İmmun sistemə mənfi təsirlərdən biri də tənhalıq imiş. Tənhalıq immuniteti pozaraq insanların sağlamlığına ciddi təsir göstərir. Tədqiqatçılar tənha insanların immun reaksiyalarına daha zəif reaksiya göstərdiklərini müəyyən ediblər. Belə ki, herpes virusunun tənha həyat sürən insanlarda daha tez-tez müşahidə olunduğu araşdırılıb. Bundan başqa, belə insanların qanında enfilamasionla əlaqələndirən zülalların miqdarı sosial əlaqələri geniş olan insanlara nisbətən çox olur. Bu zülalın yaratdığı iltihabi proseslər ürəyin tac damarı xəstəliyi, diabet, artrit və fiziki yorğunluq kimi pozğunluqlara yol aça bilir.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, tənha olan insanlarda bir çox xəstəliklər müşahidə olunur. Hətta vaxtsız ölümlərin və sağalması çox çətin olan xəstəliklərin yaranmasının səbəblərindən biri də təklik olması müəyyən olunub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, tənhalıq uğursuzluqla nəticələnən münasibətlərdən sonra əmələ gəlir. Həyatdan küsmə, heç kimlə ünsiyyətdə olmaq istəməmək tədricən insanın sosial həyatdan uzaqlaşmasına və özünə qapanmasına səbəb olur. Bu kimi proseslərin həlli yolunu tədqiqatçılar psixoloji və fizioloji terapiyada görürlər.
Təqdidatın yararlığını artırmaqdan ötrü UCLA tənhalıq şkalası hazırlanmışdır. Bunun sayəsində sosial həyatdan təcrid olunmuş insanların tənhalıq səbəbləri araşdırılaraq 2 qrup tədqiq olunur.
İlk öncə mütəxəssislər bu qrup insanların qanlarındakı herpis virusu, Epistein Barr virusu, sitomeqalovirusuna qarşı nə qədər antitel miqdarının olmasını araşdırmışlar. Eynilə stress zamanı da antitellər və sitokinlərin miqdarı müəyyən olunmuşdur. Bu qrup insanların bədənində daha çox virusun olduğu və bu vəziyyətdən daha çox əziyyət çəkdikləri müəyyən olunub.
Tədqiqatçılar bundan başqa yuxunun vəziyyəti, qocalmanın intensivliyini və sağlamlıqla bağlı olan bir çox faktları araşdırıb və tənhalıqdan əziyyət çəkən insanlarda bunun daha çox təsiri olmasını müəyyən etmişlər.
Burada qeyd etmək lazımdır ki, sosial həyatda vəziyyətləri yaxşı olan insanlarda müqavimətin daha güclü olduğu məyyən edilib.