Qadin.NET / Qan azlığı ürəyə təsir edir

Qan azlığı ürəyə təsir edir

Qan azlığı ürəyə təsir edir

Stress, yuxu pozğunluqları, çay, qəhvə və spirtdən çox istifadə etmək, qanazlığı və istifadə edilən bəzi dərmanlar ürəkdə ritm pozğunluğu yaradır. Ürək normalda dəqiqədə 60-80 dəfə döyünür. Ürək hərəkətlərinə maneə törədən amillər ritm pozğunluğuna səbəb ola bilər. Ürəkdə ritm pozğunluğu həm ürəyin özündən qaynaqlana bilər, həm də ürəyində heç bir problem olmayan kəslərdə xarici amillər səbəbiylə də müşahidə edilə bilər.  

 

Çay, qəhvə, yuxusuzluq və stress kimi qıcıqlandırıcı ünsürlərdən qorunmağın təsir etmədiyi xəstələrə artıq fərqli tibbi müalicələr tətbiq olunur. Ürəyin atış sürətinin çox azaldığı, ya da ürəkdə sıxılma problemlərinin olduğu xəstələrdə ürək batareyalarından istifadə edilir.
Ürəkdə ritm pozğunluğunun əlamətləri çox asan təyin edilə bilir: ürəyin tez-tez atması, sinədə sanki bir quşun qəfəsdə çırpınışı kimi hiss edilməsi, ürəyin dayanıb təkrar çalışırmış hissi edilməyi, nəfəs ala bilməmə kimi hallar varsa, mütləq kardioloq müayinəsi olmalıdır. Nadir hallarda da olsa, ritm pozğunluğuna görə baş gicəllənməsi, göz qaralması, özündəngetmə kimi vəziyyətlər ortaya çıxa bilər. Ritm pozğunluqlarının təhlükəli bəzi növləri, xüsusilə də ürəyin struktur problemləriylə bir araya gəldiyi zaman ani ölüm səbəbi də ola bilər. 

 

Qan azlığı ürəyə təsir edir

 

Bəzən sağlam insanlarda da ekstrasistoliya, yəni nizamsız döyüntülər ola bilər. Bu tip əlamətlər xəstəlik ölçüsündə ritm pozğunluğu kimi qiymətləndirilməməlidir. Ekstrasistoliya deyilən döyüntülər zamanı ürək çatışmazlığı və ya başqa ürək problemləri yoxdursa, ümumiyyətlə, hər hansı bir təhlükə yaratmaz və xəstəyə ciddi bir narahatlıq vermədiyi müddətcə müalicə tələb etmir.
Ritim pozğunluğu adlandırılan xəstəlik yoxdur. Ritm pozğunluğunun onlarla fərqli növü və hər növün də fərqli xüsusiyyətləri var. Ürəkdə qapaq, damar və ya əzələ problemləri kimi əksəriyyətlə sonradan əldə edilən xəstəliklər ola bildiyi kimi irsi keçən ritm pozğunluğu problemləri də ola bilir.
İrsi keçən ritm problemləri arasında anadangəlmə olan, lakin əlamət verilməyən, idman, ani stress və ya həyəcan zamanı ortaya çıxan, bəzi allergiya, göbələk xəstəliyi dərmanları, antibiotiklər və arıqlama dərmanlarından istifadə etmədən sonra ürəyin dayanması səbəbiylə ani ölümə yol aça bilən növləri var. Xüsusilə yüksək riskli peşələrdə işləyənlər, idman fəaliyyətinə başlamağı düşünən gənclər mütləq dəqiq ürək yoxlanışından keçməlidirlər. 
Atrial fibrilyasiya adlanan ritm pozğunluğu qanın ürək daxilində yaxşı hərəkət etməyib qatılaşaraq laxtalanmasına, bəzi hallarda da damarları tıxanmasına səbəb ola bilir. Bu risklərə qarşı həkim tərəfindən qanı duruldan dərmanlardan istifadə edilir. Bu ritm pozğunluğunda ömür boyu risk olduğu üçün qanı duruldan dərmanlardan daim istifadə etmək lazımdır.
 

 

Qan azlığı ürəyə təsir edir

 

Ritm pozğunluğunun səbəbi nə olursa-olsun, stress bütün ritm problemlərinə mənfi təsir edir. Stresin öhdəsindən gəlmə, hadisələrə reaksiya vermə vərdişlərinin dəyişdirilməsi mövzusunda biliklərin alınması və tətbiq olunması ritm pozğunluğunun bir çox növündə müsbət nəticələr əldə edilməsini təmin edər.
Müalicə müddəti ritm pozğunluğunun növünə görə dəyişir. Ritm pozğunluğu diaqnozu qoyularkən onun növü, sıxlığı nəzərə alınmalı, ürək əzələləri, qapaqları və ya damarlarındakı problemlərlə birlikdə qiymətləndirilməlidir. Xəstəliyə yanaşma və müalicə də ritm pozğunluğunun növünə görə dəyişir. Xüsusilə şikayət əsnasında ürək elektrokardioqramının çəkilməsi xəstəliyin diaqnozu üçün çox əhəmiyyətlidir.
Sağlamlığınıza diqqət edin ki, sonradan belə problemlərlə qarşılaşmayın.
25 aprel 2014
GO BACK