Qadin.NET / İbrahim Saraçoğludan soğan suyu dərmanı

İbrahim Saraçoğludan soğan suyu dərmanı

İbrahim Saraçoğludan soğan suyu dərmanı

 Prof. Dr. İbrahim Saraçoğlunun hazırladığı soğan dərmanı qadınlarda yumurtalığın polikistozu, kista, vaginal axıntı, menapoz şikayətləri, erkən menapoz və kişilərdəki prostat ağrıları üçün mükəmməl bitki mənşəli bir dərmandır. Yumurtalıqlarda yaranan kistləri tamamilə yox edir.

Vaginal axıntını aradan qaldırmaq üçün:

1 ədəd orta boy soğanın (qırmızı, bənövşəyi və ya qabığı ağ olan soğandan istifadə edilməsin) qabıqlarını soyub dörd yerə bölün. 
Öncədən qaynadılmış 2 stəkan xlorsuz suya əlavə edərək 5 dəqiqə daha qaynadın. İçinə başqa heç bir şey əlavə etmədən günorta və axşam yemədən əvvəl 1 stəkan istifadə edin. Yalnız 15 gün tətbiq edin.  

Soğan suyu dərmanının menstruasiya dövründə tətbiqinin heç bir qorxusu yoxdur. Lakin, təsiri baxımından ən ideal zaman menstruasiya bitdikdən ən tez 7 gün sonra tətbiq olunmalıdır. 
İlk müalicə tətbiq olunduqdan sonra 2-ci menstruasiyanın başlamasından 10 gün əvvəl təkrar 5 gün və ya 7 gün bu soğan suyu dərmanını qəbul etməlisiniz.
Hamilə qalmaq üçün soğan suyu dərmanından sonra quru əncir dərmanı tətbiq edilməlidir (Hər iki dərmanı eyni  vaxtda qəbul etməlisiniz.)  

İbrahim Saraçoğludan soğan suyu dərmanı

Xəbərdarlıq: Soğan suyu dərmanını 15 gündən çox qəbul etmək olmaz. 
Bu dərmanı içməyə başladığınız 2-3-cü gündən etibarən axıntılarınızın azaldığını görəcəksiniz. 
Soğan suyu dərmanını içmək üçün həkimlə məsləhətləşməlisiniz.

Hər kəsə sağlam həyat arzu edirəm.

11 may 2014
GO BACK