"Kimiləri yemək üçün yaşayır, kimiləri yaşamaq üçün yeyir" deyə bir ifadə var. Yeməkdən zövq almaq, əlbəttə əhəmiyyətlidir, ancaq yeməyin bişirmə forması da diqqət yetirilməsi lazım olan məqamlardandır.
Ən sağlam yemək bişirmə üsullarından biri də buxarda bişirməkdir. Sağlam yemək deyilincə buxarda bişirmə ilk sıralarda öz yerini alır. İnsan bütün həyatını balanslı və doğru qidalanma, təbii olanı seçmə, bədəninə daha etinalı davranma şəklində dəyişdirir. Bu diqqət əlbəttə qidaların bişirmə formalarını da əhatə edir.
Buxarda yemək bişirmənin ən əhəmiyyətli xüsusiyyətləri odur ki, qidalar vitaminlərini itirmir və bu bişirmə üsuluyla çöldən heç bir qatqı maddəsi qidaya dəymir.
Hər qida öz bişirilmə üsuluna malikdir. Bu üsullar qidaların ləzzətinə və vitamin-mineral dəyərlərinə təsir edir. Artıq yağda bişirmə yerinə buxarda bişirmə daha məqsədəuyğundur. Buxarda bişirmə hər şeydən əvvəl sağlamlıqdır.
Buxarda bişirmə üsulları yumurta, tərəvəzlər, qabıqlı dəniz məhsulları kimi qidalar üçün idealdır. Beləcə, daha az su və hava təması təmin edilərək qida elementlərinin itkisinə maneə yaradılır.
Buxarla bişirmə ilk olaraq 1920-ci illərdə Çində inkişaf etdirilib. 1960-cı illərdə təzyiqli qazanlar məişətimizə daxil oldu və beləliklə, sürətli, enerji cəhətdən qənaətlə işləyən yeni bir bişirmə forması kimi məşhurlaşdı. Əvvəllər yalnız restoran mətbəxləri kimi professional yerlərdə istifadə edilən buxarlı bişirmə cihazları 1980-ci illərdə evlərimizin mətbəxlərinə də daxil oldu.
Bu gün klassik qazanların yerini evlərdə son dərəcə asan istifadəyə sahib olan elektron cihazlar tutub. Bu cihazlar sayəsində yeməklər rənglərini, formalarını və ətirlərini itirmədən, sağlam bir şəkildə bişir.
Buxarda bişirmək sağlamdır, çünki yeməyin tərkibindəki nişastanın qırılması, yumşalması, sellüloza, zülal və lifli quruluşun qırılması ilə yemək daha yumşaq hala gəlir. Yeməyi damaq zövqünə uyğun və həzm edilə bilən hala gətirir. Qida zəhərlənməsinə yol aça biləcək bakteriyaları yox edir. Yeməyin keyfiyyətini, rəngini və ləzzətini dəyişdirmir. Yeməklərin qida dəyərləri itmir. Qidalar daha asan həzm olunur.