Orta qulaq
Qulaq yolunun daxilində qulaq pərdəsi olur. Qulaq pərdəsi səs dalğaları gəldiyi zaman titrəşən incə bir pərdədir. Orta qulaq qulaq pərdəsinin arxasında olan və hava ilə dolu bir boşluqdur.
Qulaq pərdəsi titrəşdiyi zaman orta qulaq boşluğundakı kiçik sümükcuklər də (zindan, üzəngi, çəkic) titrəşir və səsi daxili qulağa çatdırır. Daxili qulaqda səsi beyinə çatdıran sinirlər xəbərdar edilir. Orta qulaq ilə udlağın burun hissəsini birləşdirən Yevstax borusu vardır. Bu borunun vəzifəsi orta qulaq boşluğundakı havanın təzyiqini xarici mühitdəki atmosfer təzyiqi ilə bərabərləşdirməkdir. Əsnəyərkən və ya udqunarkən qulaqdan gələn səslər bu təzyiq bərabərləmə əməliyyatına aiddir.
Orta qulaq iltihabı (Otitis Media)
Akut otitis media - qulaq pərdəsi arxasındakı orta qulaq boşluğunun iltihabıdır. Uşaqlarda Yevstax borusu böyüklərdəkindən daha qısadır və bu səbəblə mikrobların burundan orta qulağa çatması daha asandır. Bunun nəticəsində orta qulaqda iltihab mayesi yığılır; mayenin etdiyi təzyiq ağrıya və qulaq pərdəsinin titrəşməməsinə səbəb olur. Bu səbəblə orta qulaq iltihabı zamanı bir miqdar eşitmə itkisi əmələ gəlir. Uyğun dərman müalicəsi ilə bakteriyalar öldürüldükdə orta qulaqdakı maye da ortadan qalxar və eşitmə düzələr.
Kəskin orta qulaq iltihabı uşaqlıq çağının sıx görülən bir xəstəliyidir. Üç yaşına qədər olan uşaqların 2/3-si ən az bir dəfə orta qulaq iltihabı keçirir. Kəskin orta qulaq iltihabının müalicəsi antibiotiklərlə edilir. Təsirli antibiotik müalicəsi edilsə belə, uşaqların 40%-ində hələ 3-6 həftə orta qulaqda iltihablı olmayan bir maye qalır və daha sonra düzələn, yüngül dərəcədə eşitmə itkisinə səbəb ola bilir.
Tez-tez yuxarı tənəffüs yolu infeksiyası keçirən uşaqlarda orta qulaq iltihabı da sıxdır. Buna görə də uşaq bağçalarında olduğu kimi sıxlıq mühitlərə ilk dəfə girməyə başlayan uşaqlarda, xüsusilə ilk iki il ərzində, soyuqdəymə və qulaq problemlərinə daha sıx rast gəlinir.
Orta qulaq iltihabının başqa növləri də vardır. Serozlu otitis media (seröz otitis media) - altı həftədən uzun davamlı orta qulaqda maye olmasıdır. Bunun səbəbi, bəzi uşaqlarda kəskin otit keçirməmiş olmalarına baxmayaraq, Yevstax borusunun orta qulağa hava aparma funksiyasını yerinə yetirməməsindən asılıdır. Əgər iltihab uzun sürsə, orta qulaqda və qulaq pərdəsində zədə əmələ gələ bilər və qulaq pərdəsində sağalmayan bir dəlikdən davamlı axıntı başlayır. Buna xroniki orta qulaq iltihabı adı verilir. Bu növ orta qulaq iltihablarının müalicəsi bir Qulaq-burun-boğaz xəstəlikləri mütəxəssisi tərəfindən edilməlidir.
Əlamətləri:
Böyük uşaqlar qulaqda dolğunluq hissi, ağrı və eşitmə itkisi şikayətlərini ifadə edə bilərlər. Kiçik uşaqlarda isə əlamətlər narahatlıq, yuxu pozğunluğu və ya iştahsızlıq ola bilər. Hər yaşdakı uşaqda qızdırma əlaməti ola bilər.
