Qadin.NET / Nizamlı idman etmənin insan beyninə təsiri

Nizamlı idman etmənin insan beyninə təsiri

 

Nizamlı idman etmənin insan beyninə təsiri

 

İdman nizamlı olaraq edilən fiziki fəaliyyət adlandırıla bilər. Sağlamlığın qorunmasında isə, şübhəsiz, ən əhəmiyyətli komponentlərdən biridir. Nizamlı olaraq edilən idman fərdin həm fiziki, həm də psixoloji cəhətdən özünü yaxşı hiss etməsini təmin edir. Ürək xəstəlikləri riskinin azaldılmasında, çəkinin nəzarətdə saxlanmasında, kürək və bel problemlərinin azaldılmasında da idman hərəkətlərindən istifadə edilməlidir. Psixoloji maraqların başında isə fərdin stress üzərində təsirli olması, depressiyanı azaltması, zehni gərginliyi azaltması kimi müsbət təsirləri vardır.

İdman nizamlı olaraq edildikdə sağlamlıqda əhəmiyyətli olduğu kimi, depressiya azaltdığı üçün cəmiyyətin rifahını yüksəldən bir fakt olaraq gözə dəyir. Bu mövzunu araşdırmaq üçün Muğla və Mərmərə Universitetlərinin ortaq şəkildə etdiyi bir işdə nəzarət qrupu olaraq 15 qız, 15 kişidən ibarət olan və 8 həftə boyu sabit bir həyat sürən universitet tələbələri iştirak etmişdir. Təcrübə qrupu olaraq isə yenə 15 qız, 15 kişidən ibarət olan və həftədə 3 dəfə 1 saat yüngül və orta dərəcədə idman edən universitet tələbələri iştirak etmişdir. 8 həftə boyu məlumatın toplanması vasitəsi kimi isə depressiya ballarını müəyyən etmək üçün Beck Depressiya Envanter (BDA) və cürət vəziyyətini müəyyən etmək üçün Rathuss Atılganlık Envanter (RAE) cihazlarından istifadə edilmişdir. Nəticə olaraq, nizamlı olaraq edilən idman hər iki cinsə də müsbət təsir etmişdir.
Nizamlı idman etmənin insan beyninə təsiri
 
Psixoloqlar gəzən və ya qaçan insanların depressiya cəhətdən həm psixoloji, həm də fizioloji faydalar əldə etdiklərini görmüşlər. Bu tip məşqlər depressiyanı azaldır, adama özünü yaxşı hiss etdirir. Fiziki məşq edərkən depressiya hisslərinin qorunması çətindir. Əlavə olaraq idman xoşbəxtlik hormonları olaraq bilinən endorfinlərin ifrazını artırır.
Məşqin beyin üzərindəki təsirlərini göstərmək məqsədilə aparılmış çox sayda araşdırma var. Bunlardan biri də nizamlı məşqin xroniki ağrı hissini azaltdığı istiqamətindəki tədqiqatdır. Siçovulların üzərində aparılan bu araşdırma sabit yaşayan heyvanlardakı ağrıya səbəb olan qəbuledicilərdəki (hüceyrə xaricindəki bir siqnalı hüceyrə içinə daşıyan bir zülal) termal xəbərdarlığa qarşı olan həddindən artıq həssaslığın 3 həftə sonra belə davam etdiyini, məşq etdirilən heyvanlarda isə həssaslığın 5 gün sonra azalmağa başladığı aşkar edilmişdir. Edilən ölçmələr nəticəsində isə qısa dövrlü məşqin belə ağrı hissini aradan qaldıran endogen analgetik maddələrin ifrazı hələ bəlli olmayan bir mexanizm ilə artırdığı görülmüşdür.
Nizamlı idman etmənin insan beyninə təsiri
 
