Qadin.NET / Tük qoparma xəstəlikdirmi?

Tük qoparma xəstəlikdirmi?

Tük qoparma xəstəlikdirmi?

Xanımlar bu dəfə sizlərə bəlkə də çoxlarımızın məlumatı olmadığı bir xəstəlikdən danışacam.

Professor Oya Oğuz tük qoparma xəstəliyinin daha çox gənclərdə rast gəlindiyini ifadə edərək, bu xəstəliyin bəzi ruhi pozğunluqlara səbəb ola biləcəyini bildirib. O, belə xəstəliyi olan insanların bədənin bəzi bölgələrindəki tüklərlə oynama və ya qoparma vərdişi olduğunu izah edib. Bunlar saç, qaş, kirpik, bığ və ya qoltuqaltı tüklər ola bilər. Ancaq daha asan və ən çox qoparılan saçlardır. Bütünlüklə qoparma da ola bilər, məsələn, bığın bir hissəsi, saçın ön və ya yan hissəsinin qoparılmasına da rast gəlinir.

Oya Oğuz  qoparılan tüklərin bəzən yeyildiyinə də diqqət çəkib. Bu xəstəliyin tez bir zamanda müalicə olunmasında fayda var.

Bəzən xəstəliyin qarşısı alınsa da bir müddət sonra təkrar ortaya çıxa bilər. Belə xəstələr tük qoparmanın zərərli nəticələrini bildiyi halda bu vərdişindən əl çəkə bilmirlər. 

Tük qoparma xəstəlikdirmi?

Tük qoparma vərdişi hansısa gərginliyin əlaməti ola bilər. Bu davranışın əvvəli bir növ gərginlik hissi yaradar, amma saçı və ya tükü qoparanda rahatlanma vəziyyəti ortaya çıxar. Belə hallar ruhi pozğunluqların olmasını göstərir. Ona görə də ruhi xəstəliyə çevrilməmiş müalicəsinə başlanmalıdır. Ümumiyyətlə, bu cür xəstələri psixiatra sövq etmək məqsədəuyğundur. İlk illərdə belə hallar hiss edilsə, o zaman psixiatrik köməklə, həm də müalicə üsulları ilə bu xəstəlikdən qurtulmaq olar. Xəstəlik üçün mütləq dermatoloqa getmək lazımdır.

Tük qoparma xəstəlikdirmi?

Əsəbləşəndə duyğularımızın şiddətini ifadə etmək üçün "Saçlarımı yoldu", ya da "Mənə saçlarımı yoldurdu" deyirik. Çox vaxt söylədiyimiz bu söz əslində çox bilinməyən bir ruhi narahatlığı təsvir edir. Gözəçarpacaq dərəcədə saç itkisiylə sonlanacaq şəkildə insanın öz saçlarını təkrar-təkrar yolmasına trixotillomaniya deyilir.  Əgər insan  saç tutma impulsunu təxirə salmağa ya da dayandırmağa çalışsa, getdikcə artan nisbətdə gərginlik hiss edər. Saçlarını yolanda isə həzz, rahatlama və doyma duyğusu yaşayar. Hər hansı bir dəri xəstəliyi ilə bağlı olmayan bu vəziyyət irəlilədikcə insanın həyatına mənfi təsir edər.

Tük qoparma xəstəlikdirmi?

Başlanğıcda çox nadir hallarda rast gəldiyi düşünülən "saç tutma"nın əslində təxminən hər yüz insandan dördündə olduğu aşkar edilib. Bəzən gənc  yaşlarda başlayar, qadın və kişilərdə eyni nisbətdə görülər. Bəzən də gec yaşlarda başlayar, qadınlarda daha çox  və davamlı vəziyyət halını ala bilər. Stressli vəziyyətlərdə saç, qaş və kirpik yolmalar artır.

Hər hansı stressli həyat hadisəsindən sonra başlayar, uzun illər çəkər. Uşaqlıq və gənclikdə, ümumiyyətlə, dərs, iş əsnasında başlayan saç yolmalara rast gəlinir. Belə saç yolmalar bəzən qaşıntıların olması ilə davam edə bilər. Bu səbəblə də bunun bir problem və ya xəstəlik olduğunun başa düşümək çətin olur və müalicəsi gecikdirilir. Bu davranışlarla yanaşı, dırnaq yemə, barmaq əmmə və ya yellənmə kimi davranışlar da baş verir. Depressiyaya barmaqarası yanaşmaq olmaz. Çətinliklər, stress yaradacaq hər cür vəziyyətlər saçlarınızı yolmanıza səbəb ola bilər.

Tük qoparma xəstəlikdirmi?

Zaman keçdikcə bu problemi həll etmək çətinləşir. Sosial həyatda çətinlik yaratdığı üçün bu problemlə yaşamaq məcburiyyətində qalanlar, müalicəni gecikdirənlər bir çox ölkələrdə sosial şəbəkələrdə problemlərini paylaşıb çıxış yolu axtarırlar. Özünüzdə və ya uşağınızda bənzər vəziyyət görəndə dərhal bir psixiatriya mütəxəssisinə müraciət etməyiniz və səbəbini öyrənməyiniz lazımdır.

Pis olduğumuz, əsəbləşdiyimiz zaman yalnız söz kimi işlətdiyimiz "saçımızı yolmaq" sözünün altındakı həqiqəti unutmaq lazım deyil. Bu sözün altında bir xəstəlik ola biləcəyini xatırlamaq lazımdır. Saçsız qalmış bir başla, mahnılara, şeirlərə mövzu olmuş gözəllik və cazibədarlıq simvolu olan qaş və kirpiklərimizi itirmiş bir şəkildə yaşamağın xoş olmayacağı bir həqiqətdir.  Buna görə də ən başdan tədbir almaq gərəkdir.

Hər zaman sağlamlığımızın qeydinə qalaq....

7 aprel 2014
GO BACK