Ağız yarası - ağız içərisində, yanaq və dodaq daxilində, dil üzərində, yumşaq damaqda, ağız boşluğunda, diş əti üzərində görülən solğun, sarı-qırmızı rəngdə olan və olduqca ağrılı xroniki yaralardır. Cəmiyyətin 18-20%-i az, ya da çox ağız yarası problemi ilə qarşılaşır. Qadınlarda daha tez-tez rast gəlinir.
Ağız yarasının yaranma səbəbini müəyyən etmək üçün müxtəlif araşdırmalar edilmişdir. Ancaq ağız yarasının meydana gəlməsini sürətləndirən və meydana gəlmə səbəbi tam olaraq bəlli olmayıb.
Bu səbəblə ağız yarası meydana gəlməsini sürətləndirən və yaxşılaşmasını gecikdirən faktorlardan bəhs etmək mümkündür.
Ağız yarasının meydana gəlməsində hansı amillər əhəmiyyətlidir?
Stress: İndiki vaxtda miqren, yüksək təzyiq və qastrit kimi bir çox xəstəliyin səbəbləri arasında qəbul edilən stress ağız yarasının meydana gəlməsinin ən əhəmiyyətli səbəblərindən biridir.
Xanımlarda aybaşı öncəsi gərginlik ağız yarasının meydana gəlməsini sürətləndirən faktorlardandır.
Yeməklər: Sitrus bitkiləri, sirkə, turşu, kartof çipsləri, duzlu və ədviyyatlı çərəzlər də ağız yarasının meydana gəlməsini sürətləndirən əhəmiyyətli qidalardandır. Bunlarla yanaşı, bəzi insanlar üçün allergik ola bilən quru buğda, çovdar, arpa, şokolad, fındıq, dəniz məhsulları, soya, pomidor, badımcan, alma, əncir, pendir kimi yeməklər də ağız yarasının meydana gəlməsini sürətləndirir.
Zədə: Yanaq, dil, dodaq dişləmə, sərt yeməklər, yumşaq olmayan fırçalyla diş yumaq və yaxşı adaptasiya olmayan protezlər ağız yarasının yaranmasına səbəb olur.
Diş pastası: Diş pastalarının təmizləmə xüsusiyyətini artırmaq üçün köpük quruluşu olaraq tərkibinə qatılan "natrium lauryl sulhate" (SLS) ağız boşluğu hüceyrələrinin dağıtmasını artıran kimyəvi maddədir. O bu xüsusiyyəti ilə ağız yarasının meydana gəlməsinə səbəb olur. Xüsusilə ağız yarası problemi olan kəslərin istifadə edə bilməsi üçün indiki vaxtda tərkibində daha az nisbətdə (% 1.25) SLS olan diş pastaları istehsal edilir.
Bahçet xəstəliyi: Genital xora, konyuktivit, retinit, lokositoz kimi, bir çox sistemik əlamətlərlə yanaşı, ağız içərisində təkrarlayıcı yaralarla özünü göstərən bir xəstəlikdir. Bir çox bədxassəli xəstəliklərlə birlikdə də təkrarlayıcı yaralar görünə bilər.
Digər səbəblər: B12 vitamini və dəmir çatışmazlığı, siqaret çəkmək, tütün çeynəmək kimi vərdişlər yaraların meydana gəlməsinə səbəb olur.
Uçuqlar yayıla bilərmi?
Bəli, uçuqlar partladığı andan tam olaraq keçdikləri ana qədərki müddət infeksiyanın yayılması üçün ən riskli dövrdür. Bunlar yayıldığı üçün digər insanlara da keçə bilər.
Qorunma göstərişləri:
Gözünüzü və dəri ilə örtülü olmayan bölgələrinizi təmasdan qoruyun.
Uçuğu sıxmayın, qopartmayın.
Əllərinizi gözünüzə və digər insanlara dəymədən əvvəl yuyun. Bütün bu tədbirlərə baxmayaraq bilməlisiniz ki, "Herpes simpleks" virusu uçuq olmadan belə keçici ola bilər.
Müalicə: Ağız yarasının üstü virusa qarşı bir maddə ilə bağlanmalıdır. Məsələn, 5%-li asiklovir məlhəm bunun üçün istifadə edilə bilər.