Qadin.NET / Göbələk xəstəlikləri

Göbələk xəstəlikləri

Göbələk xəstəlikləri

Daha çox yay aylarında əmələ gələn göbələk infeksiyaları hər kəsdə yarana bilər. Dəridə yerləşən göbələk xəstəliklərinin ən çox görülən şəkli isə ayaqda yaranan göbələklərdir.

Dr. Buket Pençe göbələk xəstəliyinin əl və ayaqda qaşıntı, qızartı, sulanma, sərtləşmə, qalınlaşma və bəzən kəpəklənmə şəklində özünü göstərdiyini və dərmanlar vasitəsilə göbələklərdən asanlıqla yaxa qurtarmağın mümkünlüyünü bildirib. 

Göbələk necə yayılır?
Göbələklər heyvanlardan, torpaqdan və ya xəstə insanlardan yaxın və uzun müddətli təmasla keçir. İki və bəzən üç insanın istifadə etdiyi geyimlər, dəsmallar, başmaqlar, corablar, ayaqqabılar, hamam, duş, çimərlik, otel otaqları ən çox rast gəlinən yoluxma yollarıdır. Heyvanların dərisində göbələk xəstəliyi tük tökülmələrinə səbəb olur. Bu heyvanlar müalicə edilməsə, infeksiya insanlara da keçə bilər. Saçlı dəridə göbələk xəstəlikləri yalnız uşaqlıq yaşlarında olur. Yetkinlikdən sonra saçlı dərinin yağ vəzilərində dəyişikliklər meydana gəlir və göbələklərin saçlara, saçlı dəriyə məskunlaşmasına mane olur.
Saçlı dəridə və bədəndə göbələklər
Saçlı dəridə yerləşən göbələk xəstəliyi bəzən yalnız saçlarda qırılma, incəlmə və dəridə kəpəklənmə ilə ortaya çıxır və müalicə nəticəsində heç bir iz buraxmadan itir. Bəzən isə sulu, qabıqlı yaralar görülür. Bu vəziyyət müalicə edilsə də saçlar yenidən çıxmaya bilər.
Göbələk bədəndə məskunlaşsa, bir-birinə keçmiş halqalar şəklində çəhrayı-qırmızı rəngli, kəpəkli, bəzən kiçik su dolu qabarcıqlar, qaşıntılı ləkələr, yaralar haında olur. Zamanla kənara doğru genişlənər və sayları arta bilər.
Bir başqa göbələk xəstəliyi də xalq arasında samyeli deyilən çəhrayı, sarı, qəhvəyi rənglərdə olan kəpəkli ləkələrdir. Yay tətilindən əvvəl bu ləkələrə fikir verməyən şəxslər onların günəşin təsirindən yarabdığını zənn edirlər. Əslində pitriasis versikolor deyilən bu xəstəliyin göbələyi bütün insanlarda var. Ancaq genetik uyğunluğu olanlarda, müqaviməti zəif olanlarda xəstəlik haında özünü büruzə verir. 
Göbələk xəstəlikləri qat yerlərini, bağlı, nəmli bölgələri sevdikləri üçün ayaq barmaqlarının araları, genital bölgə, qadınlarda döş altlarında çox tez inkişaf edirlər. Əl içlərində də görülə bilər. 
Göbələk xəstəlikləri
Ayaq göbələyi
Ayaqdakı göbələyin zamanla dırnaqlara keçməsi mümkün olduğu üçün dırnaqlara qulluq etmək üçün ortaq istifadə etdiyiniz alətlər də dırnaq göbələyinə səbəb olur. Xəstə dırnaqların görünüş və rəngləri pozulur, çirkli-sarı rəngdə olur, qalınlığı artır və dırnaq altındakı qalın qisim təbaşir tozu kimi ovularaq tökülür. 
Ayaq göbələyi müalicə edilməsə, bəzən buradan mikroblar (bakteriyalar) ayaq, qıç, limfa damarlarına girərək infeksiyaya səbəb olurlar. Xəstə bölgələrdə qızarma, şişmə, ağrı, istilik artımı olmaqda yanaşı, hətta infeksiya bütün bədənə təsir edə bilir.
Bu vəziyyətdəki xəstələrə yataq rejimi və ciddi antibiotik müalicəsi lazımdır.  
Göbələk xəstəliklərinin müalicəsi
İndiki vaxtda son dərəcə təsirli kremlər, məhlullar, pudralar, dırnaq cilaları, şampunlar və antifungal dərmanlar mövcuddur. Xəstəliyin yerləşdiyi bölgəyə uyğun dərmanlar yetərli müddətdə istifadə edildiyi zaman göbələklər tezliklə yox olur. Ağız içi və ya vaginadakı göbələk 10 gündə, dəri, saç göbələyi 1 ayda, dırnaq göbələyi isə ən az 6 ayda müalicə edilə bilməkdədir.
8 may 2014
GO BACK