Avokado
Avokado meyvəsinin tərkibində olan və dərinizlə dostluq edən doymamış yağlar var, amma sizin bu yağdan qorxmağınıza gərək yoxdur. Yaşlanmanın əleyhinə olan C və E vitaminləri ilə zəngindir. Bundan başqa avokadonun tərkibində olan kalium alkoqol və hazır qidaların yaratdığı toksinləri atmağa kömək edir. Havanın çirklənməsi, qızardılmış qidalar, siqaretin tüstüsü kimi erkən qırışlara səbəb olan faktorların təsirini azaltmanın yolu nar meyvəsindən keçir.
Nar
Narda olan antioksidantlar həm dərinizə, həm bədəninizə sağlamlıq bəxş edəcək.
Dəniz canlıları
Krevet kimi dəniz canlıları cilddə yeni kollagen meydana gəlməsini və elastikliyini təmin edən mis baxımından olduqca zəngindir.
Qarağat
Qarağat cildin - dərinin yaşlanmasını yavaşladır, vitaminlərdən daha təsirli olan flovonoidlər qarağatda bol miqdarda var. Bundan başqa qanda olan şəkəri də normaya salır, göz sağlamlığına da xeyirlidir, ürək xəstəliklərindən qoruyur.
Qoz
Qozun təkibində mis maddəsi var. Bu, pigmentin bədəndə istifadə olunmasını təmin edir.
Ton balığı
Ton balığı insan vücudunun istifadə edə bilmədiyi Omega-3 yağı ilə çox zəngindir. Omega-3 yağı cildin quruluğunu azaldır, elastikliyi artırır və qırışların meydana gəlməsini gecikdirir.
Üzüm
Üzüm çeşidləri dərinin erkən yaşlanmasına səbəb olan sərbəst radikalların təsirini azaldan antioksidanlara malikdir. Üzüm A vitamini, B1 vitamini, C vitamini, E vitamini, dəmir, kalsium, kalium, natrium, maqnezium və fosfor kimi vitaminlər və minerallar baxımından olduqca zəngin bir meyvədir.
Yerkökü
Yaşlanma əleyhinə olan C vitamini və liflərlə zəngin yerkökü günəş şüalarının mənfi təsirlərindən də qoruyur. Tərkibindəki A vitamini sayəsində göz sağlamlığı baxımından da olduqca əhəmiyyətli təsirləri var.
Süd
Süd sümük əriməsinin qarşısını alan və dəri hüceyrələrinin özünü yeniləməsini təmin edən bir qida maddəsidir. Yemək zamanı içilən süd içindəki kalsium sayəsində həm yağ sorulmasını azaldır, həm də nəcis yolu ilə yağ atmanı artırır.
Yulaf
Stressli olmaq həm də qaşlarınızı çatmaq deməkdir. Bundan başqa qaşlarınızı çatmaq sizi qırışlarla erkən vaxtda qarşı qarşıya qoyacaq. Gündəlik menyunuza yulaf əlavə edin və narahatlıqlardan xilas olun.