Qadin.NET / Hematofobiya

Hematofobiya

Hematofobiya

Hematofobiyaya (qan qorxusu) hər 100 insandan üçündə və ya dördündə rast gəlinir. Bu fobiya sahiblərində qan görərkən təzyiq və ürək döyüntüləri artır və sonra düşür.
Mütəxəssis John Sanford bu mövzuda bir sıra tədqiqatlar aparıb. Tədqiqatlara görə, huşunu itirmə vazovaqal reaksiyadır. Parasimpatik sinir sisteminin bir hissəsi olan vaqus siniri boyun, sinə və qarın boyu beyin sapından qıvrılaraq gedir. Bu sinir ürək döyüntüsünü normallaşdırmaq və mədədəki sekresiyanı asanlaşdırmaq kimi zəruri həzm funksiyalarına nəzarət etməyə imkan verir. Aclıq, su itkisi, qəfildən ayağa qalxma, uzun müddət ayaq üstə dayanmaq, çox gülmək, ani qorxu, kəskin öskürək, ağrı, qusma, qan və digər qıcıqlandırıcılara həddindən artıq reaksiya verərsə, fobiya vazovaqal reaksiyaya səbəb olur.
Hematofobiya
Sanfordun da ifadə etdiyi kimi, insanları fobiyalarından azad etmək üçün bəzi mütəxəssislər var. Fobiyası olanlar qan görəndə əzələlərini sıxmaqla vəziyyətdən çıxa bilərlər. Həkimlər onlara ilk olaraq bir ləkə, sonra qırmızı ləkə, daha sonra qan fotoşəkli göstərərək huşunu itirmədən yavaşca bu qorxudan azad olmalarını təmin edirlər. Eyni texnikadan digər fobiyaların müalicəsində də istifadə edilir. Bu müalicə zamanı yaranmış gərginlik qan qorxusu, ya da buna bənzər narahatlıqlardan qaynaqlanan təzyiqin düşməsinə də mane olur. Bu, fobiyanın müalicəsi üçün sürətli və təsirli üsuldur.
Hematofobiya
Hansı hallarda nevropatoloqa müraciət etmək lazımdır?
Aşağıdakı hallarda xəstələrin nevropatoloqa müraciət etməsi məsləhətdir:
• Təkrarlanan huşunu itirmələr;
• Huşunu itirmədən sonra ən az 5 dəqiqə davam edən fikir qarışıqlığının olması;
• Huşunu itirmə əsnasında bədənin bir tərəfində keyimə və ya güc itkisinin olması;
• Huşunu itirmə əsnasında şiddətli baş ağrısının olması;
• Huşunu itirmə ilə birlikdə sıxılma, cüt görmə, baş gicəllənməsi və görmə pozğunluğunun olması.
Hematofobiya
Hansı hallarda kardioloqa müraciət etmək lazımdır?
Aşağıdakı hallarda xəstələrin kardioloqa müraciət etmələri məsləhətdir:
• Təkrarlanan huşunu itirmələr;
• Huşunu itirmə əsnasında sinə ağrısı və ürək döyünməsi hissinin olması;
• Ürək xəstəliyi olanlarda huşunu itirmələr olarsa;
• Ürək xəstəliyi baxımından yüksək riskli (siqaret, yüksək təzyiq, diabet, yüksək xolesterol xəstəliyi olan) kəslər;
• Ailəsində ürək xəstəliyi və ani ölüm xəstəliyi olan kəslər.
14 fevral 2014
GO BACK