Qadin.NET / Beyni öldürən qidalar

Beyni öldürən qidalar

Beyni öldürən qidalar
1. Şəkər
Uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur. Bundan əlavə, yaddaşı da zəiflətdiyi təsbit edilmiştir. Qavrama qabiliyyətini zəyiflətdiyi də qeyd edilir. Buna görə də şəkərdən uzaq durmaq lazımdır.
Beyni öldürən qidalar
2. Spirt 
Spirtin qaraciyəri iflas etdiyi hər kəsə məlumdur. Ancaq az bilinən digər təsiri də beyni yararsız hala gətirməsidir. Sağlam düşünmə qabiliyyətini zəiflədir və yaddaşı məhv edir. Qısa müddətdə  spirtdən imtina etdikdə əks təsirləri müəyyən qədər düzəlir. Ancaq uzun müddət və davamlı istifadə etdikdə ömürlük ziyanlara yol açır.
Beyni öldürən qidalar
3. Fast food 
Yaxın zamanda aparılan bir araşdırma fast food məhsullarının beynin ruhunu dəyişdirdiyini ortaya çıxarmışdır. Bu da depressiya problemlərinə gətirib çıxarır. Fast Food məhsullarının içindəki qatqı maddələrinin qavrama pozğunluğu, motivasiya əskikliyi və yaddaş zəifliyinə də gətirib çıxartdığı sübut edilmişdir.
Beyni öldürən qidalar
4. Qızardılmış yeməklər 
Bütün qızardılmış yeməklərə kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular daxildir. Bunlar həm uşaqlarda, həm yetkinlərdə ciddi beyin qüsurları yarada bilər. Qızardılmış qidalar beyin sinirlərini zədələyir. Bəzi yağlar isə digərlərinə görə daha zərərlidir. Təbiətdəki ən toksik və təhlükəli qızartma yağının günəbaxan yağı olduğu təsbit edilmişdir.
Beyni öldürən qidalar
5. İşlənmiş və ya əvvəlcədən bişirilmiş qidalar 
Eynilə qızarmış qidalar kimi işlənmiş qidalar da mərkəzi sinir sisteminə zərər verir. Bu da degenerativ beyin pozğunluğuna gətirib çıxarır. İrəlidəki yaşlarda Alzheimer xəstəliyinə də səbəb olur.
Beyni öldürən qidalar
6. Çox duzlu qidalar 
Duzun ürəyə zərər verdiyini hər kəs bilir. Bilinməyən şey isə duzun içindəki qatı natriumun beyinə də zərərli olduğu və düşünmə qabiliyyətini zəiflətdiyidir. 
Beyni öldürən qidalar
7. Taxıl
Taxıl beyin funksiyalarına zərər verir. Ancaq bunun tək istisnası yüz faiz tam kəpəkli taxıllardır. Əgər taxıldan çox istifadə etsəniz, bu, sürətlə yaşlanmanıza da gətirib çıxaracaqdır.
Beyni öldürən qidalar
8. İşlənmiş zülallar 
Zülallar əzələ yaradıcı təsirə malikdir. Ət isə ən yüksək keyfiyyətli və ən zəngin zülal qaynağıdır. Ancaq sosiska, kolbasa, sucuq və bənzər qidalar kimi işlənmiş zülallardan uzaq durmalısınız. Təbii zülallar sinir sistemini düzgün şəkilləndirməyə kömək etsə də, işlənmiş zülallar sinir sistemini korlayır.
Beyni öldürən qidalar
9. Trans yağlar 
Hər cür trans yağdan uzaq durulmalıdır. Trans yağlar bir çox ciddi problemə gətirib çıxarar. Ürək problemləri, xolesterol və  piylənmə bunların ən çox bilinənidir. Az bilinən isə beyinə də olduqca zərər verməsidir. Refleksləri öldürər, beyin funksiyasının keyfiyyətini aşağı salar, ayrıca iflic riskini də maksimum səviyyəyə qaldırar. Alzheimerə bənzər təsirləri də uzunmüddətli istifadədə ortaya çıxar.
Beyni öldürən qidalar
10. Süni dadlandırıcılar
 İnsanlar arıqlamaq üçün şəkər yerinə süni dadlandırıcılardan istifadə edirlər. Bunların daha az kalori ehtiva etdiyi doğru olsa da faydasından çox zərəri vardır. Uzunmüddətli istifadə zamanı beyinə mənfi təsir edər və zehni pozğunluqlara gətirib çıxarar.
Beyni öldürən qidalar
11. Nikotin 
Nikotinin zərərləri saymaqla bitməz. Beyinlə əlaqədar olanına gəlincə... Bədəninizin ən əhəmiyyətli orqanı olan beyninizə qan getməsinə mane olur. Beynə qan getməzsə, oksigen də getməz. Bu da beyninizin yavaş-yavaş ölməsinə gətirib çıxarır. Kapilyar damarları tıxadığı üçün nevrotransmitter çıxarılmasına mane olur və funksiyasını yerinə yetirməsini əngəlləyir. Bu da sinir sistemini sıradan çıxarır.
14 may 2014
GO BACK