"İşias - kimdən yan keçib?" adlı xəbərdə ağrıları yüngülləşdirmək və hətta müalicə etmək üçün bəzi idman hərəkətləri ilə sizi tanış edəcəyimə söz vermişdim. Bu hərəkətləri ara vermədən yerinə yetirsəniz, ağrılarınızdan qurtulacaqsınız inşaAllah. Hərəkətlər çox yumşaq yerdə yerinə yetirilməsə daha yaxşıdır.
2. Üzü üstə uzanaraq əllərinizi arxada birləşdirin. Başınızı bacardığınız qədər qaldırın, bu vəziyyətdə 5 saniyə gözləyib yavaşca uzanın.
3. Arxası üstə uzanaraq, kəndir şəklində qatlanmış mələfəni ayağınızın altına keçirərək yuxarıya dartın. O biri ayağınızı yerdən ayırmayın. Bu zaman ayağın arxa əzələsinin gərilməsini hiss etməlisiniz.
4. Arxası üstə uzanaraq ayaqlarınızı dizdən qatlayın. Əllərinizi bel çuxuruna qoyun. Belinizi əllərinizə sıxmağa çalışın. Bu vəziyyətdə 5 saniyə gözləyib yavaşca uzanın.
5. Arxası üstə uzanaraq ayaqlarınızı dizdən qatlayın. Budlarınızı yerdən mümkün olduğu qədər qaldırmağa çalışın. Bu vəziyyətdə 5 saniyə gözləyib yavaşca uzanın.
6. Arxası üstə uzanın. Ayaqlarınızı diz altından əllərinizlə qucaqlayaraq qarnınıza sıxın. Bu vəziyyətdə 30 saniyə gözləyib yavaşca uzanın.
7. Arxası üstə uzanın. Bir ayağnızı diz altında tutaraq özünüzə sıxın. O biri ayaq düz qalmalıdır və ön əzələnin gərildiyini hiss etməlisiniz. Bu vəziyyətdə 30 saniyə gözləyib yavaşca uzanın.
Bu hərəkətlərin hər birini 10 dəfə təkrarlayaraq, gündə ən azı 2 dəfə yerinə yetirin.
Diqqət! İdman edərkən 10 dəqiqədən artıq çəkən ağrı olarsa mütləq həkimə müraciət edin!
İşias ağrılarını artıran səbəblər
Bəzi duruş formaları işias ağrılarını artırır. Məsələn: iki ayaq üstə uzun müddət duranda xəstə tərəfdə ağrı olur. Bunun qarşısını almaq üçün ayaq üstə durarkən xəstə tərəfdəki ayağın altına kiçik taburet qoyulmalıdır. Bununla siniri bir az sərbəstləşdirə bilərik.
Yatış forması da ağrıya səbəb olur. İşias xəstələri arxası üstə yatmamalı, yanı üstə yatmalıdırlar. Ayaqlar dizdən bükülmüş vəziyyətdə olmalıdır. Dizlərin arasına yastıq qoymaq da məsləhətdir. Bu şəkildəki yastıqdan əldə edə bilsəniz, lap əla olar
Doğru oturuşa da diqqət edilməlidir. Ayaq altına kiçik taburet qoyulmalıdır. Ortopedik oturacaqlardan istifadə edilərsə, daha rahat olar. Bel çuxuru hissəsinə yastıq qoymaq məsləhətdir.
Ev işləri görərkən ehtiyatla davranmaq lazımdır. Məslən, döşəməni əllə silərkən mütləq çömbəlmək lazımdır. Buna yerə əyilməyimiz lazım olan hər vaxt əməl etmək vacibdir.
Ayaqqabıların seçimində diqqətli olmaq lazımdır. Uzun müddət ayaq üstə keçirəcəksinizsə, ayaqqabınızın dabanı nə çox yastı, nə çox hündür olmalıdır. 5-6 sm-lik daban hündürlüyü olan ayaqqabı tam uyğundur.
Ağırlıq götürməməyə çalışın. Ağırlığı simmetrik olaraq hər iki əlinizdə götürməyə çalışın. Yerdən ağırlıq götürmək lazımdırsa, mütləq çömbələrək götürün və ağırlığı öz üzərinizə çəkməyə çalışın, sinə əzələlərini işlədin, önə əyilməyin.
Adi görünən gündəlik hərəkətlərə də diqqətli olmaq lazımdır. Məsələn, zivədən paltar asarkən və ya hündürdən, irəlidən nə isə götürərkən və ya qoyarkən, çarpayının üzərini düzəldərkən - əlimizin çatdığı məsafədən artıq irəliyə dartınmamağa çalışın.
Kökəlmək başqa xəstəliklərə şərait yaratdığı kimi, onurğa sütununa da artıq yük olaraq onu zədələyir.
Bunlardan əlavə, hərəkətsiz qalmayın, "Evdə uşaqların arxasından o qədər qaçıram ki, mənim üçün elə idmandır" deməyin. Gün ərzində oturub dincəlmək imkanınız olmasa belə, bu yetərli deyil, çünki bütün əzələ qruplarını işlətmək lazımdır. Bunun üçün gündə 5 dəqiqənizi ayırıb yüngül idman hərəkətləri edin. Çalışın ki, bütün əzələləriniz işləsin. Gündəlik qısamüddətli məşqlərlə, sağlam orqanızm əldə edə bilərsiniz.