Qadin.NET / Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Estetik və sağlamlıq baxımından ciddi problemlərə səbəb olan varikoz qadınların çoxunun ortaq kabusudur. Mütəxəssislərin varikozdan qorunmaq üçün 15 məsləhətini təqdim edirik:

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Qəbizlikdən qorunun

Lifli qidalar bağırsaqların təmiz olması və qəbizliyin qarşısının alınması üçün çox təsirlidir. 

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

İdman edin

 Mütəmadi olaraq gəzmək, velosiped sürmək, eləcə də üzmək bədəni sağlam saxlayar və varikozun yaranmasının qarşısını alar.  

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Dar şalvar və kəmərdən istifadə etməyin

Dar geyimlərdən uzaq durun. Bu cür paltarlar qan dövranını çətinləşdirir. 

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

 Ayaqlarınızı qaldırın

Televizor izləyərkən və ya kitab oxuyarkən ayaqlarınızı yuxarı qaldırın. Bu, qan dövranına kömək edir.

 Balıq yeyin

Qida rasionunuzda balığa çox yer verin.

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Meyvə yeyin

 Albalı damarlar üçün xeyirlidir. Albalı, böyürtkən kimi meyvələri bacardıqca çox yemək lazımdır. Hər iki meyvə varikoz zamanı həm gözəl təsir edir, həm də onun yaranmasının qarşısını alır.

Varikozdan qorunmaq üçün 15 dəyərli addım 

Zəncəfildən istifadə edin

 Zəncəfillə dost olun. Zəncəfil, soğan və sarımsaq varikozun müalicəsi zamanı gözəl effekt verir. 

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Ayağınızı ayaq üstə aşırmayın

 Uzun müddət ayaq üstə və ya oturma mövqeyində qalmayın. Ayağınızı ayağınızın üzərinə aşırıb oturmqdan da çəkinin. Ağır əşyalar qaldırmayın. 

Şəkər və duz

 Şəkərlə və duzla düşmən olun. Şəkər, dondurma, qızarmış qidalar, cips, tütün və duzun həddindən artıq qəbulundan uzaq durun.

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Əsla kökəlməyin

 Həddindən artıq kökəlmə zamanı ayaqlara düşən güc artır. Bunun nəticəsində də varikoz xəstəliyi asanlıqla özünü büruzə verməyə başlayır.        

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Masaj edin

 Ayaqlarınıza soyuq duşla masaj edin. Bu, sağlam qan dövranı üçün lazımdır.

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Ayaqlarınızı dincəldin

 Gündə ən az bir dəfə hər iki ayağınızı ürək səviyyənizin üzərinə qaldırıb 20 dəqiqə uzanın. Bunun nəticəsində ayaqlarda qan toplanmır və dövran etməyə başlayır. Bu da varikozun qarşısını alır.

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Fasilə edin

  Əgər oturaraq iş görürsünüzsə, çalışın uzun müddət oturmayın. Tez-tez fasilə verin və ayağa durub gəzin. Ayaqlarınızı boşaldın, baş barmaqlarınızı oynadın, sonra isə ayaqlarınızı əsdirin. Bu ayaqlarınızın dincəlməsi üçün faydalı olacaqdır.

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Varikoz olan yerləri qaşımayın

 Genişlənmiş damarlarınızı qaşımayın. Unutmayın ki, dəriniz incəldiyi üçün qaşınma zamanı infeksiya riski də artır. Dəri baxımına böyük əhəmiyyət verin. 

Varikozdan qorunmaq üçün 15 dəyərli addım

Ayaqlaırnızı nəmləndirin

 Hər duşdan sonra ayaqlarınızı nəmləndirin. Ayaqlarınıza krem vuraraq onu həm qidalandırmış, həm də yumşaq olmasını təmin etmiş olarsınız. Kremi masajla ayaqlarınıza çəkin.

28 aprel 2014
GO BACK