Xəstəliyin adında iştirak edən nefronlar böyrəklərin ən kiçik struktur vahididir. Nefron - hər bir böyrəkdə 1-3 milyon arasında dəyişən və sidiyi əmələ gətirən vahidlərdir. Sindrom sözü isə bir orqanda nizamlı olaraq görülən xəstəlik əlamətləri mənasını verir. Nefrotik sindrom isə böyrəkdəki nefronların müəyyən bir səbəblə təxrib olması nəticəsində yaranan xəstəlik əlamətləri deməkdir. Müasir günümüzdə də nefrotik sindromlu xəstə sayı az hesab ediləcək qədər deyil.
Ailələrin dincliyini qaçıran və diqqət edilmədikdə müalicənin uzana biləcəyi bir xəstəlikdir. Uşaqlarda ümumiyyətlə 3-4 yaşlarında ortaya çıxa bilər. Yetkinlərdə də əmələ gələ bilər. Yazımızda nefrotik sindrom xəstəliyi ilə genişmiqyaslı bir araşdırmanı təqdim edirik.
Xəstəliyin əlamətləri nələrdir?
Qan zülalı olan albüminin sidikdə aşkar edilməsi və bununla əlaqədarı olaraq qandakı zülalın miqdarındakı azalma ən əhəmiyyətli göstəricidir. Normada albümin nefronlardan süzülmədən qana keçməlidir. Bunu sidik analizi ilə asanca aydın etmək olar. Qan analizində qan albüminin normal səviyyəsindən az olması ilə də başa düşülə bilər. Xəstənin xarici görünüşündə isə ilk simptom kimi göz qapaqlarında başlayaraq şişkinlik əmələ gəlir. Şişkinlik başlanğıcda az olur, gedərək artır, xüsusilə ağırlaşdığı zamanlar səhərlər göz ətrafında daha çox diqqətə çarpır. Sonra üz, əl və qarında görünməyə başlayar. İltihablı nahiyələr şişkin, dəri gərgin, parlaq və ağa yaxın rəngdədir. Konsistensiyası yumşaqdır, barmaqla basılanda çuxur kimi iz qalar. Bəzən isə xəstə yorğun, iştahsız ola bilər, ishal halları ola bilər. Bunlardan əlavə, xəstədə xolesterol, anemiya və sidikdə ən az 3-4 qr. qədər zülal aşkar edilməsi də simptomlar arasındadır.
Səbəblər
Səbəbləri haqqında tam məlumat yoxdur. Əldə olunan məlumatlar ehtimallar üzərində qurulub. Səbəb ola biləcək faktorlar var. Xəstəlik adətən yüksək təzyiqə və ya böyrək çatışmazlığına bağlı olur. Diabet yetkinlərdə nefrotik sindromun ən diqqətəçarpan səbəbidir. Böyrək venalarının laxtayla tıxanması nəticəsində damar təzyiqinin artması da sidiklə çox miqdarda zülal atılmasına səbəb ola bilər.
Nefrotik sindromun digər nadir səbəbləri lupus (immun sistemi xəstəliyi), kəskin nefrit, mieloma, HİV və dərmanların əks təsirləri ola bilər.
Müalicəsi
Nefrotik sindrom ciddi nəzarət tələb edən bir xəstəlikdir. Səbir və zaman istəyən bir narahatlıqdır. 5-10 gündəlik antibiotik müalicəsi ilə əlaqəsi yoxdur. Nefrotik sindromun müalicəsi əslində şikayətlərin azaldılması və aradan qaldırılmasına istiqamətlidir. Müalicənin effektivliyini təsdiqləyən ən əhəmiyyətli nəticə sidikdə zülal atımının (proteinuriya) ortadan qaldırılmasıdır. Nefronlardaki problem olduğu üçün müxtəlif dərmanlarla müalicə variantları vardır. Amma yenə də xəstənin vəziyyətinə görə müalicəyə sürətli cavab verilsə, proses az sürə bilər. Müalicədə əsasən kortizon dərmanları verilir. Bu dərmanların effektiv olmadığı təqdirdə damardan dərman yeridilməsi və ya həkimin tövsiyəsinə görə fərqli dərmanlar da verilə bilər. Hansı dərmanın istifadə olunacağını həkim təyin edir. Xəstəlik kəskinləşərsə, böyrək biopsiyasına ehtiyac duyula bilər.
Nefrotik sindrom xəstələrinin qidalanması
Nefrotik sindrom xəstələrinin qidalanmasına ayrıca diqqət göstərilməlidir. Nefrotik sindrom xəstələrinə xəstəlik müddəti ərzində duzsuz qidalar verilməlidir. Buna əməl olunmaması xəstəliyin gedişini çətinləşdirər. Çörək daxil olmaqla hər cür qidanın tam duzsuz olmasına diqqət yetirilməlidir. Buna görə də yeməklərə ləzzət qatan ədviyyatların istifadəsi xəstənin yaxşı qidalanmasını təmin edə bilər. Bu ədviyyatlardan bəziləri limon, sarımsaq, kəklikotu, zəncəfil ola bilər.
Bunlardan başqa, bu prinsiplərə diqqət yetirilməsi tövsiyə edilir:
Zülal itkisinə bağlı olaraq xəstənin istifadə edəcəyi zülal miqdarı artırıla bilər. Qaynaq olaraq yumurta, toyuq, balıq kimi heyvan mənşəli qidalar seçilməlidir.
Xəstənin kafi vitamin və mineral almasına diqqət edilir. Kalsium qəbuluna dəstək verilməlidir.