Bütün işi kompüterlə bağlı olan insanlarda ən çox gözlər gərginlik altında qalır. Məlumdur ki, gözlər gərginlik altında olduqda düşünmə və fikirləşmə qabiliyyəti fiziki və mənəvi cəhəddən 90% aşağı düşür. Bu, tədricən sinir sisteminin vaxtından əvvəl dağılmasına səbəb olur.
Yapon alimləri müxtəlif qoxuların kompüterlə işləyən insanların iş qabiliyyətinə necə təsir etdiyini araşdırıb. Bunun üçün onlar ofis otaqlarına müxtəlif ətirli aromatizatorların vurulmasını təklif edib. Bu da öz müsbət təsirini göstərməyə başlayıb. Yorğunluq hissi aradan qalxıb, iş qabiliyyəti yüksəlib və hətta şirkətin gəlirlərinin artmasına səbəb olub. Təcrübə göstərib ki, limon və evkalipt ətirləri iş qabiliyyətinin yüksəlməsinə səbəb olur, gərginlik zamanı əmələ gələn yuxu hissini aradan götürür.
Bu testlə yanaşı, onlar kompüter stollarının yaxınlığına lavanda aromatizatorları səpmişlər və bu zaman operatorların 20%-i daha az səhv etdiklərinin şahidi olmuşlar. Yasəmən ətri səpilən zaman səhvlərin sayı hətta 30% azalmışdır.
Ən çox təsirə malik olan isə limon ətri olub. O, yorgunluğu aradan götürüb, diqqəti itiləşdirib və daha yüksək səviyyəli işin getməsini təmin edib.
Limonun faydaları haqqında çox eşitmişik. Onun təzyiqi tənzimlənməsi, immuniteti gücləndirməsi, qan damarlarının elastikliyinin artırması, artıq çəkinin aradan qaldırması, həşərat sacmalarınndaki sakitləşdirici təsiri, mədənin turşu balansının tənzimlənməsi, boğaz ağrısı və diş dibi ətinin xəstəliyinə, ağız boşluğunda olan səpkilərin müalicəsinə təsiri, ağızdan gələn pis qoxunu yox etməsi, başağrısı və qıcqırmanı aradan qadırması, idmançıların əzələ ağrılarınin aradan qadırılması və s. kimi faydalarını sadalamaqla bitirmək olmur. Onun unikal tərkibi və əvəzsiz dadından həmişə istifadə edək və xəstəliklərdən özümüzü sığortalayaq.