Qadin.NET / Ağız qoxusuna diqqət edin

Ağız qoxusuna diqqət edin

Ağız qoxusuna diqqət edin

Ağız qoxusu əslində xəstəlik deyil. Bir çox insan səhər yuxudan duranda və ya soğan və sarımsaq kimi qoxulu qidalar qəbul edəndə ağzının qoxusunu hiss edər. Bu qoxu normal qəbul edilsə də  çox zaman insan orqanizmində yaranan hansısa pozğunluğun xəbərçisi də ola bilər. Əslində ağız qoxusu problemi çox adamda var - hər 100 insanın 25-də bu problem özünü büruzə verir. İnsanlar bu problemin qaynağını araşdırmaq əvəzinə keçici üsullara əl atır və sırf həmin anda qoxunun qarşısını almağa çalışırlar.

Ağız qoxusuna diqqət edin

Ağzımızda qoxu niyə yaranar?

Ağızdan gələn qoxu iki cür olur. Bunlardan biri qəbul edilmiş yeməklər səbəbiylə əmələ gələn ötəri ağız qoxusudur, ikincisi isə anaerop bakteriyalarının səbəb olduğu xroniki ağız qoxusudur.

Ötəri ağız qoxusu qəbul edilən qidanın cinsinə görə müəyyən bir vaxtdan sonra özbaşına keçir. Xronik ağız qoxusunun əmələ gəlməsində diş çürükləri, diş əti xəstəlikləri, protezlər ilə ağız quruluğu kimi amillər mühüm rol oynayır. Tüpürcəyin ifraz edilməsi tezliyi və miqdarındakı azalma da ağız qoxusunu artırır.  

 Səbəbi sünizit ola bilər

Ağız qoxusuna əsasən ağız və diş xəstəlikləri (diş çürükləri, diş əti iltihabları) səbəb olsa da, nadir hallarda diş amilləri də buna təsir edir. Sinüzit, polip kimi xəstəliklər bu qrupda yer alır. Ağciyər infeksiyaları (bronxit, sətəlcəm, ağciyər xərçəngi), böyrək çatışmazlıqları, diabet, qara ciyər xəstəlikləri, C vitamininin azlığı və bəzi xərçəng xəstəlikləri də ağız qoxusuna səbəb ola bilir. 

4 may 2014
GO BACK