Qadin.NET / Körpələrdə soyuqdəymə

Körpələrdə soyuqdəymə

 

Körpələrdə soyuqdəymə
Körpələrdə rast gəlinən soyuqdəymələr körpənin burun və boğazındakı virus infeksiyalarından qaynaqlanır. Burun tutulması və burun axıntısı soyuqdəymənin əsas əlamətləridir.
Körpələr ümumiyyətlə digər uşaqlarla birlikdə zaman keçirirlər. Uşaqlar hər zaman əllərini yumadıqları üçün soyuqdəyməyə qarşı daha həssas olurlar. Bundan başqa, bir çox məşhur infeksiyalara qarşı immunitet sistemləri inkişaf mərhələsindədir. Həyatlarının ilk ilində körpələrin çoxu yeddi dəfəyə qədər soyuqdəyməyə tutularlar.
Soyuqdəymə zamanı körpələr üçün tətbiq olunan müalicələr, əlamətləri yüngülləşdirməyə istiqamətlidir. Bunun üçün bol maye qəbul etmələri və tənəffüs etdikləri havanın nəmli olması təmin edilməlidir. Çox kiçik körpələr ilk dəfə soyuqdəyməyə tutulanda həkimə göstərmək lazımdır. Çünki bu körpələrdə "krup xəstəliyi"nin və "sətəlcəm"in inkişaf riskini yüksəkdir.
Əlamətləri:
Körpələrdə soyuqdəymənin ilk əlamətləri adətən:
• Burunda tıxanma və axıntının olması;
• İlk əvvəl açıq rəngli, amma daha sonra daha tez-tez və sarı və ya yaşıl rəngə çevrilən burun axıntısı;
Digər əlamətlər isə bunlar ola bilər:
• Bədən istiliyinin 38 dərəcədən yüksək olması;
• Asqırma;
• Öskürək;
• Iştahda azalma;
• Əsəbilik;
• Uyğunlaşma çətinliyi;
• Əmizdirərkən problem yaşamaq.
Həkimə nə vaxt müraciət edilməlidir?
Körpənin immunitet sisteminin yetkinləşməsi üçün zamana ehtiyac vardır. Hər hansı bir fəsad yaşanmadan ortaya çıxan soyuqdəymə, 10 ilə 14 gün ərzində aradan qaldırılmalıdır.
Əgər körpənin yaşı 2 ilə 3 aydan daha kiçikdirsə, xəstəlik əlamətləri ortaya çıxar-çıxmaz həkimə aparılmalıdır. Çünki yeni doğulmuş körpələrdə soyuqdəymə sürətli bir şəkildə krup, sətəlcəm və ya başqa ciddi bir xəstəliyə çevrilə bilər. Bu ağırlaşmalar olmadan belə burun tutulması səbəbiylə körpə ana südü və ya əmzikdən qidalanma əsnasında problem yaşaya bilər. Kifayət qədər maye ala bilməyən körpədə susuzlaşma (su itkisi ) ortaya çıxa bilər.
Körpə böyüdükcə, nə vaxt həkimə görünməsi lazım olduğu və soyuqdəymə vəziyyətində evdə necə müdaxilə ediləcəyi haqqında həkiminizdən məlumat alın.
Körpələrdə soyuqdəymə
Körpələrdə yaşanan soyuqdəymə zamanı çoxunda yalnız narahatlıq vəziyyəti olur, ciddi deyildir. Ancaq yenə də ifadə edilənlərə ciddi yanaşılmalıdır.
Körpəniz 3 aylıq və ya daha böyükdürsə, aşağıdakı hallarda həkimə aparmaq lazımdır:
• Uşaq bezini hər zamanki kimi islatmırsa;
• Bədən istiliyi 38 dərəcədən yüksək oldusa;
• Qulaq ağrısı varmış kimi davranır ya da normaldan daha həssas görünürsə;
• Gözlərdə qızartı ya da sarı və ya yaşımtıl axıntı əmələ gəlmişsə;
• Tənəffüs çətinliyi çəkirsə;
• İnadçı öskürək varsa;
• Bir neçə gün ərzində davam edən sıx və yaşılımtıl burun axıntısı mövcuddursa və narahatlığa səbəb olan digər əlamətlər olarsa həkimə göstərilməlidir;
Aşağıdakı hallarda isə körpənin dərhal tibbi yardım alması lazımdır:
• Əmizdirmə və digər yollarla maye alışını rədd edirsə;
• Qusma və ya dəri rəngində dəyişikliyə səbəb ola biləcək şiddətdə öskürək;
• Qanlı bəlğəmli öksürək;
• Nəfəs almada çətinlik, dodaq və ağız ətrafının göy rəngə çalan rəng alması zamanı.
