Qadin.NET / Antibiotikləri necə istifadə etməli?

Antibiotikləri necə istifadə etməli?

 


 

Bakteroloji xəstəliklərə qarşı istifadə edilən antibiotiklərin kəşfi insanlara çox böyük faydalar vermişdir.Lakin bu dərmanlar fayda verməklə yanaşı, vəziyyətlərdə təhlükəli də ola bilər.Antibiotiklərin törətdiyi ən böyük təhlükə bakteriyaların bu maddələrə (antibiotiklərə) qarşı müqavimət göstərməyidir.Güclü müqavimət göstərən bakteriyalara qarşı antibiotiklərin mübarizəsi çətinləşir.Bakteriyaların antibiotiklərə qarşı müqaviməti isə çox vaxt dərmanların lazımsız və yalnış istifadəsindən əmələ gəlir.Bəzən isə antibiotiklərdən yanlış istifadə vücudumuzda olan müsbət bakteriyaları da  məhv edir. Sözsüz ki,bu da vücudumuzun normal funksiyasını pozur.Ona görə də antibiotiklərdən istifadə etmə qaydaları mütləq  həkimin məsləhəti ilə olmalıdır.Həkimin məsləhət gördüyü  antibiotiklərdən başqa antibiotik qəbul etməmək,dərmanı reseptdə olan miqdarda az və ya çox almamaq və müalicəni vaxtlı-vaxtında təqib etmək lazımdır.Bunu da unutmaq  olmaz ki,virusların  müalicəsi zamanı antibiotiklərdən istifadə edilməməlidir.İnsanın sağlamlığı üçün çox zaman həyati əhəmiyyəti olan xüsuslar yalnış istifadə nəticəsində yox edilməməlidir.

3 fevral 2011
GO BACK