İdmanın digər konkret təsirləri isə beyin hüceyrələrimiz olan neyronlar üzərindədir. Beynimiz bədən ağırlığımızın yalnız 3%-ini əmələ gətirməsinə baxmayaraq ürəyin nasosla vurduğu qanın 20%-ini, aldığımız oksigenin isə 25%-ni istifadə edən çox kompleks bir orqandır. Məşq əsnasında işləyən əzələlərə daha çox qan getməsi lazım olduğu üçün beynin aldığı qan miqdarının faizi düşsə də, ürəkdə böyük artımın nəticəsi olaraq əslində beyinə gedən qan yüzdə olaraq azalsa da miqdar olaraq artmaqdadır. Bu sayədə beyin hüceyrələrinə daha çox miqdarda çatan və antiapoptotik bir molekul olan inkişaf faktoru xüsusilə nevroloji xəstəliklərin meydana gəlməsinə səbəb olan neyron ölümünü azaltmaqda və hətta neyronların ədədlərini və böyüklüklərinin artmasını təmin etməkdədir. Bunun sayəsində isə nizamlı məşq edilərək bir çox nevroliji xəstəliyin qarşısını ala biləcəyimiz fikri bir çox araşdırmaçı tərəfindən dəstəklənir.
Məşq anlayış qabiliyyətimizi də inkişaf etdirir. Aparılan araşdırmalarda nizamlı olaraq fiziki fəaliyyətdə olan uşaqların şifahi və ədədi testlərdə inkişaf etdikləri qəti olaraq göstərilmişdir.
Nizamlı idman etmənin insan beyninə təsiri
 
Nizamlı idman etmək beyin quruluşunu da dəyişdirir. Funksional maqnetik rezonans göstərmə kimi irəli göstərmə texnikaları sayəsində nizamlı məşq edənlərdə ön tək korteksin fəaliyyətinin artdığı göstərilmişdir. Limbik sistemin bir parçası olan bu bölgə isə sensor və motor işləmə, duyğulama və anlayış ilə əlaqədar olaraq bir çox bölgə ilə sıx neyron əlaqəsi içindədir. Məşqin beyin quruluşunu dəyişdirdiyinə aid digər araşdırmalar isə məşqin ümumi beyin fəaliyyətini artırdığı istiqamətindədir.
Nizamlı idman kişilərdəki depressiya faktlarına təsirləri mövzulu məqalədə isə kişilərin siqaret və spirt istifadələri tədqiq edilmişdir. Araşdırma nəticələrinə görə, nizamlı olaraq məşq edən kəslərdə siqaret və spirt istifadəsi mənalı dərəcədə az olmuşdur. Hətta siqaret və spirtli içki asılığı olan kəslərin nizamlı məşq etməyə başladıqlarında bu cür maddələrdən istifadə miqdarlarında azalma da təsbit edilmişdir. Elm adamları bunu beyindəki asılılıq yaradan mərkəzin siqaret və spirt yerinə məşq asılılığı ilə xəbərdar edilməsi ilə şərh edir və siqaret çəkərkən beyindən ifraz olunan bəzi həzzverici maddələrin məşq əsnasında və sonrasında da azaldığını tapmışlar.
Nizamlı idman etmək başda ürək-damar, təzyiq, şəkər, tənəffüs xəstəlikləri kimi xəstəliklərin ortaya çıxarır, bu xəstəliklər xroniki səviyyədə meydana gəldiyində isə xəstəliklərin əzarət altında tutulması baxımından böyük əhəmiyyət daşıyır. Ayrıca, xroniki xəstəliklərin dərmanlarla müalicəsinə xərclənən maddi qaynaqlar məşq ilə azaldıla və beləcə, sağlamlıq xərclərini da əhəmiyyətli ölçüdə azalda bilərik.
Nizamlı idman etmənin insan beyninə təsiri
 
Nəticə olaraq yalnız idmanın beyin üzərinə təsirləri çərçivəsindən baxdığımızda belə öz hörmətimizi və həyatdan aldığımız zövqü artırmağı, xoşbəxtlik eşqimizi yüksəltməyi, insanlarla olan əlaqələrdə davranmağı və irəliləyən yaşlarda meydana gəlmə ehtimalı yüksələn nevroloji xəstəliklərdən uzaq olmaq istəyiriksə, nizamlı məşqin bu faktorlar üzərindəki təsirlərini nəzərdə saxlamaq vacibdir.
16 yanvar 2014
GO BACK