Qadin.NET / Fəsil dəyişdikdə nə etməli?

Fəsil dəyişdikdə nə etməli?

Fəsil dəyişdikdə nə etməli?

Mövsüm dəyişdikdə xüsusilə soyuqdəymə, qrip kimi yuxarı tənəffüs yolları infeksiyalarının yarandığı danılmaz bir həqiqətdir. Mütəxəssislər müxtəlif mikrob və virusların, bakteriyaların bu xəstəliklərə səbəb olduğu mövzusunda həmfikirdir. Xüsusilə məktəb, körpələr evi və ofisləri kimi bağlı və yaxşı havalandırılmayan yerlərdə soyuğun bədənin müqavimətini salması keyfiyyətsiz bəslənmə kimi faktorlarla birləşdikdə qış aylarında yuxarı tənəffüs yolu xəstəliklərinin sayı artır. Maddələr mübadiləsi sürətlənir. Bədən toxumalarının dağıdılması artır, dolayısı ilə qida elementlərinin bədəndən xarici də sürətlənir. Zülal, vitamin A, vitamin C, dəmir və sinkin bədəndəki miqdarı azalır. Mütəxəssislər bu kimi halların qarşısının alınmasının ən gözəl yolunun sağlam qida olduğunu vurğulayırlar.

Mövsüm dəyişkənliyi zamanı yarana biləcək problemlərin qarşını almaq üçün bu 7 qızıl qaydanı mütləq bir yerə qeyd edin və unutmayın.
Fəsil dəyişdikdə nə etməli?
1. İstifadə etdiyiniz qidaları növlərinə görə fərqləndirin!
Heç bir qida təkbaşına bədənin ehtiyacı olan bütün qida elementlərini ehtiva etmir və qida seçərkən müxtəliflik, sağlam bəslənmənin təməli olaraq ifadə edilir. Qidaların hər birinin tərkibində bədənimizə lazım olan müxtəlif elementlər var. Buna görə də hər gün hər pay dörd əsas qida qrupundan (süd və ət məhsulları, yumurta, paxla, tərəvəz və meyvələr, taxıllar) istifadə etmək lazımdır. 
Fəsil dəyişdikdə nə etməli?
2. Bədəndə güclü  müdafiə sistemi üçün zülal qəbul edin.
Ət, yumurta və süd kimi qidalarda digərlərinə görə daha çox zülal var. Bu qrup ayrıca dəmir, sink, fosfor, maqnezium ilə B qrupu vitaminlərindən B2, B6, B12 və B3 ilə zəngindir. Xüsusilə heyvani qaynaqlı qidalar olduqları üçün bu qrup dəmir baxımından da çox yaxşı bir qaynaqdır. C vitaminini təmin edən uyğun meyvə-tərəvəz və bunlardan əldə edilən şirə və sulardan istifadə edildikdə bədənin mikroba qarşı müdafiə və müqaviməti artır. Sağlam qidalanmaq üçün həftədə ən az 2 dəfə dənliu bitkilər və mal ətindən istifadə edilməli, digər paylarda ət yerinə toyuq, hind quşu və balıq yemək məsləhətdir. Xüsusilə beyin, göz, dəri, ürək-damar sisteminin sağlamlığı və bədənin immuniteti üçün həftədə ən az 2-3 dəfə balıq yeyin.
Fəsil dəyişdikdə nə etməli?
3. İmmun sistemini gücləndirən vitaminlərin qəbulu üçün meyvə-tərəvəz yeyin.
Meyvə-tərəvəzlər günlük enerji və protein ehtiyacından əlavə mineral və vitamin baxımından da zəngindir. Tərəvəz və meyvələr böyümə və inkişaf, hüceyrə yenilənməsi, toxuma təmiri, dəri və göz sağlamlığı, diş və diş əti sağlamlığı, qan istehsalı ilə əlaqəli xəstəliklərə qarşı müqavimətin meydana gəlməsində təsirli rol oynayır.
Fəsil dəyişdikdə nə etməli?
4. Meyvə-tərəvəzi qatıq , təzə və ya quru meyvələrlə zənginləşdirərək daha çox istifadə edə bilərsiniz!
Küftə, kartof püresi, qarışıq ət növləri, toyuq və makaronun yanında rəndələnmiş, parçalanmış və ya doğranmış dolmalıq balqabaq, ispanaq və ya kök kimi tərəvəzlərin qarnir kimi verilməsi daha yaxşı olar. Sobada bişən xəmir işlərində tərəvəz və meyvələrdən istifadə edin. Evdə hazırladığınız çörəklər, sobada edilən digər xəmir işlərinin tərkibindəki yağın yarısının əvəzinə alma, ərik, banan və şaftalı kimi meyvələrin pürelərindən birini istifadə edə bilərsiniz. 
Unutmayın! Sağlam qidalanmaq üçün gündə 2-4 boşqab meyvə, 250 ml meyvə suyu istehlak etmək lazımdır. Bütün bu hazırladığınız qidaların yanında meyvə yemək və ya 100% meyvə suyu içmək faydalıdır. Təkvə meyvə yox, onunla yanaşı gün ərzində meyvə suyu qəbuluna da diqqət edin. 
Fəsil dəyişdikdə nə etməli?
5. C vitamini ilə zəngin olan sitrus bitkiləri yeyin. 
Buraya itburnu, yaşıl yarpaqlı tərəvəzlər, pomidor, çiyələk və kivi də daxildir. Bu tip ərzaqların hazırlanması zamanı isti dəydikcə C vitamininin itkisi baş verir. Araşdırmaların nəticələri C vitamininin sitrus meyvələrdən alınmasının həb şəklində alınan vitaminlərdən daha faydalı olduğunu göstərir. Buna görə də gün ərzində vitamin həbləri əvəzinə C vitamini ilə zəngin qidalar qəbul edin.
Fəsil dəyişdikdə nə etməli?
6. Bol maye qəbul edin.
Hər gün ən az 2 - 2,5 litr (8-12 stəkan) su içmək lazımdır. Maye qəbulunun qarşılanmasında süd, ayran və 100% meyvə suyu kimi içkilərin seçilməsi də təklif edilir.

 

Fəsil dəyişdikdə nə etməli?

 

7 . Fiziki fəaliyyətə laqeyd yanaşmayın!
Qəbul etdiyiniz qidalarla aldığınız kalori və ya enerjini həftənin hər günü 30 dəqiqəlik məşq ilə tarazlayın. Bədən yağındakı artımın yüksək təzyiq, ürək xəstəlikləri, iflic, diabet, bəzi xərçənglər, artrit, tənəffüs problemləri və digər xəstəliklər üçün risk daşıdığını unutmayın.
27 aprel 2014
GO BACK