Qadin.NET / Bahar yorgunluğu ilə mübarizə

Bahar yorgunluğu ilə mübarizə

Bahar yorgunluğu ilə mübarizə

Bahar yorğunluğu əlamətləri yaz və payızın ilk həftələrində özünü büruzə verir. Günəş işığındakı dəyişmənin bədənə təsiri, yeni mövsümün yeməkləri və ətrafdakı mənfi faktorlar bahar yorğunluğuna səbəb olur.

Maddələr mübadiləmiz çaşır
Baharın başlanğıcıyla təbiət oyanır və sistematik olaraq bədən üzərində bir hərəkətlilik başlanır. Bahar mövsümlərindəki canlılıq insanlara təsir etməyə başlayır. Qış mövsümü qidaların çətin tapıldığı və qidalanmanın daha fərqli olduğu bir müddətdir. Bu prosesin arxasından yaşıllaşan, işıqlanan və canlanan bir dünyaya keçdikdə insanın maddələr mübadiləsi çaşır və dəyişən ətraf mühitə uyğunlaşmağa çalışır. Ancaq bu iqlim dəyişikliklərinə baxmayaraq, Ayın və Günəşin hərəkətləri dəyişmir və üzərimizdəki günəş şüalarının təsiri bioritmimizdə səndələməyə gətirib çıxarır. Bədənimizdə yeni dövrə hazırlıq və uyğunlaşma üçün bahar yorğunluğu vəziyyəti yaşanır.
Bahar yorgunluğu ilə mübarizə
Bədən istirahət istəyir
İnsanın immunologiya sisteminə nəzər salsaq, bədənimizin dəyişiklikə əlaqədar yeni qidalara binganə qaldığını görərik. Yəni mövsüm dəyişdikdə yeni məhsullar yeməyə başlayırıq, ancaq uzun müddət bu yeməklərdən uzaq qaldığımız üçün bədənimiz buna hələ hazır deyil.
Dəyişən mövsümlə yanaşı, günəş işığındakı dəyişmənin bədənimizdəki təsiri, yeni mövsümün yeməkləri və ətrafdakı mənfi digər amilləri də bizdə yorğunluq yaradır. Buna bahar yorgunluğu deyirik. Bu zaman bədənimiz istirahət istəyir. Yorğunluq hissinin ölçüsü  insandan-insana dəyişir. Bəzi insanlar qısa müddət dincəlməklə bu yorğunluğun öhdəsindən gəlir, bəziləri isə daha çox istirahətə ehtiyac duyur.
Bahar yorgunluğunun çarəsi nədir?
Bahar mövsümündə havanın vəziyyəti gün ərzində həddindən artıq fərqli ola bilər, hətta eyni gün ərzində havanın istiliyi tez-tez dəyişə bilər. Bu dövrlərdə geydiklərimizə diqqət yetirməliyik. Xüsusilə 60 yaşdan yuxarı olanlar və 10 yaşdan aşağı uşaqlar bu barədə çox diqqətli olmalıdırlar. Çünki bu yaşlar immunoloji sistemin, bədənin özünü qorumağa istiqamətli müqavimət göstərməkdə ən zəif olduğu yaşlardır.
Çiçək tozu - baş düşmənimizdir
Yeni çıxan mövsümün meyvə və tərəvəzlərindən istifadə edərək özümüzü bu yeməklərə alışdırırıq. Çiçək tozu ilə əlaqədar allergik narahatlıqlara qarşı isə diqqətli olmaq lazımdır. Xüsusilə qovaq ağacının çiçək tozu çox təsirli allergendir. Tozcuqlardan qorunmaq üçün bu dövrdə ağız maskasından istifadə edərək küçəyə çıxmalı, ya da onlarınn uçuş saatlarına diqqət etməlisiniz. Tozcuqlar daha çox səhər saatlarında uçuşurlar. Bu müddətdə burnunuz axa bilər, ancaq bu zaman hər hansı preparatdan istifadə etməyin. Bu cür burun axıntıları normal bir qrip, ya da soyuqdəymə əlaməti olmaya bilər. Buna görə də dərman qəbul etməzdən əvvəl mühitdə bizi qıcıqlandıran ünsürləri aradan qaldırmaq lazımdır. Bu müddətdə vitaminlərimizi yeməklərdən alıb, süd, qatıq və ayran kimi qidalardan bol-bol istifadə etməliyik.
10 aprel 2014
GO BACK