Qadin.NET / Qanaxma zamanı ilk yardım

Qanaxma zamanı ilk yardım

 

Qanaxma zamanı ilk yardım

 

Yol qəzalarında sərt bir cismin başa, ya da başın sərt cisimlərə dəyməsi nəticəsində başda xəsarət, qırıqlar, beyin silkələnmələri və ya qanaxmalar əmələ gələ bilər.

Əlamətlər

- Ürəkbulanma, qusma, başda şişkinlik, yara, qanaxma.

- Xırıltılı nəfəs alma.

- Başağrısı, başın gicəllənməsi və göz ətrafının bənövşəyi olması.

- Göz bəbəklərində ölçü fərqi.

- Qızarmış üz.

- Dərindən hiss edilən nəbz.

- Tam və ya yarı iflic vəziyyəti, müvəqqəti yaddaş itkisi.

 

Qanaxma zamanı ilk yardım

 

İlk yardım

- Xəstə sabit şəkildə, yanı üstə uzadılır.

- Qulaqdan qan gəlirsə, qan gələn qulaq altda qalmaq şərtilə yanı üstə uzandırılır.

- Əvvəla, beyinə batan cisim varsa, əsla çıxarılmır.

- Beyin görünürsə, üzəri təmiz bir əski ilə bağlanır.

- Yaralının başı soyuq, bədəni isti saxlanmalıdır.

- Yaralı qısa müddətdə xəstəxanaya çatdırılır. Ən azı 2-4 saat xəstəxanada nəzarət altında saxlanılır.

 

Qanaxma zamanı ilk yardım

 

Epilepsiya xəstələrinə ilk yardım 

- İnsan etibarlı bir yerdə uzadılmalıdır. Ətrafındakı əşyalar ziyan almasın deyə uzaqlaşdırılmalıdır.

- Başı yerə dəyməsin deyə ehtiyatla yerə uzadılır.

- Qətiyyən soğan, odekolon kimi maddələri iylətmək olmaz.

- Xəstənin hərəkətlərini məhdudlaşdırmağa cəhd etməyin. Şüursuz edildiyi üçün nə qədər çalışsanız da bir faydası olmayacaq.

- Üzərindəki sıx geyimlər çıxarılmalıdır.

- Ayıltmaq üçün cəhd göstərməyə ehtiyac yoxdur. O, yavaş-yavaş özünə gələcək. Özünə gəldikdən sonra yorğunluq, müvəqqəti olaraq şüur itkisi, çaşqınlıq yarana bilər. Buna görə də bir qədər sakitləşməsini gözləmək lazımdır. Özünə gəldikdən sonra xəstəxanaya aparılmalıdır.

- Dişlərini sıxarsa, əlinizi ağzına qətiyyən uzatmayın, sərt və təmiz bir cisimlə dilinin tənəffus yolunu tutmasının qarşısını alın.

 

Qanaxma zamanı ilk yardım

 

Burun qanaxmasında ilk yardım 

- Burun ucundakı yumşaq əti baş barmağınızla digər iki barmağınızın arasına alın.

- Burnu barmaqla sıxılmış olaraq üzünüzə doğru basın.

- Başınızı ürəyinizdən daha yüksəkdə saxlamağa diqqət edin.

- Başınız önə meyilli və dik şəkildə oturun, beş dəqiqə belə gözləyin.

- Burun və yanağınıza sellofana doldurulmuş buz qoyun. 

- Təzyiqinizi ölçün.

 

Qanaxma zamanı ilk yardım

 

Qanaxma dayandıqdan sonra təkrarlanmaması üçün nələr edilməlidir?

- Asqırmamağa çalışın.

- Yerdən ağır bir şey qaldırmaq və ya buna oxşar güc tələb edən hərəkətlər etməyin.

- Başınızı mütləq sinənizdən daha yuxarı tutmağa çalışın.

- Arxa burun qanaxmalarının bilinməsi olduqca əhəmiyyətlidir. Bu qanama tipi həkim müdaxiləsi tələb edir.

- Qanaxma dayanmır və ya yenidən qanamağa meyl göstərirsə;

- Qanaxma səbəbiylə yorğunluq və halsızlıq hiss edilirsə;

- Qanaxma daha çox boğaz arxasına doğru olursa, mütəxəssisə müraciət edin.

Xüsusilə şiddətli burun qanaxmalarında ilk olaraq səbəbindən asılı olmayaraq qanaxmanın qarşısını almaq lazımdır. Qanaxma dayandırıldıqdan sonra səbəbini öyrənmək üçün xəstəni müayinə etmək vacibdir. Səbəbi aşkar edildikdən sonra həkim müalicə təyin edəcək.

1 aprel 2014
GO BACK