Qadin.NET / Maddələr mübadiləsini sürətləndirək

Maddələr mübadiləsini sürətləndirək

Maddələr mübadiləsini sürətləndirmək istəyirsinizsə, bu məsləhətlərə diqqət edin.

Yaxşı işləyən maddələr mübadiləsinə sahibsinizsə, aldığınız kaloriləri asanca yandırar və çəkinizi idarə etməkdə çətinlik çəkməzsiniz. Bu vəziyyətdə gümrah olmaq və formada qalmaq sizə çox çətin olmaz. Bəs maddələr mübadiləsi yavaşdırsa? Yediklərinizi asanca yandıran maddələr mübadiləsinə sahib deyilsinizsə və davamlı olaraq çəkinizi idarə etməyə çalışırsınızsa, nələr edə bilərsiniz?
Maddələr mübadiləsini sürətləndirək
Kalori qəbulunu bir anda azaltmamaq
Alınan kalorini bir anda çox miqdarda azaltmaq qısa müddətli çəki itkisinə səbəb olar. Bir anda çox kalori itirmək maddələr mübadiləsinə mənfi təsir göstərər.
Əzələ nisbətini artırmaq
Bədəndəki əzələ nisbəti artdıqca, maddələr mübadiləsi sürətlənir. Lakin əzələ nisbətini sağlam surətdə artırmaqla lazımi dəyərlərin aşılmamasının vacibliyini unutmayın
Məşqləri artırmaq
Aparılan araşdırmalar nizamlı məşq etməyin maddələr mübadiləsi sürətinin artmasında böyük əhəmiyyət daşıdığını göstərir. Hərəkətsiz həyatdan uzaqlaşaraq, maddələr mübadiləsini canlandırın.
Zülal
Zülalların istifadəsi üçün xərclənən enerji karbohidrat və yağlar üçün xərclənən enerjidən daha çoxdur. Kifayət qədər zülal istifadəsiylə maddələr mübadiləsinin sürətini artıra bilərsiniz. Sağlam fərd üçün gündəlik zülal ehtiyacı kiloqram başına 1 qramdır. (Məs: 60 kilo olan bir fərd üçün 60 qr.)
Qəhvə
Qəhvə tərkibindəki kofein sayəsində maddələr mübadiləsi üçün canlandırıcı xüsusiyyətə malikdir. Xüsusilə türk qəhvəsi və ekspresso kimi yüksək miqdarda kofein tərkibli qəhvələrdən istifadə maddələr mübadiləsinin sürətinə dəstək verə bilər. Ancaq təzyiq xəstələrinin qəhvə məhsullarından diqqətli istifadə etməsi lazım olduğu unudulmamalıdır.
Yaşıl çay
Aparılan araşdırmalara görə, yaşıl çay maddələr mübadiləsində müsbət təsirlərə malikdir. Gündə 2-3 fincan yaşıl çaydan (xüsusilə çubuq darçın ilə istifadə ediləndə) istifadə maddələr mübadiləsini sürətləndirməyə kömək edəcək.
Şok pəhrizlərdən uzaq durun
Maddələr mübadiləsini pozacaq və zəifləməsinə səbəb ola biləcək pəhrizlərdən uzaq durun. Çox aşağı kalorili, eyni tipdə qidalar və ya tək qida qrupuna aid olan qidalardan ibarət pəhrizlərdən uzaq olun. Əks halda, maddələr mübadiləsini sürətləndirmək əvəzinə yavaşlamasına səbəb ola bilərsiniz.
Maddələr mübadiləsini sürətləndirək
Daha nizamlı yeyin
Gündə 3 ana və 3 ara paydan istifadə etməyə alışın. Beləcə, maddələr mübadiləniz davamlı fəal qalacaq.
Əsla ac qalmayın
Ac qalmaq, ya da vaxtında yeməmək maddələr mübadilənizə qətiyyən müsbət istiqamətdə təsir etməz. Əksinə, nizamlı və kifayət qədər qidalanaraq maddələr mübadiləsini canlandıra bilərsiniz. Bu səbəblə aç qalmamağa diqqət edin.
30 mart 2014
GO BACK