Qadin.NET / Suyu oturaraq içməyin faydası

Suyu oturaraq içməyin faydası

Suyu oturaraq içməyin faydası

Aramızda suyu ayaqüstə və oturaraq içən insanların sayı yetərincədir. Bu barədə müzakirələrin yaranmağı da əbəs deyil. Araşdırmalar nəticəsində məlum olub ki, suyun oturaraq içilməsi insanı bir sıra xəstəliklərdən qoruyur. 

Susuzluq bir çox xəstəliyə səbəb olur
Susuz qalma nəticəsində damarların büzüşərək daralması ilə yüksək təzyiq, revmatizm, keylik, halsızlıq, bel ağrısı kimi narahatlıqlar yaranır. Bununla yanaşı, histamin ifrazatı mədənin turşu sekresiyasını artırır, bu da qastrit, xora, mədə ağrısı və sonunda xərçəng xəstəliyinə səbəb olur. Ağciyər damarlarının büzüşməsi nəfəs darlığı və astma kimi xəstəliklərini yaradır.
Suyu oturaraq içməyin faydası
Böyrəklərdən suyun çəkilməsinin böyrəkdə və öddə daşların yaranmasına səbəb olur, damarları büzüşdürür, sidiyə çıxmağı azaldır. Sidiyin mütəmadi saxlanması böyrəyə ziyan verir. Su çəkilmədiyi müddətcə təzyiq yüksək olur. Bu isə damarlarımıza ciddi zərər verdikdə əvvəlcə nəfəs darlığı, astma, epilepsiya və ürək xəstəlikləri və hətta infarkt riski yaradır. Qan şəkərinin yüksəlməyi nəticəsində şəkər xəstəliyi də ortaya çıxır.
Yatmazdan əvvəl mütləq su için
İçilən su həddindən artıq soyuq olmamalıdır. Su yeməkdən ən gec yarım saat əvvəl içilməlidir. Yemək zamanı içilən su mədə turşusunu azaldır, bu da yeməklərin həzmini gecikdirir və zəiflədir. Yatmazdan əvvəl mütləq bir, ya da iki stəkan su içmək sağlamlığa faydalıdır.
Suyu oturaraq içməyin faydası
Suyu oturaraq için
Ayaqüstə su içəndə su axaraq birbaşa onikibarmaq bağırsağa gedir. Oturaraq içəndə isə su əvvəl mədədə yığılır, içində mikrob varsa ölür və daha sonra onikibarmaq bağırsağa keçir. Oturaraq su içərkən insan vəba da daxil olmaqla bir çox yoluxucu xəstəlikdən qorunmuş olur. Əgər insanlara oturaq vəziyyətdə su içməyi aşılaya bilsək, piylənmənin və eləcə də digər xəstəliklərin qarşısını almış olarıq. Hər kəsə gündə iki litr su içməyi tövsiyyə edilir.
Əziz oxucular, bəs siz necə? İçərkən içdiyiniz suya və onun içilmə qaydasına fikir verirsinizmi?
16 aprel 2014
GO BACK