Tələbələr imtahandan əvvəl stress ucbatından qidalanmaya kifayət qədər əhəmiyyət vermirlər. Xüsusilə son bir neçə gündə stress səbəbindən mədə daha da həssaslaşır, bu dövrdə qidalanmaya əhəmiyyət verilməzsə, mədə xəstəlikləri və qida zəhərlənmələri qaçılmaz olar.
Şagirdlər üçün imtahandan əvvəl və imtahan günü diqqəti artıran qıdalarla bağlı məsləhətlərlə tanış olaq.
İmtahana hazırlıq dövründə bütün qidalardan ibarət olan balanslı və şüurlu qidalanma həm fiziki və ruhi sağlamlığa müsbət təsir edir, stresi azaldır, həm də imtahanın uğurla keçməsinə kömək edir.
Əvvəlcə payın sayına və sıxlığına diqqət yetirilməlidir. 3 ana pay-3 ara pay şəklində balanslı və kafi qidalanma nizamı planlaşdırılmalıdır.
Çöldə yemək yeməyin
Xüsusilə imtahandan əvvəlki gün çöldə yemək yeməyin. Bununla imtahan ərəfəsində baş verə biləcək qida zəhərlənməsinə qarşı tədbir almış olarsınız. Yeyilən qidaların təzəliyindən əmin olun. Yeni dadları sınamaq üçün imtahan dövrləri uyğun deyil. Buna görə də şagirdlər daha əvvəl istifadə etmədikləri qidaları yeməyi imtahandan sonraya təxirə salmalıdır.
Yenə imtahandan bir gün əvvəl köp probleminə və mədə xəstəliklərinə səbəb ola bilən quru paxla, kələm, plov, yağda qızardılan, çox yağlı, ağır souslu yeməklər yeyilməməli, qaynadılmış qidalar və tərəvəzlər seçilməlidir. Hər gün balıq əti yeyilməlidir. Olduqca zəngin omeqa-3 qaynağı olan balıq yaddaşı gücləndirər, diqqəti artırar.
Nümunə: Axşam yeməyi menyusu
1 kasa tərəvəz şorbası, qrildə bişirilmiş yağsız qırmızı ət və ya balıq, zeytun yağlı tərəvəz, az yağlı və souslu salat, 2 dilim kəpək və ya çovdar çörəyi.
Qoz imtahan stresini azaldar
Stresin azaldılması baxımından antioksidantlardan istifadə məsləhətdir. Balıq, qoz və fındıqda bol miqdarda olan omega-3 yağ turşuları stresin azalmasına kömək edir. Cəfəri, ispanaq, gül kələm kimi tərəvəzlərdə bol miqdarda olan C vitamini də antioksidantdır. Gündə 3-4 boşqab meyvə və tərəvəz yemək lazımlıdır.
Stresə qarşı təsirli olan yumurta, süd, ispanaq, kök, ərik kimi qidalarda olan A vitamini və fındıq, badam kimi yağlı toxumlarda bol miqdarda olan E vitaminin istifadəsi imtahan dövründə stresin azaldılmasında təsirli olacaq.
Darçınlı süd şəkəri tarazlayır
Darçın qan şəkərini tənzimlədiyi üçün yeyilməsində fayda vardır. Çaylara çubuq darçın əlavə oluna bilər, ya da darçınlı süd içilə bilər. Bu, qan şəkərinin düşməsinə səbəb olur və diqqəti artırar. Ara paylar qan şəkərinin sürətlə yüksəlib-düşməsinə səbəb olan şirniyyat, şokolad, hazır meyvə şirələrinin əvəzinə qan şəkərini az yüksəldən, aşağı kalori tərkibli meyvə, qatıq, kəpəkli buterbrod, ayran kimi qidalar seçilməlidir.
Günə naharsız başlamaq diqqət azlığına səbəb olur
Günə gümrah və enerjili başlamağı təmin edən ən əhəmiyyətli pay nahardır. Səhər nahar edilməzsə, beyin funksiyaları üçün kifayət qədər enerji əmələ gəlməz. Yorğunluq, baş ağrısı, diqqət və qəbul etmədə azalma görülə bilər. Xüsusilə imtahan günü səhər yeməyi çox əhəmiyyətlidir.
Nümunə menyu: İmtahan naharı
Tam buğda-çovdar, çox taxıllı çörək, 3-4 dənə qoz ləpəsi, az yağlı, az duzlu ağ pendir, darçınlı yaşıl çay, ya da itburnu çayı, 1 ədəd qaynadılmış yumurta, bir ovuc kişmiş, ya da quru ərik.
İmtahandan əvvəl şəkər qəbul etmək yuxu gətirir
Süfrə şəkəri, yəni sadə karbohidratlar qan şəkərini sürətlə yüksəldib-saldığı üçün qan şəkərinin düşməsinə səbəb olar. Bu vəziyyət isə uşaqda diqqət dağınıqlığı, diqqətin azalması və yuxulamaya səbəb olur. İmtahandan əvvəl və imtahan əsnasında sadə karbohidrat tərkibli qida (şokoladlı draje, şirniyyatlar və s.) yemək olmaz.
Duz imtahanda susadır
Cem, bal, bəkməz kimi qidalardan çox istifadə edilməməlidir. Bunlar daha tez acımağa səbəb ola bilər. Şəkərə olan ehtiyacını ödəmək üçün təzə meyvə yemək yaxşı bir alternativdir. Çox duzlu yeməklərdən uzaq durun. Duz susuzluq hissini artıra bilər, imtahandan əvvəl həddindən artıq yeməyin.