Qadin.NET / Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər

Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər

Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər 
Əhəmiyyətli olan daxili sağlamlığınızdır
Gənc qalmaq deyəndə ağlınıza dərhal estetik əməliyyat gəlməsin. Çünki bu əməliyyatlar yalnız xarici görünüşünüzü dəyişdirər. Əhəmiyyətli olan isə bədəninizi daxilən sağlam saxlamaqdır! Sağlam bədən daha gözəl və cazibədar görünməyinizi təmin edər. İdman etməmək üçün müxtəlif bəhanələr gətirməyin. Heç olmasa gündə yarım saatınızı gəzməyə ayırın. Bu ürək döyüntülərini, qan dövranını, nəfəsinizi nizamlayar, maddələr mübadiləsini tarazlaşdırar, yuxunun keyfiyyətini artırar, həyat standartınızı yüksəldər.
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər 
Bir az əzm, bir az idman
İkinci mərhələ idmandır. Bir az əzmli olub idmana başlasanız, baş ağrılarınız sakitləşər, qanınızdakı insulin nisbəti tarazlanar, beləcə şəkərli, yağlı yeməklərdən, stressdən uzaq olarsınız. İdman qandakı endorfini yüksəldir və depressiya riskini azaldır. Tənbəllik etməyin, bağça işləriylə məşğul olun və ya idman salonuna yazılın.
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər 
Sevin, sevilin
Yaşlanmayla birlikdə cinsi əlaqənin bitdiyinə dair yanlış fikri unudun. Cinsi əlaqənin gözəlliyini yenidən kəşf edin. Unutmayın, idman sizi cinsi əlaqəyə bir addım daha yaxınlaşdırır. Çünki idman əsnasında ifrazat vəzilərində estrogenlərə çevrilən DHEA hormonu (gənclik hormonu) yaranır. Bildiyiniz kimi, nə qədər estrogen varsa, o qədər cinsi əlaqə var! 
Bol su, bol oksigen
Çoxlu su için. Çünki ən gözəl antioksidant sudur. Sudakı oksigen qanı və hüceyrələri bəsləyir. Bədənə oksigen almağın bir başqa yolu da doğru nəfəs almaqdır. Dərin nəfəs alın və nəfəsinizin hüceyrələrinizdə gəzdiyini hiss edin. Bunu yoqa və meditasiya ilə inkişaf etdirə bilərsiniz.
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər 
Yeyin, gənclik hormonunuz yüksəlsin
Gənclik hormonunu yüksəldən yeməklər zeytun, avokado, badımcan, pendir, ton balığı, zeytun yağı və sarımsaq kimi sıralanır. Bunlardan bol-bol istifadə edin. B6 vitamini üçün dəniz məhsulları, banan və fındıq yeyin. Gündəlik üç çay qaşığı duzla kifayətlənin. 
Nikbin olun
Nikbin olun. Optimizm immun sisteminə müsbət təsir edir. Romantik olmağınız irəli yaşlarda da sağlam olmağınızı təmin edər.
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər 
Həqiqi dostlarınızı ayırın
Ətrafınızda təmizləmə işləri aparın. Sizi sevən və yanında özünüzü yaxşı hiss etdiyiniz insanlarla davamlı ünsiyyət saxlayın. Xətrinizə dəyən və sizdən faydalanan insanlarla bir yerdə olmamağa çalışın. 
Daxili dünyanızı gəncləşdirin
Daxili dünyanızla ünsiyyət qurun, ruhunuzu təmizləyin. Bu, xoş bir mənzərəyə və ya rəsmə baxmaqla, gözəl musiqi dinləməklə, yoqa və meditasiya etməklə, inamınız varsa, dua etməklə olur. Sizə həyatda olduğunuzu hiss etdirəcək və ruhunuzu oxşayacaq üsullardan istifadə edin.
Yaşlanmağı gecikdirmək üçün qızıl təkliflər 
Yeni iş
Bu anda işlədiyiniz işə mənəvi ehtiyacınız yoxdursa, mütləq özünüzə yeni bir karyera planı qurun. İşində xoşbəxt olmamaq erkən yaşlanmağa səbəb olar. Balaca şirniyyat mağazası açmaq, öz bağında  meyvə-tərəvəz yetişdirmək, öz düzəltdiyiniz əşyaları satmaq kimi stressdən uzaq həyat planınız varsa, təxirə salmadan həyata keçirin.
5 may 2014
GO BACK