Qadin.NET / İşias - kimdən yan keçib?

İşias - kimdən yan keçib?

İşias - kimdən yan keçib?
Əvvəlcə gəlin bir-birinə çox yaxın bilinən üç terminin mənasını dəqiqləşdirək: lümbaqo, radilkulit  və işias. Bu terminlər təxmini eyni vəziyyəti təsvir edir - bel ağrısını. Lakin bu adlar müxtəlif mənşəli tamamilə ayrı patologiyaların adlarıdır.

Lümbaqo - bel nahiyəsindəkı hər hansı ağrıdır. Bu ağrıların mənşəyi müxtəlif ola bilər - bel əzələlərinin gərginliyi, onurğa sümüklərinin yerdəyişməsi və ya zədələnməsi və ya onurğa arası disk yırtığı.

Radikulit - məlum səbəbli lümbaqodur. Bu zaman ağrı sinir köklərindəki (latınca - "radix") sıxılma nəticəsində yaranır. Çox vaxt bu sıxılmaya onurğaarası disk yırtıqlarının elementləri və ya onurğaarası disk çıxıntılarının sümükləşmiş hissələri səbəb olur. 

İşias - daha dəqiq səbəbi olan lümbaqodur. İşias - oturaq sinir köklərinin əzilməsi ilə yaranan radikulitdir.

Oturaq siniri (lat. N. ischiadicus) omba kələfinin ən böyük şaxəsidir və orqanızmdə ən uzun sinirdir.

 

 

İşiasın səbəbləri

İşias - oturaq sinirinin zədələnməsindən, sıxılmasından və ya gərilməsindən qaynaqlanar. Ümumiyyətlə, işiasın başlanğıcıyla əlaqədar müəyyən bir konkret yaralanma yoxdur. Bəzən ağır bir şey qaldırdıqdan ya da sürətli hərəkət etdikdən sonra birdən başlayar. İşiasın səbəbi aşağıdakılardan biri ola bilər:

- Onurğa yırtığı (bəzən disk sürüşməsi olaraq adlandırılır) işiasın ən məşhur səbəbidir. Disklər onurğa sümükləri arasındakı yastıqlardır. Hərəkət edəndə, əyliəndə və bir şey qaldıranda "zərbə əmici" funksiyasını daşıyırlar. Xaricdən ətrafında sərt bir halqa və içində sıx jeleyə bənzər bir mərkəz vardır ("Nucleus pulposus" ). Əgər diskin xarici kənarı cırılsa, mərkəz çölə sürüşərək oturaq sinirinə təzyiq edər və ağrıya səbəb olar (Sindrom olaraq "yırtıqlaşan nucleus pulposus" olaraq adlandırılır).

 

 

- Yaşlandıqca sümüklər çox böyüyərək siyatik sinirinə təzyiq etməyə başlaya bilər. Spinal stenoz xəstəsi olan bir çox insanda ikitərəfli işias vardır.

- Spondilolistez - onurğa sümüklərindən birinin digər onurğa sümüyü üzərindən önə sürüşdüyü və oturaq sinirinə təzyiq etdiyi bir vəziyyətdir.

- Piriformis sindromu - oturaq sinirinin piriformis əzələsi tərəfindən ombanın içində dərində sıxışmasına gətirib çıxarması vəziyyətidir. Simptomlar işiasdakı ilə eynidir.

- İşias osteoartritosteoporoza bağlı olan qırıqlar kimi digər yaşlanma səbəblərinə də bağlı ola bilər.

- Bir çox qadın hamiləlik zamanı işias ağrısı yaşayar.

- İşias nadir olaraq şiş, qan laxtası və ya abses kimi daha ciddi bir problemin əlaməti ola bilər.

Simptomlar

İşias zamanı bel, omba və ayaq ağrılarından şikayət edilir. Xəstəliyin ilk simptomları 20 yaşa yaxın dövrdə görünsə də, əsasən 30-50 yaşlı insanlarda daha sıx rast gəlinir. İşias termini ayaqdakı ağrı, keyləşmə, gücsüzlük və s. kimi nevroloji simptomları təsvir etmək üçün işlədilir. Ağrı adətən beldən başlayaraq ombadan keçib ayaqda oturaq siniri boyu davam edir. 

