Əvvəllər adamlar yalnız bişmiş yumurtanın ağına zülal deyirdilər. Sonra alimlər öyrəndilər ki, zülalaların sayı lap çoxdur, belə ki, bütün canlılar zülaldan yaranmışdılar. Elə yumurtanın sarısı da müxtəlif zülallardan ibarətdir.
Bitkilərə yaşıl rəng verən xlorofil zülalı gözəl xassələrə malikdir: o, günəş enerjisinin köməyilə ən sadə maddələrdən mürəkkəb maddələr əmələ gətirir.
Burada yalnız bir neçə zülalın işindən danışdıq. Lakin onlar o qədər çoxdur ki, saymaqla qurtarmaz. Bədənimizin hər bir yerində minə qədər zülal var, bunların hər biri həyat üçün zəruri iş görür.
Zülallar nəinki sayca çoxdur, həm də bunlar təbiətin ən mürəkkəb, ən sirli maddələridir.
Alimlər yalnız son illərdə zülalın sirrini açmağa başlamış, bir çox zülal hissəciklərinin quruluşunu başa düşmüş, bəzi züllarları süni yolla almışlar. Lakin öyrənilməmiş məsələlər daha çoxdur.
Əgər zülalların bütün sirləri alimlərə məlum olsa, xəstəliklər həmişəlik aradan qaldırılacaq, insanlar indikindən 2-3 dəfə daha çox yaşayacaqlar.