Qadin.NET / Ömrünüzü uzadın

Ömrünüzü uzadın

Sadə, amma təsirli tədbirlərlə ömrünüzü uzatmaq əlinizdədir. Mütəxəssislər bütün orqanizminizi qoruyan məsləhətləri belə sıralayır:

 

Ömrünüzü uzadın

 

Həftədə 1100 kalori yandırın

 Alimlər həftədə 1100 kalori yandıracaq qədər idman etməklə damar tıxanmasının, hipertoniyanın və orqanizmdə yağ yığılmasının qarışısının alınacağını ifadə edir.

İldə bir dəfə şəkərinizi yoxladın

Diabet damar divarının elastikliyini pozur, qanda laxtalanmanı artırır və damarin daxili səthindəki hüceyrələrin zədələnməsini asanlaşdırır. Şikayəti olmasa belə, 20 yaşdan yuxarı hər kəs ildə bir dəfə diabet testi etdirməlidir.

250 qram maqnezium

 Fransız elm adamları qanlarında yüksək səviyyədə maqnezium olanların az olanlarla müqayisədə hər hansı bir səbəbdən ölüm riskinin 40 % daha az olduğunu bildiriblər. Buna görə də gündəlik payınıza 250 milliqram maqnezium həbi əlavə etməyinizdə fayda var.

 

Ömrünüzü uzadın

 

Gündə 2-3 litr su için

 Su hüceyrələrin və orqanların yaşaması üçün şərtdir. Bu səbəbdən hər gün bol miqdarda su içməyə tənbəllik etməyin. Əgər çəkiniz 60-70 kilo arasındadırsa, gündəlik içməyiniz lazım olan su miqdarı 2 litrdir. Çəkiniz 90 kq-dırsa, bu rəqəm 3 litrə qalxır.

15 dəqiqə gülün

15 dəqiqəlik komik bir video izləyərək gülməklə ürəyinizə gedən qan axınını 50 % artıra bilər, damar xəstəliklərinə tutulma riskinizi azalda bilərsiniz.

15 dəqiqə günəş vannası qəbul edin

Günəş iki ucu olan iti qılınc kimidir: artığı dəri xərçənginə səbəb ola bilər, digər tərəfdən də bədənimizə lazımlı olan D vitaminin əmələ gəlməsində açar rolunu oynayır. Bu səbəblə hər gün nizamlı olaraq 10-15 dəqiqə günəşdən faydalanın. Həm də səhər günəşə çıxmağınız gecə rahat yatmağınıza da köməkçi olur.

Bel çevrəsi 88 santimetr olmalıdır

 Bel çevrəniz qadınsınızsa 88, kişisinizsə 98 santimetri keçməsin. Çünki bu tip yağlanma maddələr mübadiləsində ciddi dəyişikliklərə səbəb olur. Ürək-damar xəstəliyi, hipertoniya, xolesterol və diabet riski yüksək dərəcədə artır.

 

Ömrünüzü uzadın

 

40 yaşdan sonra Check-Up

Efor testi check-up-da müraciət edilən üsullardan biridir. Test, ritm və ötürücülük pozğunluqlarını araşdırmaq məqsədilə edilir. Bunun sayəsində ürək və qan dövranı sistemi xəstəlikləri də ciddi ölçülərə çatmadan müalicə edilə bilir. 40 yaşından etibarən ildə bir dəfə kardioloji check-up-dan keçməyiniz, ürək sağlamlığınız baxımından əhəmiyyət daşıyır.

Dişlərinizin təmizliyinə diqqət edin

Ağız sağlamlığınız ürək sağlamlığıyla birbaşa əlaqədardır. Gündəlik fırçalama və diş ipi istifadəsi ömürünüzü 6-7 il uzada bilər.

Nizamlı olaraq kalsium qəbul edin

 Hər gün kafi miqdarda kalsium qəbul etməyə diqqət edin. Gün boyu iki stəkan süd və iki kibrit qutusu qədər pendirdən istifadə etməlisiniz. Yaşlılar yağlı süd içməlidir. Menopauza dövründə olan qadınların gündə 1200 milliqram kalsium qəbul etmələri lazımdır.

 

Ömrünüzü uzadın

 

Duzu azaldın

 Həddən artıq duz tək şişkinlik yaratmır, çox ciddi sağlamlıq problemlərinə də gətirib çıxarır. Mütəxəssislər duzun gətirib çıxaracağı zərərlərdən qorunmaq üçün gündəlik duz istifadəsinin 6 qramı aşmamasını məsləhət edir. İngilis Tibb Jurnalında nəşr olunan yeni bir araşdırma duzdan daha az stifadə etməyin ürək-damar xəstəlikləri riskini dörddə bir, infarkt riskini isə beşdə bir nisbətində azaltdığını ortaya qoyur. 

Sakitləşin

 Psixososial stress faktorları - səhv qidalanma, fiziki fəaliyyət, artıq çəki, siqaret, spirt və narkotik maddə, riskli davranışlar sağlamlığa təsir edən amillərdir. Stress qan təzyiqini yüksəldərək sakit insanlara görə ürək xəstəliklərinə tutulma nisbətinin 3 dəfə artmasına səbəb olar. Orta yaşda isə bu nisbət 6 dəfə artaraq həyat müddətini qısaldır.


22 mart 2014
GO BACK