Bu əlamətlər ümumiyyətlə burun axıntısı və öskürək kimi orta qulaq iltihabına yoldaşlıq edən yuxarı tənəffüs yolu infeksiyası şikayətləriylə birlikdə olur. Şiddətli orta qulaq iltihablarında qulaq pərdəsində dəlik əmələ gələ bilər. Bunun nəticəsində orta qulaqdakı iltihab qulaq yolundan axar, ağrı azalır və atəş düşər. Qulaq pərdəsindəki dəlik əksər vaxtı müalicə nəticəsində özbaşına bağlanır.
Xəstəliyin qarşısının alınması:
Yeni doğulmuş körpələrdə ana südündən keçən maddələrin təmin etdiyi immunitet kəskin otit inkişafının qarşısını alır. Ana südü əmən uşaqların qidalanma zamanındakı mövqeyi əmziklə qidalanan uşaqlarınkina nisbətlə Yevstax borusunun normal funksiya etməsi üçün daha uyğundur. Buna görə də orta qulaq iltihabı əmziklə qidalanan uşaqlara nisbətlə daha az görülür. Əgər uşağın əmziklə qidalanması lazımdırsa, oturmuş mövqedə qidalandırmaq uzanıqlı vəziyyətdən daha yaxşıdır.
Xəstəliyin müddəti:
Orta qulaq iltihabının düzəlmə müddəti dəyişə bilər. Heç müalicə edilməyəndə belə 48 saat içində özbaşına düzələ bilər. Bəzən də antibiotiklərlə müalicə edilməsinə baxmayaraq, 2 həftə ilə 2 ay arasında orta qulaqda maye qalmağa davam edir. Bu maye ümumiyyətlə özbaşına itir, ancaq bu müddət içində eşitmə azalmış ola bilər. Orta qulaq iltihabı yoluxucu deyil, ancaq əsl səbəbi olan yuxarı tənəffüs yolu infeksiyası yoluxucu ola bilər.
Evdə tətbiq olunan müalicə:
Orta qulaq iltihabı əvvəl mütləq həkiminiz tərəfindən qiymətləndirilməlidir. Evdə tətbiq olunan üsullar uşağın rahatlaşdırılmasına kömək edir. Ağrıkəsici və qızdırma salan dərmanlarla uşağın rahat yatması təmin edilə bilər. Qulaq axıntısı olan uşaq üzməməli, çimərkən isə qulağın su ilə təması tıxaclarla önlənməlidir. Həkiminiz qulaq tıxacını necə hazırlayacağınızı sizə açıqlayacaq.
Tibbi müalicə:
Kəskin orta qulaq iltihabı ümumiyyətlə antibiotiklərlə və Yevstax borusunun funksiyasını düzəldəcək dərmanlarla müalicə olunur. Bəzən uşağın qulaq pərdəsi iltihab səbəbiylə çox şişərsə və şiddətli ağrıya səbəb olursa, qulaq pərdəsində kiçik bir kəsik (parasentez) edilərək iltihabın boşaldılması lazım ola bilər. Bu əməliyyatdan sonra qulaq pərdəsi adətən bir həftə içində yaxşılaşır.
Həkimə nə vaxt müraciət edilməlidir?
Orta qulaq iltihabı müalicə edilməyəndə ciddi ağırlaşmalara səbəb ola bilər. Buna görə də qulaq ağrısı və ya qulaqda dolğunluq hissi şikayəti olan uşaqlar, xüsusilə də qızdırma və yuxarı tənəffüs yolu infeksiyası varsa, həkimə müraciət edilməlidir.
Yeni dişin çıxması, xarici cismin qulağa düşməsi, pambıqlı çubuqlarla təmizlik zamanı qulaq yolunun zədələnməsi səbəbilə də qulaq ağrısı yarana bilər.
Qulaq yolunu və qulaq pərdəsini ancaq həkiminiz müayinə edə bilər. Şikayətlərin əsl səbəbinin tapılması və doğru müalicə tətbiq olunması üçün mütləq həkimə müraciət edilməlidir.