Qadin.NET / Bitki zülalı diabeti müalicə edir

Bitki zülalı diabeti müalicə edir

Bitki zülalı diabeti müalicə edir

Diabet  dünyada 347 milyondan çox insana təsir edən bir xəstəlikdir. Belə xəstələrin sayının getdikcə artması xəstəliyin müalicəsi üçün aparılan araşdırmaları da son dərəcə əhəmiyyətli bir hala gətirir. 1-ci və 2-ci tip diabet üçün xəstələr mütəmadi olaraq barmaqlarını deşərək qandakı qlükoza səviyyəsini öyrənmək və uyğun şəkildə insulin inyeksiyası etmək məcburiyyətindədir. Bu, yalnız xəstənin həyat keyfiyyətinə təsir etməklə qalmır, eyni zamanda dozanın insulinin təməl təsir orqanı olan qaraciyərə tam olaraq çatdığından əmin olmaq mümkün deyil. 

Bitki zülalı diabeti müalicə edir

Bu problemlərin həlli üçün Çinin Xiamen Universitetində çalışan mütəxəssislər lazımlı insulin miqdarını artıra bilmək üçün polimer nanogel quruluşunu inkişaf etdirib. Concanavlin A bir növ paxlaları ekstrakt edilən bir lektin proteinidir və nanogelin polimer şəbəkə sisteminin içinə yerləşdirilmişdir. Qlükozanın varlığı concanavlin A-nın məkan yönünü dəyişməsinə səbəb olur və bu da nanogelin həcmini dəyişdirir. Nanogel yüklənmiş insulin bu həcm dəyişməsi ilə sərbəst qalır. İş pankreasın fəaliyyətini təqlid edən və öz-özünə çalışan bir insulin paylama sisteminə yol aça bilir. 

Bitki zülalı diabeti müalicə edir

Kanadadakı McMaster Universitetində nanogel mütəxəssisi kimi çalışan Todd Hoare "mükəmməl aralıq insulin ötürülməsi möhkəm reaksiyasını" təqdirlə qarşılayır. Ancaq belə bir xəbərdarlıq da edir ki, nanogellərin klinik mühitə daşınmasını çətinləşdirəcək amillər də ola bilər.
Mütəxəssislər nanogellərin klinik mühitə daşınmasının böyük bir çətinlik olduğunu qeyd edirlər. Eyni zamanda onlar yeni araşdırmaların diabetin müalicəsi üçün atılan yeni addımlar olduğunu bildirirlər.

14 yanvar 2014
GO BACK