Qadin.NET / Uşaqlarda qaşınma

Uşaqlarda qaşınma

 

Uşaqlarda qaşınma

Valideynlərdə astma, allergik dəri xəstəlikləri, allergik burun axıntısı kimi xəstəliklərin olması qaşınma səbəbiylə uşaqda narahatlıq yaradan atopik dermatitə səbəb ola bilər. Atopik dermatit öncə sulanmış, qızarmış, qaşınan sahələr şəklində özünü büruzə verir, irəliləyən dövrlərdə quru, qalın qabıqlı, qaşıntılı sahələrə çevrilir. Qaşınma səbəbindən uşaq narahat olur, yuxu rejimi pozulur, bədəndə və üzdə qaşınmadan əmələ gələn izlər olur. Narahatlıqla birlikdə xəstəliyin gücü artır, beləcə, xəstəlik kəskinləşir.

 

Uşaqlarda qaşınma

 

Xəstəliyin diaqnozu necə qoyulur?

Xəstəlik bir çox amildən yarana bilər. Əsas meyarlar ailədə allergik xəstəliyin varlığı, mövcud ekzemalarda tez təkrarlanmasıdır. Bununla yanaşı, əllərdəki cizgilərdə, dodaq kənarlarında çatlamalar, bədəndə və gözün altında quruluq da xəstəliyin əlamətlərindəndir. 3 əsas və 3 kiçik tapıntı olduqda xəstəliyin diaqnozu asan qoyulur.

Qidalar da qaşınma yaradır. Atopik dermatit olan uşaqların qidalara dözümsüzlüyü yüksək olur. Hər hansı qidanın xəstəliyi kəskinləşdirdiyi aşkar edildikdə həmin qidanın uşağa verilmsi dayandırılmalıdır.

 

Uşaqlarda qaşınma

 

Müalicədə diqqət edilməsi lazım olanlar

* Çox qaşındığı üçün uşağın yuxusunu qaçıran, həyatına mənfi təsir edən vəziyyətdə müalicənin ən əhəmyətli hissəsi qıcıqlandırıcı faktorlardan uzaq dayanmaq və qabaqlayıcı tədbirlər görməkdir. 

* Xəstəliyi oyada bilən yun, sintetik paltarlar əvəzinə pambıqdan olan paltarlardan istifadə edilməlidir. Uşağın paltarlarını sabunla yumaq lazımdır.

* Dərinin nəmləndirilməsi müalicənin ən əhəmiyyətli hissəsidir. Dərinin quru olması qaşınmanı və xəstəliyi gücləndirdiyi üçün nəmləndirmə çox vacibdir.

* Qaşınma zamanı dəridə sıyrıqlar yaranarsa, infeksiyanın qarşısını almaq üçün antibiotikli krem çəkilə bilər.

* Xəstəlik tez-tez təkrarlanır, uşağın həyatına əhəmiyyətli dərəcədə mənfi təsir edirsə, uşağın dermatoloq nəzarətində olması müalicənin ən doğru həlli yolu olacaq.

9 aprel 2014
GO BACK