Ağrı ümumiyyətlə həm uzun müddət oturma, həm də ayaqda dayanmaqla pisləşir. Ağrı daha çox, bir alçaq oturuş mövqeyindən ayağa qalxarkən (məsələn, unitaza oturduqdan sonra ayağa qalxmaq kimi) pisləşir.

Çox insanda ağrı, asqırma, öskürək, gülmə ya da sərt bir bağırsaq hərəkətiylə pisləşir. Bu da sinirdə sıxılmanın olmasının göstəricisidir. Geriyə doğru əyilmək də ağrını pisləşdirə bilər.

Ağrıyla birlikdə ayaqda zəiflik hiss edilə bilər. Zəiflik bəzən elə ağır formaya gələ bilər ki, ayağın hərəkətsizliyinə səbəb olar.

İşias - kimdən yan keçib?

Həkimə nə vaxt gedilməlidir?

- Ağrı bir neçə günə qədər yaxşılaşmazsa, ya daha da pisləşərsə;

- Xəstə 20 yaşdan kiçik və ya 55 yaşdan böyükdürsə və ilk dəfə oturaq sinirinin ağrısını çəkirsə;

- Xəstə xərçəngdirsə, ya da bir xərçəng xəstəliyi keçmişi varsa;

- Yaxın zamanda çox miqdarda çəki itirmişsə; 

- Bel ağrısıyla birlikdə açıqlana bilməyən titrəmə və qızdırma varsa;

- HIV müsbətdirsə, ya da damar yoluyla dərmanlar qəbul edilirsə;

- Bir-iki həftədən daha çox müddət keçdikdən sonra önə əyilərkən problem yaşamağa davam edilirsə;

- Zamanla zəifliyin daha diqqətə çarpan hala gəldiyi fərq edilirsə.

İşias ağrısıyla birlikdə aşağıdakılardan hər hansı biri ortaya çıxarsa dərhal bir xəstəxananın təcili xidmətinə gedilməlidir:

1. Evdə baxım üsulları sınanmış olmasına baxmayaraq, dayanmayan dözülməz bir ağrı olduqda;

2. Ağrı, hündürlükdən yıxılma, ya da yol qəzası kimi şiddətli bir yaralanmadan sonra meydana gəlsə;

3. Ağrı sinənin arxasındadırsa;

4. Hərəkət edə bilmirsə və ya hissiyat itmişsə;

5. Bağırsaq və ya sidik ifrazı idarəsi itirilsə, ya da genital bölgədə hissizlik varsa. Bunlar kauda ekuina sindromunun (onurğa iliyi kanalının sonunda yaranan zədədən qaynaqlanan ciddi bir sinir sistemi narahatlığı) əlamətləri ola bilər;

6. Temperatur yüksək olarsa (38 dərəcədən yüksək).

İşias - kimdən yan keçib?

Diaqnoz

İşias klinik diaqnoz tələb edir. Həkim diaqnozu tibbi keçmişə, fiziki müayinəyə və anamnezə görə qoya bilər. Sadəcə, qısa bir müddət işias ağrısı oldusa və başqa bir xəstəlik şübhəsi yoxdursa, heç bir laborator analizlərinə, ya da rentgenə ehtiyac olmaz.

Ağrı bir neçə həftə boyu davam etsə, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiya) kimi xüsusi müayinələr tətbiq oluna bilər.

Əgər xərçəng, HIV infeksiyası, damar yoluyla dərman istifadəsi varsa, ya da bir müddətdir steroidler istifadə edilirsə, belin sadə bir rentgen filmini ya da bir sümük müayinəsinin nəticəsini istəyə bilər.

Bəzən laboratoriya işləri faydalı ola bilər. Qanın tam analizi, infeksiya, bəzi xərçənglərdən qaynaqlanan anemiya, ya da işias ağrısının digər qeyri-adi səbəblərini göstərə bilər.

 Müalicə

Evdə müalicə

İşias ağrısı tez-tez fəaliyyətləri məhdudlaşdırır. Aşağıda siyatik üçün bəzi ev müalicələri sıralanmışdır:

- Xəstə əyilməməli, ya da yumşaq və alçaq bir kürsüyə oturmamalıdır; ağrı daha da pisləşə bilər.

