Qadin.NET / Bunlar kişilər üçün zərərlidir

Bunlar kişilər üçün zərərlidir

Bunlar kişilər üçün zərərlidir

Alimlər hesab edirlər ki, daim istifadə etdiyimiz məhsullarda - diş məcunu, sabun, plastik uşaq oyuncağında kimyəvi maddələrə rast  gəlirik. Timo Strunkerin rəhbərliyi altında Kopenhagen Universitetinin alimləri ilk dəfə olaraq kimyəvi maddələrin potensiya ilə əlaqəsini aşkar etmişlər. Eksperimentlər göstərir ki, kimyəvi maddələrin 30-96%-i kişilərdə sonsuzluğa səbəb olur. Belə zərərli maddələrdən biri də triklozandır. Triklozana əsasən diş məcununda və sabunda rast gəlmək olar. Potensiya üçün zərərli olan kimyəvi maddələr təkcə içki və qida vasitəsilə deyil, həm də dəri vasitəsilə, məsələn, sabunla keçə bilər. 

Bunlar kişilər üçün zərərlidir
Televizora baxmağın ziyanı

Harvard Universitetinin alimləri belə düşünür ki, televizora baxmaq ziyandır. Bu, spermatozoidlərin azalmasına səbəb olur. Səbəb əlbəttə  ki, televizorda kinoya baxmaq deyil, insanların oturaq həyat keçirərək kökəlməsidir. Köklük isə sonsuzluğa səbəb olur. Kök insanlarda spermatozoidlərin sayı azalır. Bəs bununla nə etmək olar? Həkimlər oturaq həyata son qoymağı və yağlı qidaları azaltmağı məsləhət görür. Bununla da spermatozoidlərin sayı çoxalır. 20 saat televizora baxmaq spermatozoidlərin sayını 44% azaldır. Həftədə 15 saat idman etmək spermatozoidlərin sayını 73% artırır.

Bunlar kişilər üçün zərərlidir

İnternetin ziyanı

Argentina alimlərinin araşdırması nəticəsində Wi-Fi-ın spermatozoidləri məhv etməsi məlum olub.                    

Həkimlərə çoxdan məlum idi ki, temperaturun artması spermatozoidlərin keyfiyyətini azaldır. Misal üçün qızmış noutbuku göstərmək olar. Əgər siz qızmış noutbuku dizlərinizin üstünə qoysanız, spermatozoidlərin keyfiyyəti pisləşəcək. Həkimlər  Wi-Fi-a qoşulan cihazları orqanlardan uzaq tutmağı məsləhət görür.

Bunlar kişilər üçün zərərlidir

"Koka-Kola"nın ziyanı

Danimarka mütəxəssisləri 2500-dən çox gənci müayinə edib və belə qənaətə gəliblər ki, gündə 1 litr "Koka-Kola" içənlərdə spermatozoidlər 30% azdır. Tədqiqatçıların fikrincə, spermanın keyfiyyətinə kofein mənfi təsir göstərir. Çünki qəhvənin belə bir effekti yoxdur. Çox güman ki, spermatozoidlərin sayı sərinləşdirici içkilərin tərkibinə daxil olan digər maddələr səbəbindən azalır. Bu da sonsuzluqla nəticələnə bilər.

29 may 2014
GO BACK