Qadin.NET / Yod çatışmazlığı hansı fəsadları törədir?

Yod çatışmazlığı hansı fəsadları törədir?

Yod çatışmazlığı hansı fəsadları törədir?
Yod insan bədənində böyük əhəmiyyətə mailk olan bir elementdir. Xüsusilə də uşaqlarda normal böyümə, inkişaf ilə beyin və bədən funksiyaları üçün mütləq lazımdır. Bədəndə yod çatışmazlığının yaranması orqanizmdə bir çox qarşısıalınmaz xəstəliklərin yaranmasına gətirib çıxarda bilər. 
Aparılan araşdırmalara görə, uşaqlarda yod çatışmazlığı boyun uzanmaması, zehnin az işləməsi, öyrənmə qabiliyyətinin azalması, qəbul etmə və öyrənmək qabiliyyətinin azalması kimi problemlər yaradır. Yetkinlərdə isə trioid, xərçəng riskinin artması kimi nəticələr qaçınılmaz hala gəlir.
Yod çatışmazlığı hansı fəsadları törədir?
Yod beyin və sinir sisteminin normal böyümə və inkişafı, bədən istiliyi və enerjisi üçün lazım olan trioid hormonlarının əhəmiyyətli komponentidir. Yod çatışmazlığı ana bətnində uşağın düşməsi, ölü doğulması, körpə ölümü, karlıq, lallıq, zəka geriliyi və doğum anormallıqlarına yol aça bilir. Bu səbəblə həyatın sağlam ritmi üçün balanslı duzdan istifadə, xüsusilə yodlu duzdan istifadə həyati əhəmiyyət daşıyır. 
Dünyada 1,6 milyon insan yod çatışmazlığı xəstəlikləri baxımından risk altındadır. 750 milyon adamda guatr xəstəliyi var, 43 milyon adam beyin qüsuru ilə yaşayır. Bunun qarşısını almaq üçün hər kəs gündəlik lazımi miqdarda yod elementini qəbul etməli və eləcə də duzlar yodlarla zənginləşdirilməlidir. İstifadə edilən süfrə duzuna bir miqdar yod qatılması və bu yolla bədənin ehtiyacı olan yodun alınmasıyla uşaqları təhdid edən yod çatışmazlığı ilə bağlı xəstəliklər, qeyri-kafi inkişaf kimi problemlərin qarşısının alınmasını qarşısına məqsəd qoyub.
Yod çatışmazlığı hansı fəsadları törədir?
Aparılan tədqiqatlar göstərir ki, körpələrin 60 faizi bir yaşından əvvəl evdə hazırlanmış tomatlı, duzlu və ədviyyatlı yeməklərdən yeyir. Halbuki, körpələr bir yaşına qədər heç biri duzlu qida qəbul etməməlidir. Uşağımızda duz çatışmazlığı olmasın deyə ona uşaq yaşlarında bu tip ədviyyatlı qidalar yedirtmək düzgün deyil. Hər şeyin başında sağlam qida vərdişi durur. Bunu heç birimiz unutmamalıyıq. Uşaqlarımıza lap körpəliyindən sağlam qida vərdişi aşılasaq, böyüdükcə onlarda nəinki yod çatışmazlığı, digər xəstəliklərin də heç biri özünü göstərməyəcək. 
26 aprel 2014
GO BACK