- Xəstənin allergiyası olmadığı, ya da istifadə etməsi üçün başqa maneələr olmadığı halda aspirin, ya da ibuprofen kimi reseptsiz ağrıkəsicilər ağrının yüngülləşməsinə köməkçi olar.

- Ağrı üçün faydasının olub-olmadığını görmək üçün buz torbası tətbiq oluna bilər. Buz torbası yoxdursa, böyük dondurulmuş tərəvəz paketlərindən istifadə edilə bilər. Ağrılı bölgələrə buz torbasından istifadə edərək masaj etdirilə bilər. Masajı edən insan dəri çox soyuyanda buzu hərəkət etdirməlidir.

- Eləcə də ağrıya faydası olub-olmayacağını görmək üçün bir istiqac istifadə edərək istilik tətbiq oluna bilər. Bəzi fizioterapiya mütəxəssisləri nəmli istinin daha dərinə nüfuz edərək ağrını daha yaxşı yüngülləşdirdiyinə inanırlar.

- Dizlərin altında bir yastıqla sərt bir səthə uzanaraq ağrını yüngülləşdirmək olar. Başqa bir variant da yan üstə və beli düz tutmaq üçün qıçlar arasına bir yastıq qoymaqdır.

- Xəstə özünü yormamalı, iki gündən daha uzun müddət yataqda yatmamalıdır, çünki bunun vəziyyəti daha da pisləşdirdiyi görülmüşdür. İmkan daxilində öhdəsindən gələ biləcəyi işlər görməli və bir gecədə yaxşılaşmaq kimi ümidi olmamalıdır.

Dərmanlar

Adətən iltihab əleyhinə və ağrıkəsici dərmanlar təyin edilir. 

İşias - kimdən yan keçib?

Əməliyyat

Verilən bütün təlimatların yerinə yetirilməsinə baxmayaraq ağrı davam edirsə, KT ya da MRT cavabları diskdə və ya sümükdə bir problemə işarə edirsə, əməliyyata ehtiyac ola bilər. Digər bütün müalicə üsulları sınanmadan bu tətbiq olunmamalıdır və son çarə olaraq əməliyyata qərar verilmədən əvvəl ən az iki ayrı həkimin konsultasiyası lazımdır.

Digər müalicələr

İşias üçün tez-tez fizioterapiya müalicəsi təyin edilir. Bura ultrasəs dalğaları ilə əzələ spazmını qaldıran, zəifləmiş əzələləri gücləndirən müxtəlif aparatlarla müalicələr də daxildir.

Bəzi həkimlər tam yataq istirahəti təklif edir (yalnız ayaqyoluna getmək üçün yataqdan qalxmaq olar). Bəziləri isə yerdə yatmağı, ya da yatağın altına taxta qoymağı təklif edir. Bəziləri istinin, digərləri isə soyuğun istifadə edilməsini söyləyərlər. 

Mövcud araşdırmalar xəstələrin ağrının qoyduğu sərhədlər daxilində hərəkətli olmasını tövsiyə edir. İnsan özünü təkrar zədələməkdən qoruna bilirsə, iş həyatında qalmağa çalışmalıdır. Ağrı xəstəni istirahət etməyə məcbur edirsə, istirahət edilə bilər, amma sırf beli ağrıdığı üçün yataqda qalmaqdan qaçmalıdır.

Əgər bir həftə, ya da 10 gün sonra yaxşılaşma yoxdursa, həkimlə alternativ müalicələr haqqında danışılar. Bəziləri boşalma texnikaları və akupunkturu özləri üçün daha faydalı olduğunu görürlər.

Araşdırmalar məşq müalicəsinin bir neçə həftə davam edən bel ağrısı müalicəsində faydalı olduğunu göstərmişdir. İşias üçün yaxşı məşqlər gəzmək, pilates və digər xüsusiləşdirilmiş məşq proqramlarıdır.

Avropa və Şotlandiyada son zamanlarda aparılan araşdırmalar botulinum toksini inyeksiyasının (Botox) uzun müddətdir işias ağrısı olan bir çox adamda yaxşılaşmaya səbəb olduğunu göstərmişdir. 

Növbəti hissədə işias ağrılarını azaltmaq və hətta müalicə etmək üçün idman hərəkətləri ilə tanış ola biləcəksiniz, inşaAllah.

27 dekabr 2013
GO BACK