Udma çətinliyi yuxarı tənəffüs yolları infeksiyaları kimi problemdən yaransa da Alzheimer kimi ciddi xəstəliyin xəbərdarlığı ola bilər.
Udma həyatımız boyunca bir çoxumuzun fərqində belə olmadığı çox əhəmiyyətli fiziki bir refleksdir. Ancaq bəzən müxtəlif səbəblərdən asılı olaraq yediyimiz qidaları və ya içdiyimiz mayeni udmaqda çətinlik çəkirik. Tibb dilində "disfagiya" olaraq tanınan udma çətinliyi qidalarla mayenin ağızdan yemək borusuna və mədəyə çatmasından çətinlik çəkilməsi kimi təyin olunur. Bu problemə hər yaş qrupunda rast gəlinir. Mütəxəssislər udma çətinliyini təhlükəli olmayan amillərlə yanaşı, şiş və ya müxtəlif nevroloji xəstəliklərin xəbərçisi də ola biləcəyini bildirir. Bu səbəbdən udma çətinliyi qısa bir müddət ərzində özbaşına keçməzsə, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Necə uduruq?
Hər gün fərqində olmadan çox miqdarda udma funksiyasını həyata keçiririk. Mütəxəssislər udma funksiyasının dörd fazası olduğunu bildiriblər. Əvvəl yemək çeylənərək udmağa hazır hala salınmalıdır. Bu mərhələyə hazırlıq mərhələsi deyilir. Daha sonra dilimiz qidaları və içkiləri ağzın arxa hissəsinə itələyərək udma prosesinə başlayır. Ardından qidalar və içkilər sürətlə udlaqdan yemək borusunun başlanğıc qisminə keçir. Son mərhələdə də qidalar ilə içkilər yemək borusundan mədəyə çatır.
Udma çətinliyi nə qədər ciddidir?
Udma çətinliyi ağızda tüpürcək ifrazının az olması, ağıza uyğun olmayan taxma dişlər, ya da başqa səbəblərdən meydana gələ bilər. Yemək borusunda yaranan udma çətinliyini isə daha çox nevroloji və əzələ sistemiylə əlaqədər problemlərdən qaynağlanır. Yemək borusunda yaranan udma çətinliyinin ən çox yayılan səbəblərindən biri isə qidaların mədədən yemək borusuna geri qayıtmasını bildirən refleks xəstəliyidir. Bu problem mədə turşusunun yemək borusundan udlağa doğru yuxarı hərəkət etməsi nəticəsində meydana gəlir. Bundan əlavə xroniki iltihab, Alzheimer, Parkinson, sinə boşluğundan ibarət limfa nodu, ya da kütlə və beyin şişi də yemək borusunda inkişaf edən udma pozğunluğunun nəticəsi ola bilər.