Qadin.NET / Təzə qan gəncləşdirir, amma...

Təzə qan gəncləşdirir, amma...

 

Təzə qan gəncləşdirir, amma...

 

Amerikalılar qocalma ilə bağlı müalicədə yeni vacib addım atıblar. San-Fransisko Universitetindən ola elm adamı Saul Villeda və onun köməkçiləri qoca siçanlara cavan siçanların qanını köçürməklə uğurlu nəticə əldə ediblər. Bunun nəticəsində qoca siçanlarda yaddaş və əzələlərin zəifləməsinin azaldığı müşahidə olunub. Alimlər  yeni  uğurlu nəticələrin ürək xəstəlikləri və yaddaş zəifliyi xəstəliyinin müalicəsində işə yarayacağını düşünürlər. İlk baxışda ət ürpəşdirici kimi görünən üsul əslində qoca insanların cavanlaşmasına kömək olacaq.

Alimlər 1950-ci ildə bu üsulun zərərsiz olduğunu sübuta yetirmək istəyiblər. Bunun üçün qoca və cavan siçanları qan damarlarını cərrahi yolla bir-birinə bağlayaraq yaranın sağalması müddətini izləyiblər. Bu zaman həqiqətən də qoca siçanların çox tez, cavan siçanların isə gec sağaldığı müəyyən edilib. Amma alimlər heyvanlardakı dəyişikliyin necə baş verdiyini heç kimə açıqlaya bilməmişlər. Çünki o zamanlar kök hüceyrələrinin işləmə prinsipi bilinmirdi.

Villeda və dostları indi cavan siçanların qanlarındakı zülalların qoca siçanların beyin funksiyaları üzərində tam şəkildə necə təsir etdiyini göstərib. Bu üsul zamanı qoca siçanların hüceyrələri sıxlaşıb möhkəmlənəndə zehni bacarıqlarında da sağalma görülmüşdür.

İkinci mərhələdə qoca siçanlara (gənc siçanlarla birləşdirilmədən) gənc qan plazması köçürüldükdə  qoca siçanlar yaddaş testində daha müvəffəqiyyətli olmuşlar. 

Təzə qan gəncləşdirir, amma...

Harvard Universitetində aparılan digər axtarışda GDF11 zülalının kök hüceyrələrini canlandırdığı ortaya çıxıb. Araşdırma aparan  Ami Vager gənc qan müalicəsinin insanlar üzərində də işə yarayacağını söyləyir. Adıçəkilən zülalın siçanda və insanlarda eyni olduğunu və qan dövranında iştirak etdiyini söyləyir. Bu günə qədər aparılan axtarışlarda bu zülalın azaldığı göstərilmişidr. Bu səbəblə də eyni təsirlər insanda da gözlənilir.

Təzə qan gəncləşdirir, amma...

Gəncləşmək bütün orqanizm üçün lazım olduğundan bu üsul hər an ürək-əzələ və ya beyin qocalması üçün ayrı-ayrı müalicələri gərəksiz edərək dərmana çevrilə bilər.  Lakin üsul nə qədər işə yarasa da, zərərli tərəfləri də var. Bu üsulda yeni əmələ gələn kök hüceyrələrinin nəzarətsiz çoxalması baş verə bilər. Bu da xərçəngin yaranmasına gətirib çıxarır. 

Hər çağın öz gözəlliyi var, qocalıq da cavanlıq kimi gözəldir. Əsas olan odur ki, Allah hamımıza sağlam can versin. 

22 may 2014
GO BACK