Keloid - bədənin təbii yaxşılaşma prosesində pozğunluq yaranması səbəbiylə həddindən artıq miqdarda birləşdirici (çapıq) toxumanın əmələ gəlməsidir. Zərərsizdir, amma narahatlıq yaratdığı vəziyyətlərdə müalicə edilməsi də mümkündür. Keloidlər yanıq, ya da cərrahın cəldliyi nəticəsində yaranır, bu zaman dəridə yaranan bağ toxuması artır. Ancaq ağır bir ağrı ya da kiçik bir qulaq deşdirilməsiylə də əmələ gələ bilər.
Səbəbləri
Keloidlər əsasən yarada iz qalmaqla nəticələnən təbii yaxşılaşma proseslərinin şişirdilmiş formasıdır. Dəridəki cızığın yaxşılaşmasında bir sıra hadisə yer alır. Əvvəl yarada qan laxtası əmələ gəlir, daha sonra bölünən hüceyrələrlə damarlarda əmələ gələn boşluqları doldurur. Yaxşılaşma birləşdirici toxumanı əmələ gətirən bağ toxumasının yerləşməsiylə sonlanır. Keloid bu bağ toxumasının həddindən artıq miqdarda əmələ gəlməsi nəticəsində qabarıq, şişkin izin ortaya çıxmasıdır. Bəzi insanlarda irsi olaraq keloidə meyl vardır. Keloidin əmələ gəlməsi üçün lazım olan bağ toxuması miqdarını nizamlayan yerli hormon və ya ferment mexanizmindəki pozğunluq nəticəsində ortaya çıxdığı düşünülür.
Müalicə
Başlanğıcda keloid yara üstündə yumşaq çəhrayı qırış formasında olur. Vaxt keçdikcə ağarır, sərtləşir və ətrafa yayılan çıxıntılar əmələ gətirir. Qulaqda isə sallanan bir toxuma kütləsi halında ola bilər.
Keloidlər qanayıb yayılmadığı və ümumiyyətlə ağrısız olduğu üçün müalicə tələb olunmur. Ancaq dəridəki şişkinliklərin ciddi xəstəliklərin əlamətləri də ola biləcəyi üçün mütləq həkimə göstərmək lazım olduğunu unutmayın.
Bəzi keloidlər bir neçə il keçdikdən sonra öz-özünə yumşalıb düzəlir. Ancaq gözəlliyi pozduğu və narahatlıq yaratdığı vəziyyətlərdə müalicə edilə bilər. Bir çox keloid asanlıqla müalicə edilir. Kiçik keloidlər xüsusi bir alətlə dondurulur. Bu üsullar da müvəffəqiyyətsiz qalsa, ya da keloid çox böyükdürsə, lazerə ehtiyac ola bilər. Cərrahi əməliyyat zamanı təzə yarada da keloid əmələ gələ bilər. Bu səbəblə əməliyyatdan sonra radioterapiya edilə bilər.