Səbəbləri nələrdir?
Yuxarı tənəffüs yollarında infeksiya əmələ gətirərək soyuqdəyməyə səbəb olan 100-dən çox virus növü vardır. "Rinovirüs" və "Coronavirus"lar məşhur və son dərəcə yoluxucu olan növləridir.
Körpəniz bir virusa tutulduğu zaman immunitet sistemi o virusa qarşı müqavimətli hala gəlir. Ancaq soyuqdəyməyə səbəb olan bir çox virus növü olduğundan körpəniz bir il ərzində bir neçə dəfə soyuqdəyməyə tutula bilər. Bədən hər tutulduğu virusa qarşı immunitet qazanır və eyni virusdan yoluxma ehtimalı azalar. Bunlarla yanaşı qalıcı immunitet təmin edən virus növləri də vardır.
Soyuqdəymə virusları ağız ya da burun yoluyla körpənin bədəninə daxil olarlar.
Körpəniz müxtəlif yollarla viruslara məruz qala bilər:
• Hava: öskürən, asqıran ya danışan bir xəstənin olduğu mühitdə olan körpəyə hava yolu ilə viruslar yoluxa bilər;
• Birbaşa əlaqə: soyuqdəymə viruslarının sıxlıqla yayıldığı yollardan biri də, xəstə birinin əliylə burun ya da ağzına toxunduqdan sonra körpənin əlinə toxunmasıdır. Körpənin daha sonra əliylə öz ağız və ya burnuna toxunması yoluxmuş olmasına səbəb olar;
• Çirklənmiş səthlər: bəzi viruslar xarici səthlərdə iki saat və ya daha uzun müddət yaşaya bilər. Bu səbəbdən körpənin çirkli bir oyuncaq ya da başqa cismə toxunması virusa tutulmasına səbəb ola bilər.
Risk faktorları:
Bir neçə faktor körpələrdə soyuqdəymə riskini artırar. Bunlar:
• Yetkinləşməmiş immunitet sistemi: Körpələrdəki immunitet sistemi viruslarla yeni qarşılaşdığı üçün mütləq təsirlənəcək. Bu səbəblə soyuqdəymə riskləri çoxdur.
• Digər uşaqlarla təmas: Körpələr digər uşaqlarla çox zaman keçirirlər. Uşaqların əl yuma, asqırma və öskürmə mövzusunda diqqətli olmadıqlarınəzərə alınarsa, virusa yoluxma riskləri yüksəkdir. Evdə məktəb çağındakı bacı-qardaşlarının olması riski daha da artırar.
• Mövsüm: Uşaq və böyüklər payız və qış aylarında soyuqdəyməyə daha həssasdır. Uşaqlar vaxtlarının çoxunu məktəbdə keçirər və bir çox adam ilə təmas halındadırlar. Bundan başqa daxili məkanlarda mikrobların yayılması daha asandır.
Ağırlaşmaları:
• Kəskin qulaq iltihabı (otitis media): Soyuqdəymənin ən çox görünən fəsadlarından biri qulaq infeksiyasıdır. Bakteriya və ya virusların qulaq pərdəsinin arxasındakı boşluqdan sızması qulaq infeksiyalarına yol aça bilər.
• Xırıltılı tənəffüs: Uşaqda astma olmazsa belə soyuqdəymə xırıltılı tənəffüsü gücləndirər. Astma olması vəziyyətində şikayətlər daha çox olur.
• Sinüsit: keçməyən soyuqdəymə, sinuslarüçün də ikinci infeksiyaya səbəb ola bilər ( sinüzit ).
• Digər ikinci infeksiyalar: Streptokok farengit, sətəlcəm, bronxit və krup infeksiyaları da görünə bilər. Bu infeksiyaların da bir həkim tərəfindən qiymətləndirilməsi və lazımlı müalicəyə başlanması lazımdır.
