Qadin.NET / Soyuq qışın donmuş xəstəlikləri

Soyuq qışın donmuş xəstəlikləri

 

Soyuq qışın donmuş xəstəlikləri


 

Soyuqdəymədən yaranan sistit:Soyuq havalarda ən çox rastlanan xəstəliklər sırasında sistitin adı ilk sıralardadır.Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır.Sistitə daha çox qadınlarda rast gəlinir.Sistitin yaranma səbəbi kiçik çanaqda və sidik kanalının divarında qan dövranının pozulması,imunitetin aşağı düşməsi,infeksiya və soyuqdəymədir.

Sistit zamanı xəstə tez –tez sidiyə gedir,sidik kisəsində kəskin ağrılar olur.Onu müalicə etmək üçün öncə dar şalvar və ya dar alt paltarı geyinməmək lazımdır.Əgər işiniz oturaqdırsa ,hər 1.5saatdan bir 5 dəqiqə ayaqüstə durub dincəlin.Kəskin ədviyyatlı yeməklərdən uzaq durun.Əgər qəbizlik varsa bu zaman rasionunuza çoxlu meyvə tərvəz əlavə edin.Apteklərdə satılan çobanyastığı qurusundan(20qram),nanə(15qram)və ağcaqovaq ağacının qurusundan (20 qram)götürüb qarışdırın ondan bir xörək qaşığı götürüb 200ml suda 3-4 saat vam odda dəmə qoyun .Gün ərzində yeməkdən əvvəl 4-5 dəfə 100ml qəbul edin.Bu sistiti mualicə edir.

Qışın bəlası angina :payız –qış aylarında insanların 70%-i bu xəstəlikdən əziyyət çəkir.Anginanın yaranmasına səbəb streptokokklar,viruslar və pnevmokokklardır.Soyuqdəymə anginaya meyilliyi artırır.Məlumdur ki,angina zamanı badamcıqlar şişir,irinləyir.Virus badamcıqlara hava-damcı yolu ilə daxil olur.Anginaya ötəri yanaşmaq olmaz,o ciddi xəstəlikdir.Əgər anginadan 1-2 həftə sonra oynaqlarda ağrılar hiss etsəniz mütləq revmotoloqa müraciət edin.Bu anginanın revmatizm xəstəliyi yaratması deməkdir

Angina zamanı hərarət 40 dərəcədən yuxarı qalxa bilər.Xəstədə baş ağrısı ,iştahsızlıq,udqunma zamanı ağrılar olur.Qırmzı çuğunduru sürtgəcdən keçirib şirəsini çıxardın.1 stəkan şirənin içinə 1xörək qaşığı sirkə tökün.Gündə 5-6 dəfə boğazınızı ovuşdurun.

Cirə otundan 1 çay qaşığı götürüb 1 stəkan suda qaynat gün ərzində 3-4 dəfə yeməkdən yarım saat əvvəl 1/4 stəkan qəbul edin

Soyuq əllər:-insanların çoxu yay və qış aylarında əl və ayaqların soyuq olmasından şikayətlənir.Çoxlarımız buna ötəri yanaşırıq ,amma bu ciddi xəstəlikdir.Tibb elmində bunu “sklerodermiya”  kimi tanınan bu xəstəlik orqanizmdə ciddi problemlərin  yaranmasına ,həyatın iflic olmasına gətirib çıxarır.Bu böyrəklər və sinir sistemi və ürəklə əlaqədardır.Xəstəliyin yaranmasına soyuqdəymə ,bakteriya və virus infeksiyası,allergiya və əsəb sistemi pozğunluğu səbəb olur.

Əllər soyuq olur,dırnaqlar göyərir.Nəticədə 1-2ildən sonra dəri bərkiməyə ,çatlamağa başlayır ,saçlar tökülür və dırnaqların kənarında ətlər çıxıb ,tez –tez qanayır.Bunların qarşısını almaq üçün  qışda daim isti paltar geyinməlidir.Xəstəlik zamanı əl və ayaq barmaqlarını tez –tez masaj edəsən .Cökəçiçəyindən ,qatırquyruğu otundan,üçrəng bənövşədən ,ballı baba otundan ,tozağacından  hamısından  1 xörək qaşığı  götürüb qarışdırırsan.Sonra həmin qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 1stəkan su töküb 1 saat dəmləyirsən.İki yerə bölüb gün ərzində iç.Bu müalicəni 1-2 ay davam etdirmək lazımdır.

Allah hamımıza kömək olsun. Bütün xəstəliklərdən uzaq olaq hər zaman.

 
11 yanvar 2011
GO BACK