Qadin.NET / Kefir süddən daha faydalıdır

Kefir süddən daha faydalıdır

Kefir süddən daha faydalıdır

Ana maddəsi süd olan kefiri "uzun həyat iksir"i şəklində xarakterizə edən mütəxəssislər bu qidanın süd və qatıqdan daha sağlam olduğunun əhəmiyyətlə vurğulamışlar.

Kefir süd və qatıqdan daha çox qidalandırıcı xüsusiyyətinə sahibdir. Çünki zülal, minerallar və B vitamini, B1, B12 və K vitaminləri ilə zəngindir. Kalsium və maqnezium tərkibi sayəsində sağlam sinir sisteminin təməlini meydana gətirir. Eyni zamanda fosfor qaynağıdır. Kefir eyni zamanda çəkinin azalmasına da səbəb olmur. Qida dəyəri olduqca yüksəkdir və həzmi asan olan içkidir.
Kefir süddən daha faydalıdır
Bağırsaqların dostu
Kefiri "gənclik sirri, uzun və sağlam həyat iksiri" kimi xarakterizə edilən kefir xüsusilə həzm sisteminə faydalıdır. Kefir bağırsaqların dostudur. Bağırsaqlarımızdakı mikroorqanizmlər faydalı və zərərli olmaqla iki qrupa ayrılır. Faydalı, yəni probiotik mikroorqanizmlərin fəaliyyəti qaraciyərimiz üçün əhəmiyyətli təsirə malikdir. Kifayət qədər yeyildiyində bağırsaqlardakı zərərli mikroorqanizmlərin bağırsaq divarına yapışmasına və yayılmasına mane olar. Bağırsaqdakı sağlam mikroorqanizmlərin tarazlığının pozulması bir çox xəstəliyə səbəb olur.
Kefir ən təsirli probiotik bakteriya tərkibli qidalardan biridir. Tərkibindəki faydalı bakteriyalar bağırsaq sisteminin güclənməsində çox təsirlidir. Bağırsaqdakı faydalı bakteriya və göbələklərin sağlam şəkildə çoxalmasına və faydalı olmasını təmin edir. Daimi kefirdən istifadə etdikdə bağırsaqlar nizamlı çalışır. Sağlam bağırsaq sistemi də sağlam və xəstəlikdən uzaq bədən deməkdir.
Kefir süddən daha faydalıdır
 Körpənin qidalanmasında da rolu böyükdür
İştahsızlıq, yuxusuzluq, yuxarı tənəffüs yolunun infeksiyaları və allergiyaya da yaxşı təsir edən kefir körpələrin qidalardan alacağı vitamin və mineralların də daha keyfiyyətli olmasına kömək edir. Bu səbəbdən körpənin qidalanmasında da əhəmiyyətli rol oynayır və körpələrin metabolik xəstəliklərdən qorumasına təsir edir.
Kefirin aşağıdakı faydaları var:
* Həzm sistemini gücləndirir.
* İmmuniteti gücləndirir.
* Mədə-bağırsaq sistemini infeksiyalardan qoruyur.
* Allergik reaksiyalardan qoruyur.
* Allergik kolitin qarşısını alır.
* Antioksidant xüsusiyyətləri vardır.
* Qan lipidlərini azaldar.
* Laktozanın (süd şəkəri) qatılığını artırır.
24 mart 2014
GO BACK