz də hiss etmədən kökəlirik. Bu da gələcəkdə artıq çəki səbəbindən daha da ağır depressiyalara düşməyimizi təmin edir.

İnsan stress zamanı qida qəbul edərkən hansı hallarla üzləşir:

1. Kökəlir.

2. Yemək yeyərkən idarəni itirir.

3. Özünə güvəni itirir.

4. Depressiyaya düşür.

5. Daim narahat və həyəcanlı olur.

6. Çəki tədricən artır.

7. Cinsi istəksizlik yaranır.

8. Yeməyi gizli-gizli yemə halları baş verir.

9. Yedikdən sonra isə özündən utanma və günahkarlıq hissi keçirir.

10. Bir neçə pəhriz formalarını yoxlayır və atır.

11. "Əgər arıqlasam, həyatım daha gözəl olar" deyə düşünür.

12. İntihar haqda düşünür. 

Stress zamanı yeyirəm

Çox yeyən insanlarda hansı sağlamlıq problemləri yaranır?

1. Kökəlmə

2. Menstruasiyanın pozulması.

3. Diabet, şəkər xəstəlikləri yaranır.

4. Yüksək təzyiq.

5. Təngnəfəslik və hava çatışmazlığı.

6. Qaraciyər və böyrək problemləri

7. İnfarkt və ölüm. 

Stress zamanı yeyirəm

Bu problem insanda 2 nevroloji xəstəlik yaradır: nevrotik anoreksiya və bulimiya nevroz.

Bu xəstəliklərə qadınlarda daha çox rast gəlinir. Çünki qadınlar yeniyetmə dövründə vücud dəyişikliyi ilə üz-üzə qalırlar. Sinə böyüyür, ayaqlarda genişlənmə hiss olunur. Və təbii olaraq kökəlmə hiss olunur. Və qadınlarda bu dövrdən artıq müxtəlif pəhrizlərə maraq artır. Artıq mədə bəzən çox, bəzən az qida qəbul etməyə vərdiş verir.

Əgər stress zamanı iştahınız artır və siz soyuducunun qapısını açıb orda hər gördüyünüzü yeyirsinizsə, heç dərd etməyin. Bunun da öhdəsindən gəlmək mümkündür. Sadəcə, bir az iradə və özgüvən hissi olmalıdır.

 Stress zamanı yeyirəm

1. Unutmayın ki, bu, sizdə artıq vərdiş halına çevrilib. Və hər hansı vərdişi unutmaq və təkrarlamamaq bizim öz əlimizdədir.

2. Stress zamanı özünüzü mətbəxə yox, evdən kənara atın. Gün işığında sakit havada edilən yürüş hər hansı şokoladdan və şirniyyatın sizə verəcəyi xoşbəxtlikdən daha üstün olacağına əmin olun. Özünüzü bu zaman daha yaxşı hiss etdiyinizi görəcəksiniz.

3. İnsanın özünə hədiyyə etməsi belə insanın halını yaxşılaşdırır. Əsəbi olduğunuz zaman özünüzə kiçik bir ətir və ya saç aksessuarı alsanız, bu, sizi çox xoşbəxt edəcək. Hətta özünüüzü bir sini paxlava yemiş kimi hiss edəcəksiniz. Üstəlik,  bu qədər paxlavanı yedikdən sonra keçirdiyiniz peşmanlıq və günahkarlılıq hissini də yaşamayacaqsınız. 

Stress zamanı yeyirəm

4. İnsanın stres zamanı özünü qoruya biləcəyi yollardan biri də mühiti dəyişməkdir. Bu, hər zaman mümkün olmaya bilər. O zaman ən yaxşısı beyninizin mühitini dəyişin. Bu o deməkdir ki, gözəl bir roman oxuya bilərsiniz. Bu zaman beyniniz sizi narahat edən problemləri unudub romanın içində baş verən hadisələrlə məşqul olacaq.

5. Stress zamanı yemək istədiyiniz zaman tez saqqız çeynəyin.

6. Çalışın sevdiyiniz musiqi sədaları altında sakitləşənə, yorulana qədər rəqs edin.


8 iyun 2014
GO BACK