Qadin.NET / Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi

Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi



Ürək hamiləliyin ilk 10 həftəsində əmələ gəlir. Ürək anormallıqlarının bu dövrdəki təsirləri ilə əmələ gələn nəticələr:

1.Ventrikülar Septal Defektlər:

Ən çox rast gəlinən ürək xəstəliklərin başında "Ventrikular Septal Defektlər" gəlir. VSD ürəyin iki mədəciyi arasında bir dəliyin əmələ gəlməsidir.

Bu dəlik vasitəsiylə təmiz qan soldan-sağa keçərək ağciyərlərə gedir. Bu keçiş küylərin eşidilməsinə gətirib çıxarır.

Dəlik kiçikdirsə, uşaq yaxşı olur və klinik əlamətlər olmur. Orta böyüklükdəki və geniş dəliklərdə keçiş çoxdur.

Ağciyərə gedən əlavə qan miqdarı körpənin sürətli nəfəs alması, qidalanarkən yorulması və çəkisinin normal şəkildə artmamasına gətirib çıxarır. Eyni zamanda bu körpələr tez-tez ağciyər infeksiyalarına tutulurlar.

Kiçik dəliklər zamanla bağlana bilər. Bəzi dəliklər isə əməliyyat tələb edir. Müalicəyə baxmayaraq körpənin çəkisi artmır, ağciyər damar təzyiqi yüksəlir və dəlik aorta qapağında çatışmazlıq verirsə dəlik əməliyyatla bağlanılır.

2.Atriyal Septal Defekt: 

Ürəyin iki qulaqcığı arasındakı dəlikdir və buradan təmiz qan soldan-sağa keçir.

Ümumilikdə səssiz keçir və adi müayinə zamanı küylər eşidilərək aşkarlanır. Öz-özünə bağlanma ehtimalı azdır. Orta genişlikdə defektlər bağlanılmalıdır.

Dəliyin yerinə görə əməliyyata ehtiyac qalmadan transkateter üsulla və cihazla bağlanılması mümkündür.

3.Patent Duktus Arteriozus:

Aorta və ağciyər arteriyası arasında fetal (ana bətnindəki dövr) dövrdə mövcud olan "borunun" doğumdan sonra bağlanmaması və davam etməsidir.

Geniş PDA-lar tez nəfəs alma və çəkinin artmaması ilə doğumdan sonra özünü birüzə verir və vaxtından qabaq doğulan körpələrdə daha çox rast gəlinir. 

Yeni doğulmuş körpələrdə belə ürək çatışmamazlığına gətirib çıxarır və dərmanla bağlanmırsa, əməliyyatla bağlanılması mümkündür.

Bağlı ürək əməliyyatı ilə sinənin sol tərəfi açılaraq bağlanılır. Daha böyük uşaqlardakı kiçik orta genişlikdəki PDAl-ların əməliyyatsız, transkateter cihazla bağlanması daha çox tətbiq olunur.

4.Büyük arteriyaların traspozisiyası:

Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi

Uşaqlarda göyərməyə gətirib çıxaran ürək xəstəliklərində yeni doğulmuş dövründə ən çox görüləni, böyük arteriyaların xəstəliyidir.

Bu zaman aorta və ağciyər arteriya çıxış yerləri yer dəyişdirmiş vəziyyətdə olur.

Aorta sol yerinə sağ mədəcikdən, ağciyər arteriyası sağ yerinə sol mədəcikdən çıxar. Bu körpələr doğulan kimi göyərmə ilə əlamət verərlər. 

İlk 1 həftə-10 gün içində bir əməliyyatla damarların yeri dəyişdirilir.

5.Fallot tetralojisi: 

Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi 

Uşaqlarda göyərməyə gətirib çıxaran ürək xəstəliklərində, yeni doğulmuş dövr xaricindəki körpəlik və uşaqlıq çağında ən çox görüləni isə fallot tetralogiyasıdır.

Bu, mədəcik arasındaık bir dəlik ilə, ağciyər damarındakı darlığın birlikdə olmasıdır.

Ağciyər damar darlığı ağır olan körpələr həyatın ilk günlərindən etibarən göyərər və şunt əməliyyatı deyilən aorta damarı ilə ağciyər damarı arasına süni bir damar yerləşdirilməsini əhatə edən bir köməkçi cəhdə ehtiyac duyarlar.

Uşaqlarınızı vaxtında müayinə etdirin ki, sonra peşman olmayasız... 

15 mart 2014
GO BACK