Müalicəsi və dərmanlar:
Təəssüf ki, soyuqdəymə üçün təsirli bir müalicə yoxdur. Antibiotiklər soyuqdəymənin viruslarına qarşı təsirli deyil. Körpənin burnundakı mayeni təmizləyərək və tənəffüs etdiyi havanı nəmli tutaraq rahatlama təmin edə bilərsiniz. Körpə 3 aylıqdan daha kiçikdirsə həkimə göstərilməsi lazımdır .
• Körpələrdə reseptsiz dərman istifadəsindən qaçınılmalıdır. Yüksək atəş körpəni çox narahat edirsə, atəş salıcı dərmanlar təlimatlarına uyğun olaraq verilə bilər. Öskürək və soyuqdəymə dərmanları isə körpə və kiçik uşaqlar üçün təhlükəsiz deyil .
• Asetaminofen kimi ağrı kəsicilər atəş ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün kömək edə bilər .
• Körpəniz 6 aylıqdan böyük olduğu müddətcə ibuprofen faktor maddəli dərmanlar istifadə edilə bilər.
• Körpə davamlı olaraq susuzdursa və ya qusursa bu dərmanları verməyin.
• Aspirinin 2 yaşından böyük uşaqlarda istifadəsi təsdiqlənmiş olmasına baxmayaraq, su çiçəyi və ya qrip kimi şikayətlərdən xilas olmaq üçün qəbul edilməməlidir. Bunun səbəbi isə, aspirinin uşaqlarda Reye sindromu adında nadir görülən, lakin potensial olaraq həyatı təhlükə yaradan bir vəziyyət yarada bilməsidir. Bir çox viral xəstəlik ilk başlarda bir-birinə bənzədiyindən, uşaqlarda aspirin istifadə qarşısını almaq ən yaxşısıdır.
• Öskürək və soyuqdəymə dərmanlarının 2 yaşından kiçik uşaqlara verilməməsi məsləhət edilir. Çünki reseptsiz satılan bu dərmanlar öskürək və soyuqdəymənin altında yatan səbəbə istiqamətli bir təsiri yoxdur. Bununla yanaşı, bu dərmanların ürək sürəti və sıxılmaları üzərində də potensial yan təsirləri var.
Evdə nə edilməlidir:
Körpələrdə görülən çox soyuqdəymə narahatlıqlarını evdə tətbiq üsullarla müalicə edə bilərsiniz. Aşağıda göstərilən məsləhətlər faydalı olacaq :
Körpələrdə soyuqdəymə
• Bol maye içməsini təmin edin. Alınan mayelər susuzlaşmanın qarşısını almaq üçün vacibdir. Körpənin yaşına görə normal miqdarda maye içməsi kifayətdir. Artıq maye lazım deyil. Əgər körpənizi ana südüylə bəsləyirsinizsə davam edin. Çünki ana südü soyuq dəyməyə səbəb olan mikroorqanizmlərə qarşı əlavə qoruma təmin edər.
• Burun axıntısının azaltmasını təmin edin. Həkiminiz bunun üçün burun damlaları təklif edə bilər. Əczaxanalarda mövcuddur.
• Körpənin burnunu açıq saxlamağa çalışın. Bunun üçün xüsusi plastik aparatlar istifadə edə bilərsiniz.
• Havanı nəmləndirin. Körpənin otağında nəmləndirici bir cihaz saxlaya bilərsiniz. Burun axıntısı və burun tıxanıqlığı əlamətlərini yaxşılaşdırmağa kömək olacaq.
Nə edə bilərəm:
Soyuqdəyməyə səbəb olan viruslar ümumiyyətlə öskürərkən və ya havaya doğru asqırarkən yayılar. Ən yaxşı müdafiə etmə, havaya öksürməmək və asqırmamaq, sabun və bol su istifadə etməkdir.
• Xüsusilə xəstəliyin ilk bir neçə günü körpəni xəstə şəxslərdən uzaq saxlayın. Körpəniz yeni doğulmuşsa xəstə olan kəslərin ziyarət etməsinə icazə verməyin. Mümkünsə, yeni doğulmuş körpənizlə çox insan olan məkanlara getməyin.
• Körpəni qidalandırmadan əvvəl əllərinizi yuyun. Sabun və su olmadıqda, mikrob öldürücü spirtli yaş dəsmallar və ya gel istifadə edilə bilər.
• Körpənizin oyuncaqlarını və əmziklərini tez-tez təmizləyin.
• Evdəkilərə öskürərkən və ya asqırarkən bir dəsmaldan istifadə etməsini söyləyin. 
10 yanvar 2014
GO BACK