Edilən bir araşdırma, badamın zəifləməyə olan təsirini elmi olaraq sübut etdi.
Pəhrizdə olanları iki qrupa ayıran araşdırmaçılar, 10 həftə boyunca ilk qrupa aşağı kalorili pəhriz və günorta müəyyən miqdarda badam verirdi. Badam verilən qrupun çəkisində 18% azalma görülərkən, badam yeməyən digər qrupun çəkisindəki eniş 11% oldu. Bundan başqa ilk qrupun bel ətrafında qeyd edilən 11% azalma, digər qrupda 9% oldu.
Badam xərçəngdən qoruyur
Badam pəhriz reseptlərinə əlavə edilir. Uzun illərdir yağlı toxumlar dediyimiz bir qida qrupu olan qoz, badam, fındıq, günəbaxan tumu, fısdıq kimi qidaların tərkibindəki keyfiyyətli yağ turşuları sayəsində ürək-damar xəstəliklərinə qarşı qoruyucu olduqları bilinir. Ancaq bu yeməklər yağlı olduqları, kalori dəyərləri də yüksək olduğu üçün çəki artırmaq narahatlığı ilə xəstələrə çox da məsləhət görülmürdü. İndi isə müəyyən bir sayda da olsa verilə bilinir.
Tərkibi
Badamda sink, dəmir, kalsium, kalium, E vitamini kimi minerallar və vitaminlər vardır. Bundan başqa tərkibindəki "amigdal" maddəsi xərçəngdən qoruyur. Bununla birlikdə Ko-ferment Q10 və Omeqa-3 səviyyəsi çox yüksək olduğu üçün tövsiyə edilir. Bu ferment və yağ turşusu ürək-damar xəstəliklərindən qoruyur və yaşlanmağı gecikdirir. Badamı nizamlı olaraq istifadə etmək, pis xolesterolu yüzdə 6-15% aşağı salır.
Badam keyfiyyətli zülal tərkibinə malikdir və sağlam yağlarla da zəngin olması sayəsində tox tutan qidalardandır. Lif nisbəti yüksək olduğu üçün bağırsaq hərəkətlərini artırır. Asanlıqla hər yerə daşınıb istifadə edilə bilir.
- Çiy və duzsuz olanı hər zaman ilk seçiminiz olsun.
- Mümkünsə qabıqlı və qabığı asan qırılandan alın.
- Bir dəfədə 15 dənədən çox yeməyin. İş yerinizdə və çantanızda 15 dənəli kiçik paketlər şəklində də saxlaya bilərsiniz.
- Günorta vaxtları xüsusilə seçim edin. Az yağlı süd və ayranla birlikdə mükəmməl bir ikili meydana gətirir.
- Meyvələri badamla birlikdə yediyinizdə glisemik indeksi salmış olarsınız, bu da daha çox tox qalmanızı təmin edər.
- Yeməyə bir şey tapa bilmədiyinizdə 50 dənə badamı bir pay olaraq da istifadə edə bilərsiniz.