Qadin.NET / Yemək, idman və yuxu üçün ən uyğun zaman

Yemək, idman və yuxu üçün ən uyğun zaman

Yemək, idman və yuxu üçün ən uyğun zaman
Bədənimizin özünə xas təbii ritmi, sürəti və işləmə nizamı vardır. Ancaq bu vəziyyət gün ərzində dəyişir. Yəni onun nəyə nə zaman ehtiyac duyduğunu, nəyi nə vaxt etdiyini bilsəniz, içdiyiniz su belə sizə daha faydalı olar. 
İdman üçün uyğun saatlar
06:00 - 09:00
Nə etməli? Açıq havada gəzmək və aşağı templi qaçış.
Niyə? Bədən temperaturunun və ürək döyüntüsünün ən aşağı olduğu vaxtdır. Bu səbəblə ağır olmayan məşqlər üçün ən uyğun saatlardır.
12:00 - 14:00
Nə etməli? Açıq havada gəzmək  və yoqa.
Niyə? Bu məşqlər gün ərzində özünüzü daha enerjili hiss etməyinizi təmin edəcək.
Yemək, idman və yuxu üçün ən uyğun zaman
15:00 - 18:00
Nə etməli? Tennis, voleybol, aerobika.
Niyə? Bədən istiliyinin artdığı, əzələlərin güc və elastikliyinin ən üst nöqtəyə çatdığı zamanlardır. Eyni zamanda enerjini dəstəkləyən adrenalin səviyyəsi də yüksəkdir.
18:00 - 20:00
Nə etməli? Üzmək, yoqa, pilates, aerobika və idman alətləri ilə məşq.
Niyə? Bədən istiliyinin ən yüksək, əzələlərin isə ən çevik olduğu saatlardır. Buna görə də idman etmək üçün ən uyğun zamanlardır.
Bu saatlar sizə uyğun gəlmirsə, bir dəfədə 30-40 dəqiqə idman etmək əvəzinə gün ərzində 10 dəqiqəlik idman etməyi öyrənin.
Yemək, idman və yuxu üçün ən uyğun zaman
Yemək üçün uyğun saatlar
07:00 - 09:00
Nə etməli? Arıqlamaq istəmirsinizsə, bu saatlar arasında gözəl bir nahar edin.
Niyə? Erkən saatda qidalandıqda kaloriləri yandırmaq üçün böyük bir enerji yığmış olarsınız. Nahar da qandakı şəkər nisbətini yüksəldər.
Bu saatlar sizə uyğun gəlmirsə, daim bir ovuc badam və ya tum da mədənizi tox tutmağa yarayacaq.
Yuxu üçün uyğun saatlar
01:00 - 05:00
Ən dərin və rahat yuxu bu saatlar arasındadır. 06:00 ətrafı yuxular daha dərindir.
Niyə? Yuxuya getdiyiniz zaman bədəniniz rahatlayır, daha nizamlı nəfəs alırsınız, ürək döyüntüləri və qan təzyiqiniz aşağı düşər. 
Bu saatlar sizə uyğun gəlmirsə, yata bilməmək probleminiz varsa, hər axşam eyni saatda yatağa girib yatmağa çalışın. Əlavə olaraq kitab oxumaq da yuxu gətirə bilər.
Dəriyə qulluq üçün uyğun saatlar
16:00 - 20:00
Niyə? Kosmetik qulluq kremlərinin dərimizdə ən yaxşı sovrulduğu saatlardır. Çünki bu saatlarda bədən hərarəti daha yüksək, dərimiz isə daha keçiricidir.
Bu saatlar sizə uyğun gəlmirsə, gec saatları seçin. Çünki erkən saatlarda bədən temperaturu daha aşağıdır. 20:00 ətrafı dəriyə qulluq üçün uyğun olacaq.
Stomatoloqa getmək üçün uyğun saatlar
13:00 - 15:00
Niyə? Dişlərin həssaslığı bu saatlarda azalır. Buna görə də ağrını daha az hiss edərsiniz.
Bu saatlar sizə uyğun gəlmirsə, işdən sonra gedib ağrıkəsici həbdən istifadə edə bilərsiniz. Çünki diş ağrılarının ən çox hiss ediliyi saatlar 03:00 - 08:00 arasıdır.
6 may 2014
GO BACK